29. MRPII/ERP sistemlərində daim təkamülləşən və təkmilləşən konsepsiyaların üç təbəqəsi-7
MRPII / ERP konsepsiyaları daima təkamülləşir və təkmilləşdirilir. Hər bir vaxt anında həmin konsepsiyalarda üç təbəqəni ayırmaq olar.
1-ci təbəqədə praktikada yoxlanmış və standartlarla möhkəmləndirildmiş metodlar və vasitələr yerləşir. ABŞ-da dövlət tərəfindən, o cümlədən, müdafiə nazirliyi tərəfindən dəsdəklənən standartlar sistemi mövcuddur. Bu standartlarda dövlət sifarişlərini yerinə yetirən firmaların informasiya sistemlərinə qoyduqları tələblər əks olunurlar. Nəticədə müqavilə bağlanma ərəfəsində dövlətin büdcə vəsaitlərinin səmərəli xərclənməsinə inam artır və müqavilənin icrası zamanı isə sifarişin vaxtında başa çatmasına və faktiki xərclərə hərtərəfli nəzarət edilir. Misal kimi “Material proseslərin idarəetmə sistemlərinə qoyulan təlabatlar”(Material Management and Accounting System-MMAS) adlı dövlət sənədini göstərmək olar.
Standartlar ilk növbədə idarəetmə sisteminin funksional tamlığına, metodlarına və müqavilələrin maliyyə vəziyyətləri haqqında hesabatların nəticələrinə qoyulan tələbatları təyin edirlər. Baza sistemlərini yaradan firmalar bu standartlara ciddi əməl edirlər.
2-ci təbəqə kifayət qədər davamlı, tez-tez istifadə edilən, lakin vacib sayılmayan metodları və üsulları əhatə edir. Bu metodlara və üsullara funksional strukturların daha dərin analizi zamanı ehtiyac olur. Misal kimi, MPS/MRP-də sürüşkən planlaşdırma metodologiyanı, MRP-də partiyaların formalaşdırılması alqoritmlərini, SFC-də üstünlüklər qaydalarına və s. göstərmək olar.
Bu təbəqə ciddi reqlamentlənmir, buna baxmayaraq, qarşılıqlı əlaqəli ideyaların və metodldarın kifayət qədər səmərəli sistemini təşkil edir. MRPII/ERP-nin bu hissəsinin dəstəklənməsində əsas rolu Amerikanın «İstehsalatın və ehtiyatların idarə edilməsi cəmiyyəti» (APICS) oynayır. Hazırda bu cəmiyyət bir çox ölkələrin 20000-ə qədər şirkətlərindən 70000-ə qədər mütəxəssislərini birləşdirir. Onların arasında MRPII / ERP sistemləri sahəsində çalışan ABŞ-ın 500 şirkəti var. APICS-in fəaliyyətinin istiqamətlərinə aşağıdakılar da daxildir: informasiya materiallarının paylanması; maarifləndirmə və yenidən hazırlanma sahəsində nəşrlər və layihələr haqqında məlumatın çatdırılması; iki proqram üzrə mütəxəssislərin sertifikatlaşdırılması: 1)istehsalatın və ehtiyatların idarə edilməsi; 2)inteqrallaşdırılmış resursların idarə edilməsi; əyani və qiyabi konfransların keçirilməsi. MRPII / ERP –nin müxtəlif məsələləri üzrə APICS-in tövsiyyə etdiyi ədəbiyyat siyahısının İnternetdə yerləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir.
3-cü təbəqəyə proqram məhsulları istehsal edən firmaların MRPII/ERP üzrə öz baza sistemlərinə daxil etdikləri yeni proqram vasitələrini aid edirlər. Onların əsasında reallaşdırılan yeni informasiya texnologiyaları istehsalçı-firmaların «know-how»-sı hesab olunur. Məhz bu təbəqədə müxtəlif firmaların məhsullarının xeyli fərqləndiyini müşahidə etmək olar. Yeni texnologiyalardan bəziləri iri informasiya sistemlərinin qurulmasının səmərəliliyinə ciddi təsir etmək imkanına malikdirlər
Dostları ilə paylaş: |