1. İdarəetməyə kibernetik yanaşma


Müəssisənin funksional sxeminin qurulması üçün ağacvari və matris modelləri-10



Yüklə 355,95 Kb.
səhifə39/60
tarix13.01.2022
ölçüsü355,95 Kb.
#51234
1   ...   35   36   37   38   39   40   41   42   ...   60
esas

38. Müəssisənin funksional sxeminin qurulması üçün ağacvari və matris modelləri-10

Təşkilati-funksional modelin qurulması üçün iki tip elementar modeldən-ağacvari və matris modellərindən- istifadə edilir.

Ağacvari modellər (təsnifat siyahıları)-seçilən idarəetmə obyektlərinin (təşkilati bölmələr, funksiyalar, resurslar, biznes-prosesləri icra edən mexanizmlər, sənədlər və onların strukturları və s.) dəqiq iyerarxik siyahılarıdır. Təsnifat siyahısının hər bir elementi əlavə olaraq müəyyən atributlarla-tip, şkala, izahat və s.-xarakterizə edilə bilər. Faktiki olaraq təsnifat siyahısı müəssisənin fəaliyyətini təsvir edən registrlərdən ibarət olur. Bu cür siyahıların sayı modelin qurulma məqsədindən asılı olaraq təyin olunur.

Matris modelləri-təsnifat siyahıları arasında müxtəlif kombinasiyalarla əlaqələri əks etdirən proyeksiyalardır. Əlaqə-lərin əlavə atributları da (istiqamət, ad, indeks, şkala və s.)verilə bilər.

İlkin modeldə cəmi bir neçə təsnifat siyahısından istifadə edilir:

-müəssisənin məhsullarının və xidmətlərinin əsas qrupları;

-müəssisənin fəaliyyəti zamanı istifadə edilən resurslar;

-müəssisədə yerinə yetirilən funksiyalar (proseslər);

-müəssisənin təşkilati bölmələri.

Funksiyaların təsnifat siyahısında adətən üç əsas bölməni ayırırlar:

-əsas funksiyalar-resursların məhsullara çevrilməsi prosesi ilə və xidmətlərlə bilavasitə bağlı olan funksiyalar;

-menecment (müəssisənin idarə edilməsi) funksiyaları;

-təminetmə funksiyaları- istehsalatı, kommersiyanı və idarə-etmə fəaliyyətini dəstəkləyən funksiyalar.

Müəssisənin başlıca funksiyası sifarişçilərə məhsulların və xidmətlərin təqdim edilməsi olduğundan, əvvəlcə bizneslərin (müəssisənin kommersiya fəaliyyətinin istiqamətlərinin), məhsulların və xidmətlərin siyahıları tərtib edilir, razılaşdırılır və rəhbərlik tərəfindən təsdiq edilir. Bu təsnifat siyahısından xarici kontraqentlərə bazar üçün müəssisənin nə əhəmiyyət kəsb etməsi, daxili məqsədlər üçün isə bu və ya digər funksionalın nə üçün lazım olması aydın olur.

Bu əməliyyatlar nəticəsində funksionalın identifikasiyası aparılır və bütün aparıcı menecerlərlə razılaşdırılan müəssisənin funksiyalarının təsvirinin vahid terminologiyası hazırlanır. Təşkilati bölmələrin təsnifat siyahılarını hazırlayarkən funksiyaların detallaşdırılma səviyyəsinin bölmələrin detallaş-dırılma səviyyəsinə uyğunluğu nəzərə alınmalıdır. Baza təsnifat siyahıları formalaşdırıldıqdan sonra matris proyeksiyalarının köməyilə onlar müəssisənin təşkilati bölmələrinə təhkim edilir


Yüklə 355,95 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin