1. İdarəetməyə kibernetik yanaşma


İqtisadi proseslərin proqnozlaşdırılması



Yüklə 355,95 Kb.
səhifə23/60
tarix13.01.2022
ölçüsü355,95 Kb.
#51234
1   ...   19   20   21   22   23   24   25   26   ...   60
esas

İqtisadi proseslərin proqnozlaşdırılmasıMəhsula tələbat və xidmətlər vaxtaşırı dəyişildiyindən, MİS-in bir neçə səviyyəsində proqnozlaşdırmaya ehtiyac ola bilər. Aşağıda əsas proqnozlar haqqında qısa məlumat verilir.

Uzunmüdətli proqnozlar. Proqnozlaşdırma dairəsi illərlə ölçülür. Proqnozlaşdırma obyektləri aşağıdakılar ola bilər: bazarın yeni növ məhsula tələbatı (pul və natural vahidlərlə); bazarın hazırda istehsal olunan məhsula tələbatı; müəssisənin tələb olunan məhsuldarlığı; kapital qoyuluşu; istehsalat güclərinə olan tələbat.

Ortamüddətli proqnozlar. Proqnozlaşdırma dairəsi ayları əhatə edir. Proqnozlaşdırma obyektləri: yeni məhsul tipləri və ya qrupları; ayrı-ayrı sahələrin və bölmələrin məhsuldarlığı; kadrlara olan tələbat; material alışına olan tələbat; ehtiyatların qiymət-ləndirilməsi.

Qısamüddətli proqnozlar. Proqnozlaşdırma dairəsi həftələrlə ölçülür. Proqnozlaşdırma obyektləri: ayrı-ayrı məhsullar; müəyyən ixtisasa və peşəyə görə işçilər; ayrı-ayrı sexlərdə və sahələrdə avadanlığın məhsuldarlığı; ehtiyatların səviyyəsi.

Layihələrin və proqramların idarə edilməsi

İstehsalatın inkişafının tendensiyalarından biri məhsulun miqdarının anbara görə yox, sifarişə görə layihələndirilməsidir. Bu cür təmayülün yüksək olduğu sahələrə aerokosmik və müdafiə sənayelərini misal göstərmək olar. Bu sahələrdə hər bir yeni məhsulun istehsalı böyük ölçüdə, uzun müddətli və baha başa gələn işlər kompleksini tələb edir. Bu cür kompleksləri, adətən, layihələr və ya proqramlar adlandırırlar.

Bir çox hallarda layihə ayrıca idarəetmə obyekti və istehsalat sisteminə verilən sifariş mənbəi olur. Odur ki, müasir ERP sistemlərinə layihələrin və ya proqramların ibarə olunması üçün modullar daxil edilmişdir.


Yüklə 355,95 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin