1. İdarəetməyə kibernetik yanaşma


Müəssisənin resurlarının planlaşdırılmasının ümumiləşdirilmiş strukturu -5,6



Yüklə 355,95 Kb.
səhifə20/60
tarix13.01.2022
ölçüsü355,95 Kb.
#51234
1   ...   16   17   18   19   20   21   22   23   ...   60
esas

18. Müəssisənin resurlarının planlaşdırılmasının ümumiləşdirilmiş strukturu -5,6

MRPII-nin uzun müddətdə tətbiqi bir tərəfdən müəssisələrin səmərəliliyini artırmağa, digər tərəfdən isə bu sistemə xas olan aşağıdakı çatışmazlıqları aşkar etməyə imkan verdi:

-MİS-in yalnız mövcud sifarişlərə yönəlməsi orta və uzunmüddətli perspektiv üçün qərarlar qəbulunu çətinləşdirir;

-məhsulun layihələndirilməsi və quraşdırılması sistemləri ilə inteqrasiyanın zəifliyi; bu isə mürəkkəb məhsul hazırlayan müəssisələr üçün daha vacibdir;

-texnoloji proseslərin layihələndirilməsi və istehsalatın avtomatlaşdırılması sistemləri ilə inteqrasiyanın zəifliyi;

-idarəetmə sisteminin xərclərin idarə edilməsi funksiyaları ilə kifayət qədər təmin edilməməsi;

-maliyyənin və kadrların idarə edilməsi prosesləri ilə inteqrasiyanın olmaması.

Göstərilən çatışmazlıqların aradan qaldırılması zərurəti MRPII sisteminin yeni sinif «Müəssisənin resurslarının planlaşdırılması» (Enterprise Resource Planning-ERP) sisteminə transformasiyası ilə nəticələndi. Bu sinif sistemlər daha çox səpələnmiş ərazi resursları ilə zxaraktrizə olunan böyük korporasiyaların idarəetmə məsələlərinin həlli üçün maliyyə informasiyası ilə işləməyə yönəlir. Buraya resursların alınması, məhsulun hazırlanması və nəqli, müştərilərin sifarişlərinə görə hazırlanmaların aparılması üçün lazım olan bütün funksiyalar daxil edilir. Sadalanan funksiyalardan əlavə, ERP-də qrafikanın tətbiqi, relyasiya verilənlər bazası, onları dəstəkləyən CASE texnologiyalar, “kliyent-server” arxitekturalı hesablama sistemi açıq sistemlər kimi reallaşdırılmışlar.

ERP sistemlərinə aşqağıdakı funksional modullar əlavə edilir: tələbatın proqnozlaşdırılması, layihələrin idarə edilməsi, xərclərin idarə edilməsi, məhsulun tərkibinin idarə edilməsi, texnoloji informasiyanın emalı. Həmin siyahıya birbaşa və ya verilənlərlə mübadilə sistemi vasitəsilə kadrların idarə edilməsi və müəssisənin maliyyə fəaliyyətinin idarə edilməsi modulları da əlavə edilir.


Yüklə 355,95 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin