45. Biznes-modelin dinamik təsviri mərhələsini modellərinin qurulması üçün idarəetmə prosesləri-11,12
İdarəetmə prosesləri- hər bir biznes-proses və bütövlükdə biznes-sistem səviyyəsində idarəetmə funksiyalarının hamısını əhatə edirlər. Bu proseslərdə məqsəd idarəetmə qərarlarının çıxarılması və qəbulundan ibarətdir. İdarəetmə qərarları bütöv müəssisə üzrə, ayrıca funksional sahə üzrə və ya ayrı-ayrı proses-lər üzrə qəbul edilə bilər. İdarəetmə funksiyalarının digər təsnifat forması idarəetmə sikli anlayışı ilə bağlıdır və beş başlanğıc idarəetmə funksiyalarına əsaslanır: planlaşdırma, təşkiletmə, sərəncam vermə, koordinat-laşdırma, nəzarət. İdarəetmə sisteminin qurulmasında ən yayılmış səhv bu prinsiplərin qarışdırılmasından yaranır.
Proses təsvirinin reallaşdırılması üçün ən vacib amil ondan ibarətdir ki, istənilən idarəetmə fəaliyyəti “idarəetmə sikli” ilə həyata keçirilir. İdarəetmə sikli aşağıdakı mərhələləri əhatə edir:
-informasiyanın toplanması;
-qərarların hasil edilməsi;
-reallaşdırma;
-uçot;
-nəzarət;
-təhlil;
-tənzimləmə.
Bu mərhələlərdən hər birinə məxsus icraçı-idarəedici olur. Onları üç əsas kateqoriyaya ayırmaq olar:
-rəhbər:qərarların qəbuluna və icrasının təşkilinə məsuliyyət daşıyır;
-mütəxəssis-analitik:qərarların hazırlanmasına və kənara çıxmaların təhlilinə məsuluyyət daçıyır;
-texniki icraçılar:informasiyanın toplanması, uçot, kommu-nikasiya və s. ilə məşğul olurlar.
Proses yanaşmada bəzən müəssisənin idarə edilməsində iki tip prosesi ayırırlar: resursların idarə elilməsi prosesi və təşkilati idarəetmə prosesi. Bunlardan hər biri idarəetmə obyektinə, baza modelinə və idarəetmə siklinə görə fərqlənir
Dostları ilə paylaş: |