46. Biznes-modelin dinamik təsviri mərhələsini modellərinin qurulması üçün təminat prosesləri-11,12
Təminat prosesləri- əsas və köməkçi proseslərin təminatını yerinə yetirirlər və universal vasitələrin dəstəklənməsinə yönəlirlər. Məsələn, maliyyə təminatı prosesi, kadr təminatı prosesi, hüquqi təminat prosesi və s. Onlar əsas funksiyaların və idarəetmə funksiyalarının yerinə yetirilməsi üçün lazımi şərait yaradır və dəstəkləyirlər. Təminedici proseslərin müştəriləri müəssisənin daxilində olurlar.
Yuxarı detallaşdırma səviyyəsində aşağıdakı standart təminat proseslərini ayırmaq olar:
-istehsalatın təminatı;
-avadanlığa texniki xidmət və təmir;
-istilik-enerji resursları ilə təminat;
-binalara və tikililərə xidmət və təmir;
-texnoloji təminat;
-metroloji təminat;
-təhlükəsizlik texnikası;
-ekoloji nəzarət;
-idarə edilmənin təminatı;
-informasiya təminatı;
-sənəd dövriyyəsinin təminatı;
-kommunikasiya təminatı;
-hüquqi təminat;
-təhlükəsizliyin təminatı;
-material-texniki təminat;
-təsərrüfat təminatı;
-kommunal xidmətlər təminatı;
-nəqliyyat təminatı və s.
Göstərilən altproseslərin hər biri üçün onun hansı əsas və ya idarəetmə prosesinə xidmət etməsi müəyyənləşdirilməlidir. Göstərilən proseslərin bölünməsi texnoloji zəncirə görə aparılır. Təminedici proseslərdən çoxu bütün müəssisələr və ya müəyyən fəaliyyətlər üçün standartdır: istehsalat, ticarət, xidmətlərin təqdim edilməsi və s. Təminedici funksiyaların əksəriyyəti vəzifə təlimatları ilə və xüsusi təlimatlarla reqlament-ləşdirilir.
Dostları ilə paylaş: |