55. Renaissance CS sisteminin imkanlarının xülasəsi
Renaissance CS sistemi-müasir istehsalatın və biznesin müxtəlif istiqamətləri üçün geniş diapazonda “kliyent-server” tipli sistemlərin yaradılması və tətbiqi üzrə ixtisaslaşan “Ross Systems” (ABŞ) kompaniyasının məhsuludur. Bu sistem 60-dan çox ölkəni əhatə edən və 20-yə qədər müxtəlif dildə reallaşdırılan 3500-dən çox müəssisədə tətbiq edilir. O, texnoloji prosesləri düsturlarla, spesifikasiyalarla və ya resepturla təsvir edilən istehsalat müəssisələrinə yönəlib və kimya, neftemalı, ərzaq, əczaçılıq, sellüloz-kağız, metallurgiya və s. kimi sahələrə aid müəssisələrdə tətbiq edilir. Səhiyyə təşkilatlarında və ictimai sektorda da bu sistemin bir sıra tətbiqləri mövcuddur.“Renaissance CS” sistemi miqyaslaşan arxitekturaya malik olduğundan, həm iri müəssisələrdə, həm də kiçik müəssisələrdə istifadə edilə bilər. Sistemin əsasını idarəetmənin qabaqcıl konsepsiyaları sayılan ERP və SCM(Supply Chain Managment) təşkil edir. Şəkil 29-da müəssisənin fəaliyyəti zamanı sistemin əsas modullarının qarşılıqlı əlaqələri göstərilmişdir.
Sistemin yaradılması zamanı onun maksimum dərəcədə açıq olması prinsipi əsas götürülmüşdür. Sistemin əsas nüvəsinin genişləndirilməsi həm üçüncü tərəf firmaların məhsullarından istifadə edilməsi hesabına, həm də sifarişçidə mövcud olan hazır hissələrin (modulların) sistemə inteqrasiyası hesabına əldə edilir.Sifarişçinin istəyi ilə proqramların ilkin kodları da ona təqdim edilir.
Sistem, onun sərbəst tətbiqinə imkan verən xüsusi yaradılmış “FrontRunner” texnologiyası hesabına tez (3 aydan başlayaraq) tətbiq edilməyə yönəlib. Bu isə ümumi xərcləri xeyli azaldır. Sistem 2000-ci ildən başlayaraq tarixləri, avropa valyutalarını və İnternet/İntranet texnologiyalarını tam dəstəkləyir.“Renaissance CS” sistemi Rusiyanın bir sıra iri müəssisələrində və korporasiyalarında tətbiq edilir.
“Renaissance CS” sistemi kliyent-server arxitekturası ilə qurulub, bununla yanaşı əlavə olaraq tətbiq serverindən və ya Web-serverdən istifadə edilməsi dəstəklənir
Dostları ilə paylaş: |