56. BOSS KORPORASİYA sisteminin imkanlarının xülasəsi
BOSS KORPORASİYA sistemi-mühasibat uçotu, operativ uçot, loqistika, maliyyənin və istehsalatın planlaşdırılması, marketinq və heyətin idarə edilməsi məsələlərinin həlli üçün tətbiqi proqramları özündə birləşdirir. Rusiyanın “IT” kompaniyasının məhsulu olan bu sistemi geniş funksional imkanları, sazlamanın sadəliyi, rahat iş mühiti, tipik modulların nisbətən ucuz olması fərqləndirir. “Kliyent-server” arxitekturası ilə reallaşdırılan sistem uzaq məsafəli filiallarla işləməyə və real zaman rejimində ümumiləşdirilmiş uçot aparmağa imkan verir.Sistemə daxil olan 4 altsistem (Maliyyə, Loqistika, Marketinq və Heyət) idarəetmənin 4 mühüm istiqamətini əhatə edir. Sistemin modulluğu məsələlərin həllini müəssisə üçün daha aktual olan məsələdən başlamağa imkan yaradır. İstifadəçilərə təqdim edilən funksional imkanlar genişləndirilə bilər. Baza sisteminə yeni modullar əlavə edilə bilər.
Sistemin əsas modulları haqqında qısaca aşağıdakıları demək olar.
Maliyyə altsisteminin əsas xüsusiyyətləri:
-idarəetməyə və mühasibata aid ümumiləşdirilmiş uçot;
-ərazi üzrə paylanan verilənlərin ümumiləşdirilmiş uçotunun mümkünlüyü;
-maliyyənin planlaşdırılmasının, büdcənin tərtibinin və maliyyəyə nəzarətin reallaşdırılması;
-uçot sisteminin güclü mexanizmi sənədləri və əməliyyatları avtomatik seçməyə və hesabatlar tərtib etməyə imkan verir;
-analitik uçotun dərinliyinin və hesab planlarının dərinliyinin qeyri-məhdudluğu;
-müəssisədə qarşılıqlı hesablaşmaların idarə edilməsi, debitor və kreditor borclara nəzarət.
Loqistika altsisteminin əsas xüsusiyyətləri:
-maliyyə altsistemi ilə inteqrasiya;
-ehtiyatların idarə edilməsi üçün ərazi üzrə paylanmış sistemin qurulmasının mümkünlüyü;
-loqistika üzrə biznes-proseslərin sazlanmasının çevik mexanizmləri;
-debitor və kreditor borcların operativ idarə olunması;
-dövriyyə vəsaitlərinin operativ idarə edilməsi.
Marketinq altsisteminin xüsusiyyətləri:
-müxtəlif tip marketinq informasiyasının strukturlaşdırılmış formada saxlanması;
-idarəetmənin müxtəlif səviyyələrində toplanmış informasiyanın analizi;
-satışın və marketinq aksiyalarının koordinasiyası;
-marketinqin və satışın inteqrallaşdırılmış planlaşdırılması.
Heyət altsisteminin xüsusiyyətləri:
-təşkilati strukturun təşkili və modelləşdirilməsi;
-operativ kadr uçotunun bütün funksiyaları;
-əmrlərlə işlərin avtomatlaşdırılması;
-qanunvericiliyə uyğun olaraq hesabatların tərtibi;
-dövlət vergi xidmətinin sertifikatının olması.
BOSS KORPORASİYA sisteminin əsas üstünlükləri:
Sazlanmanın və uyğunlaşmanın yüngüllüyü. Biznes-proseslərin xüsusiyyətlərinin və sifarişçi müəssisənin digər tələblərinin nəzərə alınması sistemin sazlanma parametrlərini dəyişdirməyə imkan verir. Sazlanmanın yüngüllüyü və uyğunlaşmanın mümkünlüyü maliyyə xərclərini və sistemin istismara verilmə vaxtını azaldır
Dostları ilə paylaş: |