1. İdarəetməyə kibernetik yanaşma


“1C:Buxqalteriya 8” sisteminin imkanlarının xülasəsi



Yüklə 355,95 Kb.
səhifə53/60
tarix13.01.2022
ölçüsü355,95 Kb.
#51234
1   ...   49   50   51   52   53   54   55   56   ...   60
esas

53. “1C:Buxqalteriya 8” sisteminin imkanlarının xülasəsi

1C:Buxqalteriya 8-mühasibat və vergi uçotunu, o cümlədən, məcburi (reqlamentlənmiş) hesabatın hazırlanmasını avtomatlaşdırmaq üçün universal paroqram paketidir. “1C” firmasının məhsulu olan bu proqram istənilən kommersiya fəaliyyəti ilə (istehsalat, xidmət göstərmək, topdan satış və pərakəndə satış ticarəti və s.) məşğul olan müəssisə və təşkilatlarda uçot aparmaq üçün tətbiq edilə bilər. “1C:Buxqalteriya 8” paketindən həmçinin sadələşdirilmiş və ya ümumi rejimli vergi sistemini tətbiq edən fərdi sahibkarlar da istifadə edə bilərlər.

Mühasibat və vergi uçotu qüvvədə olan qanunvericiliyə uyğun aparılır. Konfiqurasiyanın tərkibinə mühasibat hesabatının qəbul olunmuş formaları da daxil edilib.

Mühasibat uçotunun metodikası təsərrüfat əməliyyatının hər bir yazısının qeydiyyatını eyni vaxtda həm mühasibat uçotunun hesablarında, həm də analitik uçotun miqdarı və valyutaya görə kəsiklərində aparmağa imkan verir. İstifadəçilər uçot siyasətinin tənzimlənməsi çərçivəsində sərbəst şəkildə uçot metodikasını idarə edə və analitik uçotun yeni kəsiklərini yarada bilərlər.“1C:Buxqalteriya 8” müəssisənin mühasibat xidməti qarşısında qoyulan bütün məsələlərin, o cümlədən, ilkin sənədlərdən çıxarışların aparılması, satışın uçotu və s. həllini təmin edir. İstehsalat və ticarət əməliyyatlarının ayrı-ayrı növləri haqqında informasiyanı müəssisənin digər orqanlarının mühasib olmayan işçiləri də daxil edə bilərlər. Bu halda mühasibat xidməti mühasibat və vergi uçotunda sənədləri avtomatik əks etdirən informasiya bazasının idarə edilməsinə rəhbərlik və nəzarət funksiyasını yerinə yetirir.“1C:Buxqalteriya 8” paketi “1C:Predpriyatie 8” platforması ilə “Müəssisənin mühasibatı” kofiqurasiyasının toplusu kimi qurulmuşdur. Bu paketin “1C:Predpriyatie” platformasinda hazırlanmış “Ticarətin idarə edilməsi” və “Əməkhaqqı və heyətin idarə edilməsi” proqram paketləri ilə birlikdə istifadə edilməsi mümkündür.

“1C:Buxqalteriya 8” proqram paketinin ümumiləşdirilmiş funksional sxemi şəkil 28-də göstərilmişdir.Təsərrüfat əməliyyatlarının uçotda əks etdirilməsinin əsas üsulu mühasibat uçotunun ilkin sənədlərinə uyğun konfiqurasiya sənədlərinin daxil edilməsidir. Bundan əlavə, ayrı-ayrı köçürmələrin (əməliyyatların) birbaşa daxil edilməsi də mümkündür. Köçürmələrin qrup şəklində daxil edilməsi üçün avtomatlaşdırmanın sadə instrumenti olan, istifadəçi tərəfindən asan və tez icra olunan tipik əməliyyatlardan istifadə etmək olar.


Yüklə 355,95 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin