1. İdarəetməyə kibernetik yanaşma


“1C:Predpriyatie 8” sisteminin imkanlarının xülasəsi



Yüklə 355,95 Kb.
səhifə51/60
tarix13.01.2022
ölçüsü355,95 Kb.
#51234
1   ...   47   48   49   50   51   52   53   54   ...   60
esas

51. “1C:Predpriyatie 8” sisteminin imkanlarının xülasəsi

“1C:Predpriyatie 8” sistemi. Rusiyanın proqram təminatı bazarında tanınmış firmalardan biri olan “1C” firmasının məhsulu olan bu sistem istehsalat müəssisəsində idarə olunmanın və uçotun əsas konturlarını əhatə edən tətbiqi proqramlar kompleksidir. O, müəssisənin maliyyə-təsərrüfat fəaliyyətini təmin edən və korporativ standartlara uyğun olan informasiya sisteminin təşkilinə imkan verir.Sistem müəssisədə əsas biznes-prosesləri əhatə etməklə, maliyyə-təsərrüfat fəaliyyətinin əks etdirilməsi üçün vahid informasiya fəzası yaradır. Bununla yanaşı, saxlanan məlumata müraciət və işçinin statusundan asılı olaraq verilənlər üzərində bu və ya digər əməliyyatın aparılması məhdudlaşdırılır.Korporasiyalarda və holdinq strukturlu müəssisələrdə ümumi informasiya bazası onlara daxil olan bütün bölmələri, filialları və təşkilatları əhatə edə bilər. Bu isə müxtəlif bölmələr və təşkilatlar tərəfindən ümumi informasiya massivlərindən təkrarən istifadə etməyə və bunun hesabına uçot işlərinin əmək tutumunu azaltmağa imkan verir. Bu halda bütün bölmələrdə və təşkilatlarda uçot bütöv korporasiyanı əhatə etməklə, reqlamentlənmiş hesabat isə ayrı-ayrı bölmələr və təşkilatlar üzrə aparılır.Təsərrüfat əməliyyatının aparılması faktı bir dəfə qeyd olunur və idarəetmə reqlamentlənmiş uçotda əks olunur. İnformasiya təkrarən sistemə daxil edilmir. Təsərrüfat əməliyyatının qeydiyyatı vasitəsi sənəddir. Sənədlərin tərtibatını sürətləndirmək məqsədilə verilənlərin “susmaqla” təyin edilməsi mexanizmindən geniş istifadə edilir.

Proqram paketi interfeyslər komplekti ilə birlikdə təqdim edilir. Bu isə hər bir istifadəçiyə ona lazım olan proqramlara və verilənlərə asanlıqla müraciət etməyə imkan verir. Müəssisə və təşkilatlarda mühasibat və vergi uçotu milli valyutada aparılır, lakin idarəetmə uçotu üçün ümumi halda istənilən valyuta seçilə bilər. Müxtəlif müəssisə və təşkilatlarda müxtəlif vergi sistemləri, vergi və mühasibat uçotunun müxtəlif formaları tətbiq edilə bilər


Yüklə 355,95 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin