1. İdarəetməyə kibernetik yanaşma


“1C:Parus” sisteminin imkanlarının xülasəsi



Yüklə 355,95 Kb.
səhifə52/60
tarix13.01.2022
ölçüsü355,95 Kb.
#51234
1   ...   48   49   50   51   52   53   54   55   ...   60
esas

52. “1C:Parus” sisteminin imkanlarının xülasəsi

“1C:Parus” sistemi. Rusiyanın “Lanke” firmasının məhsulu olan “1C-Parus: Müəssisənin idarə edilməsi” sistemi beş blokdan ibarətdir: “Korporativ uçot”, “GAAP”, “Maliyyə analizi”, “Büdcə planlaşdırılması” və “Layihələrin idarə edilməsi”. Bu bloklar avtonom və ya birlikdə,bir-birini tamamlamaqla, yerinə yetirilə bilərlər. Onların birlikdə işləməsi vahid verilənlər bazasının və informasiya mübadiləsi vasitələrinin olması ilə təmin edilir. Bu blokları qısaca şərh edək.“1C:Korporativ uçot” bloku vahid informasiya bazası əsasında bir və ya bir neçə firmanın maliyyə və mühasibat uçotunun aparılması üçün tətbiq edilir. Bu proqram istənilən sayda hüquqi şəxslərin müxtəlif plan hesablarından istifadə edilməsi prinsipi ilə qurulub. Maliyyə uçotu firmanın fəaliyyətinin düzgün əks etdirilməsi üçün aparılır və bu zaman xarici istifadəçilər (investorlar, kreditorlar, vergi orqanları) üçün informasiya hazırlamaq məqsədi güdülür.Maliyyə-plan hesablarının analitik uçotu dövlət statistika orqanlarına və vergi müfəttişliyinə təqdim edilən hesabatların tərtib edilməsi üçün kifayət etməlidir. Maliyyə-plan hesablarının analitik uçotu əksər hallarda idarəetmə informasiyasının toplanması və analizi üçün daha detallaşdırılmış və əlverişli olur. Maliyyə uçotunun baza valyutası milli pul, idarəetmə uçotununku isə istənilən valyuta ola bilər. Maliyyə uçotu hər bir firma üzrə ayrıca aparılır və bir neçə firma üzrə uçot verilənlərinin birləşdirilməsi nəzərə alınmaya bilər. İdarəetmə uçotu isə bütöv korporasiya üzrə ümumiləşdirilmiş hesabatı almağa imkan verir.“1C-Parus:GAAP” bloku maliyyə hesabatlarının beynəlxalq (İAS) və milli (German GAAP, UK GAAP, US GAAP və s.) standartlara görə paralel uçotun aparılması üçün nəzərdə tutulub. Beynəlxalq hesablar planı üzrə pul köçürmələrinin avtomatlaşdırılması üçün milli və beynəlxalq hesabların debeti və krediti üzrə uyğunluq kartı hazırlanır və analitik verilənlər uyğunlaşdırılır. Bu blokda beynəlxalq standartlara (Balance Sheet, Profits & Losses, Statement of Cash Flaws və s.) uyğun maliyyə hesabatların hamısı nəzərə alınır.




Yüklə 355,95 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin