1. İdarəetməyə kibernetik yanaşma


“MS BackOffice” sisteminin imkanlarının xülasəsi



Yüklə 355,95 Kb.
səhifə59/60
tarix13.01.2022
ölçüsü355,95 Kb.
#51234
1   ...   52   53   54   55   56   57   58   59   60
esas

59. “MS BackOffice” sisteminin imkanlarının xülasəsi

“MS BackOffice”-ofis səviyyəsində müəssisənin idarəetmə sisteminin avtomatlaşdırılması üçün ən çox tətbiq tapan “Microsoft” firmasının inteqrallaşdırılmış proqram paketidir. Bu paket müəssisənin informasiya sisteminin qurulması üçün nəzərdə tutulan server proqramlarının toplusundan ibarətdir. “MS BackOffice”-in komponentləri “MS Management Console (MMC)” əsasında mərkəzləşdirilmiş idarəetmənin universal mühitini yaradırlar. MMC kosepsiyası müxtəlif obyektlərin (müəssisələrin) idarə edilməsinə yanaşmaları unifikasiya edir. Bu yanaşmanın üstünlüyü idarəetməni sadələşdirən və heyətin öyrədilməsinə xərcləri azaldan interfeysin eyni cür olması və inteqrallaşdırılmış örtüyün tətbiq edilməsidir.

Bu proqram məhsulu inteqrallaşdırılmış təhlükəsizlik xidməti, müxtəlif servis xidmətlərinə daxil olarkən adlarla və parollarla işləmənin sadəliyi, çoxprosessorlu sistemlərin dəstəklənməsi ilə fərqlənir. Bu cür sistemlərə miqyaslanmaq-yük artdıqca avadanlığın hesablama gücünün artması-xasdır. Bir serverin prosessorunun yükü 100%-ə çatdıqda işlərin bir hissəsi digər serverə verilir. Bu isə investisiyanı saxlamağa və yeni avadanlığı yalnız lazım gəldikdə almağa imkan verir.

“BackOffice” sisteminin qovşaqları “Systems Management Server” proqramının köməyilə mərkəzləşdirilmiş şəkildə idarə olunurlar. O, işçi stansiyaların inzibatçılığına və son istifadəçilərin dəstəklənməsinə xərcləri minimumlaşdırır. Bu imkan atil əməliyyatların avtomatlaşdırılması sayəsində əldə edilir. “Systems Management Server” aparat və proqram təminatı haqqında informasiya toplamaqla, aparat və proqram təminatının inventarlaşdırılmasını aparır. Bundan əlavə, həmin proqram administrator tərəfindən göstərilən faylları istənilən vaxtda, istənilən işçi stansiyaya çatdırır.

İşçi stansiyaların məsafədən monitorinqi və diaqnostikası funksiyası istifadəçilərə texniki dəstək vermək məqsədilə işçi stansiyaya xüsusi administratorun qoşulmasını təmin edir.

“BackOffice Server”-in istifadəçiləri və “BackOffice Client Access License” lisenziyasının sahibləri öz sistemlərini güzəştli qiymətlərlə “Windows Server”-in yeni versiyaları ilə yeniləşdirə bilərlər.

“BackOffice” paketinin tərkibinə aşağıdakılar daxildir:

“Exchange Server” (“Outlook Service Release 1” komplekti ilə), “SQL Server”, “Host İnteqration Server”, “Systems Management Server” (“Service Pack 2” ilə) və “Proxy Server”-in yeniləşdiril-miş versiyası. Server proqramları “Windows Active Directory” kataloqlar xidmətini dəstəkləyirlər.




Yüklə 355,95 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin