1 İnformasiya sistemlərinin arxitekturası 7 Ümumi anlayışlar İT-nin qiymətləndirilməsi meyarları



Yüklə 98,77 Kb.
səhifə5/6
tarix09.11.2019
ölçüsü98,77 Kb.
#29554
1   2   3   4   5   6
yazi (1)


Texniki dəstək xidmətləri istənilən informasiya sisteminin fəaliyyətində vacib rol oynayır. İnformasiya sisteminin istismarı mərhələsində peşəkar texniki xidmətin olması qarşıya qoyulan məsələlərinn həlli üçün vacib şərtlərdən biridir.

İnformasiya sisteminin texniki xidmətinin təşkili üçün əsas işlər aşağıdakılardır:

-sistemin daha məsuliyyətli qovşaqlarının seçilməsi və onların boş dayanmaları ehtimalının təyin edilməsi

-texniki xidmətin vəzifələrinin daxili və xarici olaraq təyin edilməsi

-təsvir edilmiş tapşırıqlar çərçivəsində texniki xidmətin təşkil edilməsi üçün zəruri olan daxili və xarici resursların təhlilinin aparılması və səlahiyyətlərin bölünməsi.

-texniki xidmətin təşkil edilməsi planının hazırlanması.



Köməkçi proseslər arasında vcib yerlərdən birini konfiqurasiyanın idarə edilməsi tutur. Bu proses ilk növbədə işlənmə və müşayiət proseslərini dəstəkləyir. Bu proses ilk növbədə işlənmə və müşayiət proseslərini dəstəkləyir.

Layihənin idarə edilməsi işlərin planlaşdırılması və təşkili, layihəçilər heyətinin tərtib edilməsi və icra olunan işlərin müddəti və keyfiyyətinə nəzarət məsələləri ilə bağlıdır. Layihənin texniki və təşkilati təminatına aşağıdakılar daxildir:

-layihənin realizə olunması üçün üsul və alət vasitələrin seçilməsi

-işlənmənin aralıq vəziyyətlərinin təsviri üsullarının təyin edilməsi

-yaradılmış proqram təminatının sınaqdan keçirilməsi üçün üsul və vasitələrin işlənməsi

-heyətin öyrədilməsi

Layihənin keyfiyyətinin təmin edilməsi informasiya sisteminin komponentlərinin verifikasiyası, yoxlanması və testləşməsi problemləri ilə əlaqəlidir. Verifikasiya dedikdə verilmiş mərhələdə layihənin əldə edilmiş cari vəziyyətinin həmin mərhələnin tələblərinə uyğunluğunu müəyyən edən bir proses başa düşülür. Yoxlama dedikdə layihənin parametrlərinin ilkin tələblərə uyğunluğunu müəyyən edən bir proses başa düşülür. Yoxlama qismən testləşməyə uyğun gəlir. Testləşmə həqiqi və gözlənilən nəticələr arasındakı fərqlərin təyin edilməsi və informasiya sisteminin xarakteristikalarının ilkin tələblərən uyğunluğunun qiymətləndirilməsi üçün aparılır.

İnformasiya sisteminin həyat dövrünün strukturu

İnformasiya sisteminin tam həyat dövrünün tərkibinə, bir qayda olaraq, strateji planlaşdırma, təhlil, layihələndirmə realizə olunma, tətbiq və istismar daxildir. Ümumi halda həyat dövrü bir neçə mərhələyə ayrıla bilər. Prinsip etibarilə bu bölmə ixtiyari xarakter daşıyır. Rational Seftware korporasiyası ilə təklif olunan metodologiyaya görə həyat dövrünün dörd mərhələsi, yəni başlanğıc, dəqiqləşdirmə, quraşdırma və keçid mərhələləri mövcuddur.

Başlanğıc mərhələsində sistemin tətbiq sahəsi və sərhəd şərtləri müəyyən olunur Bu məqsədlə işlənən sistemin qarşılıqlı əlaqədə olduğu bütün xarici obyektlərə araşdırmalı və bu qarşılıqlı əlaqənin xüsusiyyəti yüksək səviyyədə təyin olunmalıdır. Başlanğıc mərhələdə sistemin bütün funksional imkanları təyin olunur və onlar arasında mühüm olanların təsviri aparılır.

Mərhələnin tətbiqinin nəticələri kimi aşağıdakılar qəbul edilir:

-İşlənmənin müvəffəqiyyətlilik meyarları

-riskin qiymətləndirilməsi

-işlənmənin icrası üçün tələb olunan resursların qiymətləndirilməsi

-əsas mərhələlərin başa çatdırılması müddətlərini qeyd etməklə təqvim planı.

Dəqiqləşdirmə mərhələsində tətbiqi sahənin təhlili aparılır, informasiya sisteminin arxitektuurasının əsası işlənir.

Dəqiqləşdirmə mərhələsinin sonunda arxitektura həllərinin və layihədə risk yaradan əsas elementlərin aradan qaldırılması qaydalarının təhlili aparılır.

Quraşdırma mərhələsində istifadəçiyə təhvil edilə bilən tamamlanmış məhsul işlənir.

Keçid mərhələsində işlənmiş proqram təminatının istifadəçilərə təhvil verilməsi yerinə yetirilir. Real şəraitdə işlənmiş sistemin istismarı zamanı müxtəlif növ problemlər yaranır. Bu problemlərin həlli hazırlanmış məhsula düzəlişlərin edilməsi ilə bağlı əlavə işlərin aparılmasını tələb edir.



İnformasiya sisteminin həyat dövrünün modelləri

Həyat dövrünün modeli dedikdə sistemin tələblərinin təyin edilməsi anından, onun ləğv edilməsi anına kimi sistemin bütün həyat dövrü ərzində proqram məhsulunun işlənməsi,fəaliyyəti və müşayiəti zamanı yerinə yetirilən, tərkibində proseslər, əməliyyatlar və məsələlər daxil olan bir struktur başa düşülür.

Həyat dövrünün modeli informasiya sisteminin xüsusiyyətindən, yaradıldığı və fəaliyyət göstərdiyi şəraitdən asılıdır. Halhazırda həyat dövrünün ən geniş yayılmış modelləri aşağıdakılardır:

-Kaskad modeli, bəzən “şəlalə” (waterfall) modeli də adlanır;

-spiral modeli;

-prototip modeli.

Kaskad modeli istənilən tətbiq sahələrində müxtəlif sistemlərin işlənməsi klassik yanaşmanı nümayiş etdirir. Bu model keçən əsrin 70-ci və 80-cı illərinin birinci yarısında informasiya sistemlərinin işlənməsi üçün geniş tətbiq olunurdu.

Kaskad modeli işlərin aardıcıl təşkilini nəzərdə tutur. Bu zaman modelin əsas xüsusiyyətini qeeyd etmək lazımdır: bütün layihə mərhələlərə bölünür və bir mərhələdən digərinə keçid, əvvəlki mərhələdə işlər tamamlandıqdan sonra baş verir. Hər mərhələ tam şəkildə tərtib olunmuş sənədlər dəstinin hazırlanması ilə başa çatır.

Kaskad modelində predmet sahəsindən asılı olmayaraq aşağıdakı layihə mərhələlərini ayırmaq olar:

-sifarişçinin tələblərinin təhlili

-layihələndirmə

-hazırlama

-testləşdirmə və sınaq istismarı

-hazır məhsulun təhvil verilməsi

Birinci mərhələdə problem tədqiq olunur, sifarişçinin bütün tələbləri dəqiq formalaşdırılır.

Ikinci mərhələdə texniki tapşırıqda nəzərdə tutulmuş tələbləri ödəyən layihə qərarları işlənir. Həmin mərhələdə tərkibində layihənin realizə olunması üçün lazımi verilənlər olan layihə sənədləri dəsti hazırlanır.

Üçüncü mərhələdə layihə realizə olunur. Burada əvvəlki mərhələdə alınmış layihə qərarlarına uyğun proqram təminatı işlənir.

Dördüncü məərhələdə hazırlanmış proqram təminatının texniki tapşırıqda qeyd olunmuş tələblərə uyğunluğu yoxlanılır.

Sonuncu mərhələdə hazır layihə təhvil verilir. Bu mərhələnin əsas vəzifəsi sifarişçini onun bütün tələblərinin tam həcmdə ödəniməsinə inandırmaqdır.

Kaskad modeli bir sıra müsbət xüsusiyyətlərə malikdir:

-hər bir mərhələdə tamlıq və uyğunluq meyarlarına cavab verən tamamlanmış layihə sənədləri dəsti tərtib olunur.

-görüləcək işlərin məntiqi ardıcıllıqla yerinə yetirilməsi onların tamamlanması vaxtının və uyğun xərclərin planlaşdırılmasına imkan verir.

Üstünlüklərlə yanaşı, informasiya sistemlərinin işlənməsi zamanı kaskad modelinin tətbiqini məhdudlaşdıran müəyyən çatışmayan cəhətləri də qeyd etmək lazımdır:

-nəticələrin alınmasının xeyli ləngiməsi

-hər bir mərhələdə səhvlər və çatışmazlıqlar

-layihə üzrə işlərin parallel yerinə yetirilməsi ilə bağlı çətinliklər

-hər bir mərhələdə informasiya izafiliyinin yaranması

-layihənin idarə edilmısi çətinliyi

Spiral modeli, kaskad modelindən fərqli olaraq, informasoya sisteminin iterasiya prosesi ilə hazırlanmasını nəzərdə tutur. Bu zaman həat dövrünün ilkin mərhələlərinin əhəmiyyəti artır. Bu mərhələlərdə prototiplərin yaradılması yolu ilə texniki qərarların realizə olunma imkanı yoxlanılır və əsaslandırılır.

Hər bir iterasiya məhsulun daxili və ya xarici versiyasının hazırlanmasına gətirən tamamlanmış işlənmə dövrünü təşkil edir. Tamamlanmış sistemin alınması üçün məhsul iterasiyadan- iterasiyaya təkmilləşdirilir.

İterativ yanaşma mürəkkəb sistemlərin yatradılmasının obyektiv olaraq spiral dövrünü əks etdirir. O, cari mərhələdə işlərin tamamlanmasını gözləmədən növbəti mərhələyə keçidi və əsas məsələnin həllini, yəni sistemin istifdəçilərinə iş qabiliyyətinə malik məhsulun mümkün qədər tez təqdim edilməsini təmin edir. Bununla da layihənin dəqiqləşdirilməsi və ona əlavələrin daxil edilməsi prosesi xeyli sadələşir.

Spiral modelin aşağıdakı üstünlüklərini qeyd etmək olar:

-sifarişçinin tələbləri dəyişdikdə layihəy dəyişikliklərin daxil edilməsini asanlaşdırır

-informasiya sisteminin ayrı-ayrı elementlərinin vahid sistemdə inteqrasiyası tədricən və fasiləsiz davam edir

-risklərin səviyyəsinin azalması

-komponentlərin təkrar istifadəsini sadələşdirir

-daha etibarlı və dayanıqlı sistemin əldə edilməsinə imkan yaradır.

Spiral modelinin əsas problem növbəti mərhələyə keçid anının təyin edilməsi ilə əlaqəlidir. Hər bir iterasiyanın tamamlanması plana uyğun aparılmalıdır. İşlərin panlaşdırılması adətən əvvəlki layihələrdə alınmış statistic verilənlər və layihəçilərin fərdi təcrübəsi əsasında aparılır. Praktikada infromasiya sistemlərinin layihələndirilməsi zamanı hansı sistemin qurulması və onun hansı məsələləri həll edəcəyi barədə birmənalı, doğru və yekun qərarın qəbul edilməsi vacib rol oynayır. Əvvəlki (kaskad və spiral) modellərdə bu məsələlər analitik olaraq həll edilir.

Prototip modelin əsasında eksperimental sisteminin qurulması ideyası durur. Bu modeli adətən tez prototipləşmənin struktur təkamül modeli adlandırırlar.

Sürətləndirilmiş təkamül modeli dedikdə fərz edilən sistemin tez yaradıla, genişlənə və modefikasiya edilə bilən işçi modeli başa düşülür. Bu işçi model sistemin bilavasitə realizə edilməsindən əvvəl onun funksiyaları və açar komponentəri haqqında tam təsəvvür yaradır.

Sürətləndirilmiş prototipləşmənin struktur təkamül modelindən istifadənin üstünlükləri analoqu olmayan informasiya sistemlərinin işlənməsində daha aşkar görünür. Eləcə də aşağıdakı əlamətlər olduğu zaman bu cür modelə ehtiyac duyulur.

-təqdim edilən tələblər əvvəlcədən məlum olmadıqda, uğursuz formalaşdırıldıqda və ya tələblər ardıcıllığı qeyd edilmədikdə

-bəzi komponentləri prototipləşdirmək, bəzilərini isə ənənəvi üsullarla işləyib hazırlamaq məqsədəuyğundur.

-alqoritmlər və interfeyslər mürəkkəb olduqda.



5.4. İnformasiya sistemlərinin işlənməsi metodologiyası və texnologiyası

İnformasiya sistemlərinin yaraılması metodologiyası informasiya sisteminin qurulması prosesinin təşkili və bu prosesin idarə olunmasının təmin edilməsindən ibarətdir.

İnformasiya sistemlərinin yaradılması metodologiyası vasitəsilə yerinə yetirilən əsas məsələlər aşağıdakılardır:

-müəssisənin məqsəd və vəzifələrinə cavab verən və işgüzar proseslərin avtomatlaşdırılması tələblərinə uyğun gələn informasiya istemlərinin yaradılmasının təmini

-əvvəlcədən razılaşdırılmış büdcə çərçivəsində, müəyyən olunmuş vaxt müddəti ərzində verilmiş parametrlərlə sistemin yaradılması

-açıqlıq, köçürülə bilmə və miqyaslanma tələbərinə cavab verən informasiya sistemlərinin yaradılmasının təmin edilməsi

-yaradılan sistemdə əvvəl işlənmiş və müəssisədə tətbiq olunan informasiya texnologiyaları vasitələrinin istifadə edilməsinin mümkünlüyü.

Lyihləndirmənin metodologiya, texnologiya və alət vasitələri(CASE-vasitələr) istənilən informasiya sisteminin layihəsinin əsasını təşkil edir. Metodologiya informasiya sistemlərinin həyat dövrünün proseslərinin yerinə yetirilməsini təmin edən konkret texnologiyalar və onları dəstəkləyən standartlar, metodikalar və alət vasitələri ilə realizə olunur.

Layihələndirmə texnologiyasının əsas məzmununu texnoloji təlimatlar təşkil edir. Bu təlimatlar texnoloji əməliyyatların yerinə yetirilməsi ardıcıllığının təsvirindən, bu və ya digər əməliyyatın yerinə yetirilməsindən asılı olan şərtlərdən və əməliyyatların təsvirindən ibarətdir.

Layihələndirmə texnologiyası 3 tərkib hissədən ibarətdir:

-layihələndirmənin texnoloji əməliyyatlarının yerinə yetirilmə ardıcıllığı

-texnoloji əməliyyatların yerinə yetiirlməsinin nəticələrinin qiymətləndirilməsi üçün istifadə olunan meyar və qaydalar

-layihələndirilən sistemin təsviri üçün istifadə olunan qrafiki və mətn vasitələri.

Hər bir texnoloji əməliyyat aşağıdakı material və informasiya resursları ilə təmin olunmalıdır.

-əvvəlki əməliyyatda alınmış və standart şəkildə təqdim olunmuş verilənlər

-metodik materiallar, təlimatlar, normativlər və standartlar

-proqramlar və texniki vasitələr

-icraçılar

İnformasiya sistemlərinin layihələndirilməsi, işlənməsi və müşayiət edilməsi texnologiyasının ödədiyi tələblər aşağıdakı kimi ifadə oluna bilər:

-informasiya sisteminin tam həyat dövrünün dəstəklənməsi

-təyin edilmiş keyfiyyət və müəyyən olunmuş vaxt müddətində sistemin işlənməsi məqsədlərinin əldə edilməsinin təmin edilməsi

-minimum vaxt müddətində işlək sistemin əldə edilməsinin təmin edilməsi

-layihənin quruluşunun idarə edilməsi imkanının nəzərə alınması, layihə və onun tərkib hissələrinin versiyalarının yaradılması, layihə sənədlərinin avtomatik verilməsi imkanı və onun versiyalarının layihənin versiyaları ilə sinxronlaşdırılması.

-icra olunan layihə qərarlarının sistemin realizə olunma vasitələrindən asılı olmamasının təmin edilməsi.



5.4.1. CASE-texnologiyaları

CASE texnologiyaları( Computer-Aided Software/system Engineering, CASE- Kompüterin köməyi ilə proqram təminatının/ sisteminin qurulması texnikası) müxtəlif sahələr üzrtə mütəxəssisləri (sistem-analitikləri, layihəçilər, proqramçılar) cəlb edərək layihənin adətən kollektiv şəkildə realizə olunmasını tələb edən mürəkkəb informasiya sistemlərinin yaradılması zamanı istifadə olunur.

CASE texnologiya avtomatlaşdırmanın proqram vasitələri kompleksi ilə dəstəklənən proqram təminatının mürəkkəb sistemlərinin metodoloji təhlili, layihələndirilməsi, işlənməsi və müşayiət edilməsi toplusudur.

CASE-in əsas məqsədi proqram təminatının layihələndirilməsi işinin onun kodlaşdırılmasından və işlənmənin növbəti mərhələlərindən ayırmaqdır.

CASE-texnologiyaların alət vasitələri yaranan məsələlərin həllini sadələşdirərək, sistemin həyat dövrününbütün mərhələlərində tətbiq olunurlar.

CASE texnologiyalar informasiya sisteminin layihələndirilməsi işini proqramlaşdırma və sazlama proseslərindən ayırmağa imkan verir: sistemin layihəçisi təfərrüatlara diqqətini yayındırmadan, daha yüksək səviyyədə layihələndirmə ilə məşğul olur.

Bir sıra hallarda CASE texnologiyasının tətbiqi informasiya sisteminin layihələndirilməsi və işlənməsi proseslərinin çərçivəsindən kənara çıxır. Texnologiya şirkətlərin təşkilati və idarəetmə strukturlarının modellərinin optimallaşdırılmasına imkan verir.

Layihə üzərində aparılan kollektiv iş informasiya mübadiləsini, məsələlərin yerinı yetirilməsinə nəzarəti , dəyişikliklərin və versiyaların izlənməsini, planlaşdırmanı, qarşılıqlı əlaqələndirməni və idarəetməni nəzərdə tutur. Bu cür funksiyaların realizə olunmasının əsasını adətən repozitari adlanan layihənin ümumi verilənlər bazası təşkil edir.

Müasir CASE sistemlərinin əksəriyyətində əyani diaqramlara əsaslanan struktur təhlil və layihələndirmə metologiyaları tətbiq olunur. Bu zaman layihələndirilən sistemin modelinin təsviri üçün qraflar, diaqramlar, cədvəllər və sxemlərdən istifadə olunur.

CASE terxnologiyalar praktiki olaraq bütün növ proqram təmanatlarının(sistem,idarəedici, tətbiqi) yaradılmasında tətbiq edilir.

Struktur metodologiyaların avtomatlaşdırılması ilə yanaşı, CASE texnologiyaları aşağıdakı üstünlüklərə də malikdir:

-avtomatiki nəzarət vasitələrinin hesabına yaradılan proqram təminatının keyfiyyətinin yaxşılaşdırılması

-İlkin mərhələlərdən gözlənilən nəticənin qiymətləndirilməsinə imkan verən qısa müddət ərzində gələcək sistemin prototipinin yaradılması

-layihələndirmə və işlənmə proseslərinin sürətləndirilməsi

-işlənmənin inkişafının və müşayiətinin dəstəklənməsi

CASE texnologiyaların vasitələri iki qrupa ayrılır:

-realizə olunan sistemə daxil olan- sistemin layihələndirilməsi və realizə olunması ilə bağlı bütün qərarlar seçilmiş VBİS ilə əlaqədardır

-realizə olunan sistemdən asılı olmayan- layihələndirmə ilə bağlı bütün qərarlar həyat dövrünün ilkin mərhələlərinin unifikasiyasına və bu mərhələlərrin sənədləşdirilməsinə yönəlir.



5.4.2.RAD metodologiyası

Komputer informasiya sistemlərinin mövcudluğunun ilkin mərhələsində onların işlənməsi ənənəvi proqramlaşdırma dillərində aparılırdı. Lakin işlənən sistemlərin mürəkkəbliyinin və istifadəçilərin tələblərinin artması nəticəsində işlənmə müddətinin azalmasını təmin edən yeni vasitələr tələb olundu.

Tətbiqların cəld işlənməsi vasitələrinin istifadəsinə əsaslanan informasiya sistemlərinin işlənməsi metodologiyası son zamanlar geniş yayılıb və tətbiqlərin cəld işlənməsi metodologiyası adı altında məlumdur.

RAD dedikdə tətbiqlərin ayrı-ayrı informasiya komponentlərini funksional olaraq əks etdirən, müəyyən qrafiki obyektlər dəsti ilə işləməyə imkan verən, tətbiqi informasiya sistemlərinin cəld işlənməsini təmin edən xüsusi alət vasitələri kompleksi başa düşülür.

Tətbiqlərin cəld işlənməsi metodologiyası adətən 3 əsas elementə əsaslanan informasiya sistemlərinin işlənməsi prosesini nəzərdə tutur:

-nisbətən kiçik olan proqramçılar dəsti(adətən 2-10 nəfər)

-nisbətən qısa vaxt müddəti(2-6 ay) üçün tərtib olunmuş görüləcək işlər cədvəli

RAD metodologiyasının əsas prinsiplərini aşağıdakı kimi vermək olar:

-layihənin iterasiya modelinin istifadəsi

-həyat dövrünün hər bir mərhələsində işlərin tam başa çatdırrılmasının vacib olmaması

-CASE vasitələrin və tətbiqlərin cəld işlənməsi vasitələrinin istifadəsi.

-son istifadəçilərin tələblərini tam həcmdə realizə və müəyyən etməyə imkan verən prototiplərin istifadəsi

-işlənmənin az sayda olan peşəkarlar tərəfindən aparılması

Tətbiqlərin cəld işlənməsi metodologiyasının istifadəsi zamanı informasiya sisteminin həyat dövrü dörd mərhələdən ibarətdir.

-tələblərin təhlili və planlaşdırılması mərhələsi

-layihələndirmə mərhələsi

-hazırlama mərhələsi

-tətbiq mərhələsi

Tələblərin təhlili və planlaşdırılması mərhələsində aşağıdakılar icra olunur:

-işlənən infromasiya sisteminin yerinə yetirəəcəyi funksiyalar

-ilk növbədə işlənməsi tələb olunan funksiyalar

-informasiya tələblərinin təsviri

-layihənin miqyasının məhdudaşdırılması.

Layihənin realizə olunması prinsip etibarı ilə mümkün olduqda, tələblərin təhlili və planlaşdırılması mərhələsinin nəticəsi kimi üstünlüklər göstərilməklə işlənən informasiya sisteminin funksiyalarının siyahısı, sistemin ilkin funksional və informasiya modelləri olacaqdır.

Layihələndirmə mərhələsində tətbiqlərin işlək prototiplərinin tez alınması üçün vacib alət kimi CASE vasitələr çıxış edir.

Sonra bu mərhələdə təhlil və ehtiyac yarandıqda sistemin funksional modelinin təhlili aparılır.

Proseslərə hərtərəfli baxıldıqdan sonra, işlənən sistemin funksional elementlərinin sayı təyin olunur. Bu informasiya sisteminin bir sıra altsistemlərə bölünməsini mümkün edir. Hər altsistem ayrıca layihəçilər qrupu tərəfindən RAD layihələr üçün münasib vaxt aərzində realizə olunur.

Bu mərhələdə tələb olunan sənədlər dəsti tərtib olunur.

Mərhələnin əsas nəticələrinə aşağıdakıları aid etmək olar:

-sistemin ümumi informasiya modeli

-sistemin bütövlükdə və ayrı-ayrı layihəçilər qrupları tərəfindən realizə olunan altsistemlərin funksional modelləri

-ekran formalarının, dialoq pəncərələrinin və hesabatların qurulmuş prototipləri.

Layihələndirmə mərhələsində RAD metodologiyasının istifadəsi xüsusiyyətlərindən biri yaradılan hər bir prototipin gələcək sistemin müəyyən hissəsinə nüfuz etməsidir.

Hazırlanma mərhələsində tətbiqin cəld işlənməsi yerinə yetirilir. Bu mərhələdə əvvəl alınmış modellər və qeyri-funksional xüsusiyyətli tələblər əsasında real sistemin iterativ hazırlanması yerinə yetirilir.

Hazırlanma mərhələsində də sistemin istifadəçilərinin iştirakı vacibdir. Belə ki, əgər işlənmə zamanı sistem əvvəl təyin olunmuş tələbləri ödəmirsə, onda istifadəçilər əldə edilmiş nəticələri qiymətləndirir.

Fiziki layihələndirmə aşağıdakılar ilə yekunlaşır:

-verilənlərin paylanması tələbi müəyyən olunur

-verilənlərin istifadəsinin təhlili aparılır

-aparat resurslarına tələblər müəyyən olunur

-layihənin sənədlərinin işlənməsi prosesi başa çatır

Tətbiq mərhələsi işlənmiş informasiya sistemin istifadəçilərinin öyrədilməsindən ibarətdir.

RAD metodologiyası xüsusi informasiya sistemlərinin yaradılması ilə yanaşı, mürəkkəb hesablama proqramlarının, əməliyyat sistemlərinin və ya mürəkkəb mühəndis-texniki obyektlərin idarə edilməsi proqramlarının yaradılması üçün də yararlı deyilş

RAD metodologiyası istifadəçi interfeysi ikinci dərəcəli olan( yeni sisteminin işinin məntiqinin əyaniliyi təyin olunmadıqda) tətbiqləridə istifadə oluna bilməz. Bu cür tətbiqlərə misal olaraq real vaxt tətbiqlərini, drayverləri və ya müxtəlif xidmətləri göstərmək olar.

5.5.Proqram məhsullarının layihələndirilməsi üsulları

Alqoritm və proqramların layihələndirilməsi üsulları çox zəngindir. Onlar müxtəlif əlamətlərə görə təsnif oluna bilərlər. Bu əlamətlərdən əsasları aşağıdakılardır:

-layihə işlərinin avtomatlaşdırılma dərəcəsi

-işlənmə prosesinin qəbul olunmuş metodologiyası

Alqoritm və proqramların layihələndirilməsinin avtomatlaşdırılma dərəcəsinə görtə aşağıdakıları qeyd etmək olar:

-ənənəvi(avtomatlaşdırılmamış) layihələndirmə üsulları

-avtomatlaşdırlmış layihələndirmə üsulları(CASE texnologiya və onun elementləri)

Avtomatlaşdırılmış layihələndirmə layihə işlərinə çəkilən əməyin aşağı salınmasına, onların yerinə yetirilməsi müddətinin qısaldılmasına, böyük layihəçilər heyətinin işinin əlaqələndirilməsinə, alqoritm və proqramların standart5laşmasına imkan yaradır.

Avtomatlaşdırılmış yanaşma layihəçilərin texniki və proqram əməklərinin “təchizatı vəsaitlərinin tamamilə təzələnməsini” tələb edir.

Alqoritm və proqramların layihələndirilməsi müxtəlif yanaşmalara əsaslana bilər:

-proqram məhsullarının struktur layihələndirilməsi

-predmet sahəsinin və onunla əlaqəli tətbiqlərin informasiya modelləşdirilməsi

-proqram məhsullarının obyekt-yönlü layihələndirilməsi

Struktur layihələndirmənin əsasını ardıcıl dekompozisiya, ayrı-ayrı elementlərə məqsədyönlü strukturla.dırma təşkil edir. Struktür layihələndirmənin tipik üsulları aşağıdakılardır:

-proqramların azalan layihələndirilməsi, kodlaşdırılması və testləşməsi, yəni verilənlərin emalının ümumi funksiyasının sadə funksional elementlərə ardıcıl bölünməsi

-modul proqramlaşdırılması, yəni proqram ardıcıl modullara bölünməsi

-struktur proqramlaşdırma, yəni proqram məhsulunun yaradılması zamanı verilənlərin emalı alqoritmlərinin idarəedici strukturlarının istifadə edilməsi

Predmet sahəsinin informasiya modelləşdirilməsinin əsasını alqoritm və proqramların layihələndirilməsi zamanı təyinedici rolu haqqında əsasnamə çıxış edir. Proqram məhsullarının layihələndirilməsinə bu cür yanaşma verilənlərin saxlanmasının və emalının təşkilinin proqram məhsullarının yaranması və inkişafı hesabına əmələ gəlmişdir.

Bu yanaşma aşağıdakı tərkib hisslərdən ibarətdir:

-predmet sahələrinin infromaiya təhlili

-informasiya modelləşdirilməsi, yəni qarşılıqlı əlaqəli verilənlər modelləri kompleksinin qurulması

-verilənlərin emalı funksiyalarının sistem layihələndirilməsi

İnformasiya modelləşdirilməsi iki təsvir səviyyəsinə malik informasiya modellərinin qurulmasından ibarətdir:

-predmet sahəsinin inteqrasiya olunmuş verilənlər strukturlarını əks etdirən verilənlərin saxlanmasl və emalının proqram realizası vasitələrindən asılı olmayan informasiya məntiqi modeli

-Verilənlərin saxlanması və emamlı mühitinə yönələn dataloji model.

Proram məhsullaırının işlənməsi üçün ənənəvi yanaşmalar verukənlər və onların emalı prosesləri arasında mövcud fərqləri hər zaman qeyd edirlər. Belə ki, informaiya modelləşməsinə yönələn texnologiyalar əvvəlcə verilənləri spesifikasiya edir, sonra isə bu verilənləri istifadə edən prosesləri təsvir edir. Proqram məhsullarının obyektyönlü texnologiyası verilənlər və prosesləri məntiqi obyektlərdə birləşdirir.



Yüklə 98,77 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin