1 İnformasiya sistemlərinin arxitekturası 7 Ümumi anlayışlar İT-nin qiymətləndirilməsi meyarları


Korporativ informasiya sisteminin məqsədi, məsələləri və baza komponentləri



Yüklə 98,77 Kb.
səhifə4/6
tarix09.11.2019
ölçüsü98,77 Kb.
#29554
1   2   3   4   5   6
yazi (1)


Korporativ informasiya sisteminin məqsədi, məsələləri və baza komponentləri

KİS-in əsas məqsədi-müəssisənin fəaliyyətinin səmərəliliyinin artırılmasıdır və bu məqsədin əldə edilməsi üçün aşağıdakı məsələlər həll olunmalıdır:

-müəssisənin ayrı-ayrı şöbələr və xidmətlərində mövcud olan informasiya axınlarının vahid informasiya fəzasında birləşdirilməsi

-informasiyanın əldə edilməsinin operativliyinin artırılması, həmçinijn onun keyfiyyətinin yaxşılaşdırılması

İstənilən müəssisənin biznes-proseslərinin informasiya dəstəyi və avtomatlaşdırılması üçün tələb olunn KİS-in əsas funksionallığını qeyd etmək olar:

-mühasibat uçotu, əmək haqqının hesablanması proseslərinin informasiya dəstəyi və avtomatlaşdırılması, həmçinin daxili korporativ standartlar və xarici qanunvericilik ilə reqlamentləşdirilən daxili və xarici maliyyə və vergi hesabatlarının formalaşdırılması

-müəssisənin paylanmış elektron sənəd dövriyyəsinin dəstəklənməsi(sənədin yaradılması, sənədin razılaşdırılması əməliyyatınnı dəstəklənməsi və s)

-təşkilatı-funksional strukturun, kargüzarlığın və kadr dövriyyəsinin informasiya dəstəyi

Eyni zamanda KİS-in tərkibinə korporasiyanın informasiya fəzasının dəyişməsini təmin edən komponentlər də daxil olmalıdır:

-VB-nin redaktə edilməsi, cədvəllərin strukturunun, sahələrinin, əlaqələrinin, indekslərinin və s modifikasiyası

-informasiyanın daxil etmə, baxış, təshih etmə interfeyslərinin modifikasiyası

-istifadəçinin işçi yerinin təşkilati və funksional təyinatının dəyişməsi

-istismar zamanı sistemin vəziyyətinin təhlili vasitələri

Sistemin vəziyyətinin təhlili aşağıdakı tədqiqatların aparılmasını nəzərdə tutur:

-verilənlər bazalarının arxiteturasının optimallığı

-alqoritm və proqramların işləmələrinin səmərəliliyi

-statistika:yazıların, sənədlərin, tranzaksiyaların və s sayı

-disk yaddaşının istifadə olunan həcmi



KİS-in xarakteristikaları

KİS-in ən vacib xarakteristikalarına aşağıdakılar aiddir:

-informasiya sisteminin arxitekturası(elemnetlərin tərkibi və qarşlılıqlı əlaqəsi)

-şəbəkə texnologiyaları, onların miqyası və şəbəkənin topologiyası

-informasiyanın saxlanmasının təşkilati forması

-sistemin keçirtmə qabiliyyəti (tranzaksiyaların emal edilmə sürəti)

-verilənlərin informasiy anbarının həcmi

-sənədlər sistemi və sənəd dövriyyəsi

-istifadəçi interfeysi və onun imkanları

-informasiyanın toplanması, ötürülməsi, emalı, saxlanması, çıxarılması, yayılması proseslərinin tipli informasiya texnologiyaları

-idarəetmə sistemi və obyektinin əraziyə görə paylanması və böyükmiqyaslı olması

-inkişaf etmiş hesblama platformalarında qeyri-həmcins hesablama mühitində fəaliyyət

-real vaxt miqyasında idarəetmənin realizə olunması

-informasiya komponentlərinin yüksək etibarlılığı, təhlükəsizliyi, açıqlığı və miqyaslanması



4.6.2.Korporativ şəbəkə

Korporativ informasiya sistemlərinin ayrılmaz hissəsi kimi korporativ şəbəkələr çıxış edir.

Korporativ şəbəkə dedikdə korporasiya sistemində istifadə olunan müxtəlif tətbiqlər arasında informasiyanın ötürülməsini təmin edən sistem başa düşülür. Bu zaman hesab olunur ki, şəbəkə maksimumum dərəcədə universal olmalıdır.

Korporativ şəbəkənin bir neçə qarşılıqlı əlaqəli qatdan ibarət olan mürəkkəb bir sistem kimi nəzərdən keçirilməsi məqsədəuyğundur. Korporativ şəbəkəni təsvir edən piramidanın əsasını komputerlər, yəni informasiyanı saxlayan və emal edən mərkəzlər qatı, və komputerlər arasında informasiya paketlərinin etibarlı ötürülməsinin istifadəyə təqdim edən şəbəkə əməliyyat sistemləri qatı işləyir.

Əməliyyat sistemi üzərində axtarış əməliyyatını yerinə yetirən VBİS-lər xüsusi rol oynadığından , sistem tətbiqlərinin bu sinfi ayrıca korporativ şəbəkə qatına ayırır. Növbəti səviyyədə sistem xidmətləri işləyir. Onlar diskdə saxlıanan milyonlarla və milyardlarla bitlər arasında lazımı informasiyanın axtraışı üçün VBİS-dən alət kimi istifadə edərək son istifadəçilərə həmin informasiyanı qərarın qəbulu üçün rahat formada təqdim edir, bundan başqa, bütün tip müəssisələr üçün informasiyanın müəyyən ümumi emal əməliyyatlkarını yerinə yetirirlər. Bu xidmətlər WWW xidməti, electron poçt sistemi, qrup şəklində iş vasitələri və s aiddir.

Korporativ şəbəkənin yuxarı səviyyəsi konkret müəssisə və ya konkret tipli müıssisələr üçün səciyyəvi olan məsələləri həll edən xüsusi proqram sistemlərini təqdim edir. Bu cür sistemlərə misal olaraq bankların avtomatlaşdırılması sistemlərini, mühasibat uçotunun təşkilini, avtomatlaşdırılmış layihələndirilməni, texnoloji proseslərin idarə olunmasını və s göstərmək olar.

Korporativ şəbəkə bir qayda olaraq, əraziyə görə paylanmış şəbəkədir, yəni bir-birindəm aralı yerləşən ofislər, altbölmələr və digər strukturları birləşdirir.

Lokal şəbəkənin yaradılması zamanı əsas xərclər avadanlığın alınması və kabelin çəkilməsinə sərf olunursa, əraziyə görə paylanmış şəbəkələrdə isə xərclərin əsas hissəsi kanalların istifadəsi ilə bağlı icarə ödəmələri təşkil edir. Bu məhdudiyyət çox vacibdir. Qalan hallarda isə korporativ şəbəkə istifadə olunan tətbiqlərin və onların şəbəkə ilə ötürülən informasiyanın necə emal olunması ilə bağlı heç bir məhdudiyyət qoymamalıdır.

Korporativ şəbəkənin yaradılması zamanı həll olunan birinvci problem rabitə kanallarının təşkili ilə əlaqəlidirş Problemin təbii həlli artıq mövcud olan qlobal şəbəkələrin istifadəsidir.

İntranet-korporativ idarəetmənin aləti kimi

“İntranet” və ya “intraşəbəkə” termini şəbəkələrin inkişafında yeni istiqamətin qeyd edilməsi üçün istifadə olunur. Həmin istiqamətin əhəmiyyətini vurğulamaq üçün tək onu qeyd etmək olar ki, şəbəkə proqram təminatının aparıcı istehsalçıları bu istiqamətə xüsusi diqqət yetirirlər. Əgər müəssisənin rəhbərliyi onların lokal və ya korporativ şəbəkələrinin hazırda və gələcəkdə şəbəkənin təşkilinə qoyulan müasir tələblərin ödənilməsini istəyirsə, onda İntranetə keçid labüddür.

Novell korporasiyası İntranet terminini aşağıdakı kimi tərif edir:”Müasir korporativ şəbəkələr ilk əvvəl İnternet qlobal şəbəkə mühiti üçün işlənmiş xidmətləri birləşdirirlər və inkişafları nəticəsində bu gün onlar istifadəçilərə istənilən vaxt və istənilən yerdə hesablama resursları və informasiyaya müraciətin yeni çevik vasitələrini təqdim edirlər. Məhz həmin korporativ şəbəkə intraşəbəkələr adlanır.

İntranet şəbəkəsi lokal şəbəkələrin və İnternet şəbəkəsinin vasitələrində istifadə edərək şirkətlərarası və şirkətdaxili informasiyanın saxlanması, ötürülməsi, emalı və müraciət edilməsi sistemi kimi də təyin edilə bilər. Qlobal kommunikasiyaların texnologiyası olan İnternetdən fərqli olaraq, İntranet şəbəkəsi korporativ kommunikasiyaların idarə edilməsini yerinə yetirən texnologiyadır.

İnternet sistemlərinin əsas üstün cəhətləri aşağıdakılardır:

-serverdə istifadəçiyə rahta şəkildə təqdim edilməsi üçün informasiya(verilənlər deyil) hasil edilir.

-kliyent və server arasında informasiya mübadiləsinin təşkili üçün açıq tipli protokoldan istifadə olunur.

-server və iş yerlərinin mərkəzləşdirilmiş idarə edilməsi asanlaşır.

-istifadəçinin proqram təminatından(əməliyyat sistemi, VBİS və s) asılı olmayan interfeys unifikasiya olunur.

İntranetin əsasını təşkil edən prinsiplər

İnternetin əsas prinsiplərini müxtəlif tərəflərdən nəzərdən keçirək

Birincisi, İntranet-təşkilatın “intellektidir”

İntranet- İnternet texnologiyasının, Web servislərə, TCP/IP və HTTP əlaqə protokollarına, HTML səhifələrinə əsaslanan daxili informasiya sistemidir. İntranet-Müəssisəyə özünü bir obyekt, qrup kimi təyin etməyə imkan verən texnologiyadır. Onu da qeyd etmək lazımdır ki, müəssisənin hər bir əməkdaşı tələb olunan informasiyadan istifadə edə bilər və səlahiyyətlərindəön asılı olaraq, informasiyanı artıra bilər. Başqa sözlə, İntranet təşkilatın “intellektini” təyin edir.

İkincisi, İntranet-fərdi intellektdir.

İnternet- aparat vasitələrinin, texnologiyanın və proqram təminatının birləşməsidir. İntranet= bir qədər başqadır. Əgər müəssisədə artıq İnternet varsa, onda İntrnetin qurulması üçün tələb olunan hər bir elemnet artıq mövcuddur. Bunun üçün qərarların qəbulunun öyrənilməsu üçün təcrübi yanaşmalar, bütün informasiya fəzasında dəqiq, aydın məsələlər ilə işləmə, gələcəkdə işin yaxşılaşdırılması məqsədi ilə infromasiyanın öyrənilməsi tələb olunur.

Üçüncüsü, İntranet-vahid rabitə vasitəsidir.

İntranet- eyni zamanda lokal şəbəkə, kliyent-server sistemi, fərdi komputrdir və bir sözlə, əvvəllər də müxtəlif müəssisələrdə informasiya ilə işləmək üçün istifadə olunan vasitədir. Hər bir yeni informasiya növü üçü proqramçılar qrupu və yeni proqram təminatı olmadan daxili əlaqə mümkün deyildir.

Dördüncüsü, İntranet- təşkilati mərkəzdir.

İntranet-informasiya səviyyəsində müəssisənin qurulması və bu informasiyanın tələb olunan şəxslərə təqdim edilməsi imkanıdır. Əgər hər bir əməkdaş müəssisənin fəaliyyəti, strategiyası, idarəetmə prinsipləri, müştəri və işgüzar tərəfdarları haqqında xəbərdardırsa, onda o ümumi işə verdiyi tövsiyəsi üzərində səylərini cəmləşdirə biləcəkdir. Bütün filiallar və nümayəndəliklər mərkəzi məlumatlarta daimi müraciət edir. Beləliklə, qlobal şəbəkə tək uzun məsafələrə informasiyanın ötürülməsi üçün istifadə olan ucuz bir vasitə kimi deyil, müəssisədə prosesin idarə edilməsi aləti kimi də istifadə olunur.



5. Proqramlaşdırma texnologiyasının alətləri

5.1. Proqram idarəetmə prinsipləri

EHM-in fəaliyyətinin əsasını proqram idarəetmə prinsipi təşkil edir. Bu prinsipin məğzi aşağıdakı kimidir. Məsələnin həlli alqoritmini realizə edən əmrlər ardıcıllığından ibarət olan proqram kompüterin yaddaşına daxil edilir, bundan sonra onun birinci əmrdən avtomatik acras başlayır. İcra olunmuş hər bir əməliyyatdan sonra, maşın avtomatik olaraq növbəti əmrin icrasına keçir və bu proses hesablamanın sonunu bildirən əmrə qədər davam edir.

Hazırda proqram məhsullarının yaradılması texnologiyası ilə bağlı istiqamət uğurla inkişaf etdirilir. Bu proqramların istehsalının sənaye texnologiyasına keçidlə, proqramların istehsalı və istismarına çəkilən müddətin, əmək və material xərclərinin azalması, zəmanətli keyfiyyət səviyyəsinin təmin edilməsi ilə əlaqəlidir.

Proqramlaşdırma texnologiyasının alətləri dedikdə proqramlaşdırma texnologiyasını dəstəkləyən ( təmin edən) proqram məhsulları başa düşülür.

Bu istiqamətlər çərçivəsində proqram məhsullarının aşağıdakı qrupları formalaşmışdıır:


  • Tətbiqlərin yaradılması vasitələri: proqramların yaradılması ilə bağlı ayrı-ayrı işlərin yerinə yetirilməsini təmin edən lokal vasitələr; proqramların yaradılması ilə bağlı qarşılıqlı işlər kompleksinin yerinə yetirilməsini təmin edən proqramların layihəçilərinin inteqral vasitələri.

  • Proqramm sistemlərinin təhlili, layihələndirilməsi və yaradılması üsullarını təqdim edən və informasiya sistemlərinin işlənməsi və realizə olunması proseslərinin avtomatlaşdırılması üçün nəzərdə tutulmuş CASE texnologiyaları.

5.2. İnformasiya sisteminin qurulma əsasları

Bir qayda olaraq, informasiya sisteminin işlənməsi konkret müəssisə(təşkilat) üçün yerinə yetirilir. Müəssisənin Fəaliyyətinin xüsusiyyətləri, şübhəsiz, informasiya sisteminin strukturuna təsir göstərəcəkdir. Eyni zamanda müxtəlif müəssisələrin strukturları bir-birinə bənzəyirlər. Hər bir müəssisə, fəaliyyət sahəsindən asılı olmayaraq, müəssisənin bu və ya digər fəaliyyət növünü yerinə yetirən bir sıra altbölmələrdən ibarətdir. Məşğul olduqları fəaliyyətdən asılı olmayaraq, bu yanaşma bütün təşkilatlara şamil olunur.

Beləliklə, istənilən təşkilata hr biri kifayəət qədər mürəkkəb struktura malik olan qarşılıqlı əlaqəli elementlər toplusu kimi baxıla bilər. Altbölmələr arasındakı əlaqələr də kifayət qədər mürəkkəbdir. Ümumi halda müəssisənin altbölmələri arasında üç növ əlaqəni qeyd etmək olar:

-funksional əlaqələr- hər bir altbölmə vahid biznes proses çərçivəsində müəyyən işlər yerinə yetirir;

-informasiya əlaqələri- altbölmələr arasında informasiya(sənədlər, fakslar, yazılı və şifahi əmrlər) mübadiləsi baş verir;

-xarici əlaqələr- bəzi altbölmələr xarici sistemlər il qarşılıqlı əlaqədədirlər, onuda qeyd etmək lazımdır ki, bu əlaqələr həm informasiya, həm də funksional xarakterli ola bilərlər.

Müxtəlif müəssisələrin ümumi struktura malik olmaları informaiya sistemlərinin vahid qurulma prinsiplərini ifadə etməyə imkan yaradır. Ümumi halda infromasiya sisteminin işlənməsi prosesi iki nəzər nöqtəsi baxımından götürülə bilər:

-layihəçilərin( layihəçi qruplarının) işlərinin tərkibinə görə. Bu halda işlənmə prosesinin əsas iş axınları anlayışları ( icraçılar,hərəkətlər, hərəkətlər ardıcıllığı və s) ilə ifdə olunan statik asoekti nəzərdən keçirilir;

-zamana və ya işlənən sistemin hyat dövrünün mərhələlərinə görə. Bu halda işlənmə prosesinin dövrlərin, mərhələlərin, iterasiyaların anlayışları ilə ifadə olunan dinamik təşkili nəzərdən keçirilir.

Müəssisənin informasiya sistemi müəyyən bir layihə kimi işlənir. Layihələrin idarə edilməsinin bir çox xüsusiyyəti və layihənin işlənməsi mərhələləri tək prdmet sahəsində deyil, layihənin xarakterinən də (yəni texniki və ya iqtisadi) asılı olmayaraq ümumi hesab olunurlar. Buna görə də əvəlcə layihələrin idarə edilməsi ilə bağlı bir sıra ümumi məsələlərin nəzərdən keçirilməsi məqsədəuyğundur.

Layihə dedikdə əvvəlcədən dəqiq müəyyən olunmuş məqsədlərə malik ayrıca bir sistemin məhdud zamana görə məqsədyölü dəyişdirilməsi başa düşülür.

İdarə olunan obyekt kimi layihənin aşağıdakı əsas xüsusiyyətlərini qeyd etmək olar:

-dəyişkənlik, yəni layihənin məqsədləri ilə ifadə olunan sistemin mövcud vəziyyətindən arzu olunan vəziyyətə məqsədyönlü keçirilməsi;

-son məqsədin məhdud olması;

-vaxtın məhdud olması;

-büdcənin məhdud olması;

-tələb olunan resursların məhdud olması;

-layihənin realizə olunan müəssisə üçün yeniliyi;

-komplekslilik, yəni layihənin tərəqqi və nəticələrinə birbaşa və ya dolayı təsir edən bir çox amilin olması;

-hüquqi və təşkilati təminat, yəni layihənin realizə olunması müddəti ərzində xüsusi təşkilati strukturun yaradılması.

Sistemli planda layihə “qara qutu” şəklində təsvir oluna bilər. Burada giriş kimi texniki tələblər və maliyyələşdirmə şərtləri,işin yekunu kimi isə tələb olunan nəticələrin əldə edilməsi çıxış edir. İşlərin hyerinə yetirilməsi lazımi resursların( materiallar, avadanlıq, insan resursları) mövcudluğu ilə təmin olunur.

İşin səmərəliliyi resursların paylanmasını, görülən işlərin ardıcıllığının qarşılıql əlaqələndirilməsini, daxili və xarici təsiredici amillərin tarazlaşdırılmasını təmin edən layihənin realizə olunması prosesinin idaərə edilməsi hesabına əldə edilir.

Layihənin realizə olunmasının gedişinə vaxtında təsir edən mexanizmlərin mövcudluğu tələb olunur(idarə olunma xassəsi)

İdarə olunma xassəsi qeyri-müəyyənlik və predmet sahəsinin dəyişkən olması şəraitində xüsusən aktualdır. Belə vəziyyət informasiya sistemlərinin işlənməsi ilə bağlı layihələrə xasdır.

Layihənin məqsədyönlü olmasının və mümkünlüyünün, onun realizə olunması işinin təhlilinin, həmçinin layihənin qoyulmuş məqsədlərinin əldə edilməsi dərəcəsinin qiymətləndirilməsi və gfaktiki nəticələrin planlaşdırılmış nəticələr ilə müqayisəsinin əsaslandırılması üçün layihənin bir sıra xarakteristikaları mövcuddur. Bu xarakteristikalardan vacib olanları texniki- iqtisadi göstəricilərdir:işlərin həcmi; icra müddəti; maya dəyəri; layihənin realizə olunması ilə təmin olunan iqtisadi səmərə; layihənin sosial və ictimai dəyəri.

Layihələrin təsnifatı

Layihə tətbiq sahəsinə, tərkibinə, predmet sahəsinə, miqyaslarına, müddətinə, iştirakçıların tərkibinə, mürəkkəblik dərəcəsinə, nəticələrin dəyərinə və s görə fərqlənə bilər. Layihələr həmçinin müxtəlif əlamətlərə görə təsnif oluna bilrə.



Layihənin sinfi layihənin tərkibi və strukturuna görə təyin olunur. Adətən aşağıdakılar fərqləndirirlər:

-monolayihə( istənilən tip, növ və miqyasa malik ayrıca bir layihə);

-multilayihə(bir sıra monolayihələrdən ibarət olan və çoxlayihəli idarəetməni tələb edən kompleks layihə).

Layihənin tipi layihənin yerinə yetirildiyi əsas fəaliyyət sahələrinə görə təyin olunur. Beş layihə tipini ayırmaq olar:texniki, təşkilati, iqtisadi, sosial, qarışıq.

Texniki layihələr aşağıdakı xüsusiyyətə malikdirlər:

-layihənin əsas məqsədi dəqiq təyin olunmuşdur, lakin aralıq nəticələr əldə olunduqca ayrı-ayrı məqsədlər dəqiqləşdirilməlidir;

-layihənin başa çatma vaxtı və müddəti əvvəlcədən müəyyən olunmuşdur, onların dəqiq gözlənilməsi məqsədəuyğundur.



Layihənin miqyası büdcənin həcmi və iştirakçıların sayı ilə yətin olunur: çox kiçik layihələr; kiçik layihələr; orta layihələr; iri layihələr. Layihələrinn miqyaslarına daha konkret formada da( sahə, korporativ, müəssisə) baxıla bilər.

İnformasiya sisteminin layihələndirilməsinin əsas mərhələləri

İşlərin mürəkkəbliyi və həcmindən asılı olmayaraq hər bir layihə müəyyən vəziyyətlərdən, yəni “layihə hələ yoxdur” vəziyyətindən “layihə artıq yoxdur” vəziyyətinə kimi keşir. İdeyanın yaranması anından layihənin tam başa çatması anına kimi inkişaf mərhələlərinin bir neçə mərhələyə ayrılması məqsədəuyğundur. Mərhələlərin sayı və onların tərkibinin təyin edilməsində müəyyən fərqlər mövcuddur, belə ki, bu xarakteristikalar konkret layihənin yerinə yetirilməsi şərtlərindən və heyətin təcrübəsindən asılıdır. Buna bamayaraq informasiya sisteminin işlənməsi prosesinin məntiqi və əsas tərkibi bütün hallarda əsasən eynidir.

İnfrmasiya sistemininin aşağıdakı inkişaf mərhələlərini qeyd etmək olar:

1.Konsepsiyanın formalaşdırılması. Burada əsas işlər layihənin təyin edilməsi və onun konsepsiyasının işlənməsindən ibarətdir:

-ideyanın ifadə edilməsi, məqsədlərin qoyuluşu ;

-layihənin əsas heyətinin tərtib edilməsi;

-sifarişçinin və digər iştirakçıların tələblərinin öyrənilməsiu;

-ilkin verilənlərin toplanması və mövcud vəziyyətin təhlili

-əsas tələb və məhdudiyyətlərin, lazımi material, maliyyə və əmək resurslarının təyin edilməsi;

-alternativlərin müqayisəli qiymətləndirilməsi;

-təkliflərin təqdim edilməsi, onların ekspertizası və təsdiqi.

2. Texniki tapşırığın işlənməsi. Burada həll olunan məsələlər texniki təklifin işlənməsi və sifarişçi ilə müqavilənin bağlanması ilə əlaqəlidir:

-layihənin əsas tərkib hissəsinin, çlayihənin baza strukturunun işlənməsi;

-texniki tapşırığın işlənməsi və təsdiqi;

-layihənin baza struktur modelinin planlaşdırılması, dekompozisiyası;

-layihənin smeta və büdcəsinin tərtib edilməsi, resurslara olan tələbatların təyin edilməsi;

-təqvim planların və görüləcək işlərin cədvəllərinin tərtib edilməsi

-sifarişçi ilə müqavilənin bağlanması;

-layihə iştirakçılarının kommunikasiya vasitələrininişə salınması və işlərin gedişinə nəzarət.

3. Layihələndirmə. Bu mərhələdə altsistemlər, onların qarşılıqlı əlaqələri təyin olunur, layihənin icrasının və resursların istifadəsinin ən səmərəli üsulları seçilir. Bu mərhələ üçün səciyyəvi olan işlər aşağıdakılardır:

-baza layihə işlərinin yerinə yetirilməsi;

-fərdi texniki tapşırıqların işlənməsi;

-konseptual layihələndirmənin yerinə yetirilməsi;

-texniki spesifikasiyaların və təlimatların hazırlaması;

-layihənin təqdim edilməsi, onun ekspertizası və təsdiqi.

Bu mərhələdə giriş və çıxış informasiya axınlarının, onların tiplərinin, verilənlərin, proqramların, kompüter sistemlərinin mühfizəsi vasitələrinin təyin edilməsi məsələləri həll olunur. Bu zaman aşağıdakılar işlənir:

-verilənlərin sxemi məslələrin həlli zamanı yaranma anından istifadəçiyə çatdırılana qədər verilənlərin yolunu qrafiki olaraq əks etdirir və emal mərhələlərini, eləcə də istifadə edilən verilən daşıyıcılarını təyin edir;

-əməliyyatlar menyusu- ekranda şaquli şəkildə əməliyyatlar qrupunu əks etdirən obyektlər siyahısı olub istifadəçilərə seim imkanı verir;

-resurslar sxemi-məsələnin həlli üçün tələb olunan verilən bloklarının və emaledici vasitələrin konfiqurasiyasını əks etdirir;

-proqramın sxemi- proqramda əməliyyatların ardıcıllığını əks etdirir ;

-proqramların qarşılıqlı əlaqəsi sxemi- proqramların aktivləşdirilməsi və uyğun verilənlərlə qarşılıqlı əlaqəsi yolunu göstərir;

-sistemin işinin sxemi- əməliyyatlar və verilənlər axınının idarə edilməsini, sistemdə verilənlərin emalının texnoloji prosesini əks etdirir.

4. Hazırlanma. Bu mərhələdə layihə üzrə işlərin qarşılıqlı əlaqələndirilməsi, operativ nəzarəti, altsistemlərin hazırlanması, onların birləşdirilməsi və testdən keçirilməsi yerinə yetirilir. Burada görülən əsas işlər aşağıdakılardır:

-proqram təminatının haırlanması ilə bağlı işlərin yerinə yetirilməsi;

-sistemin tətbiqi üçün hazırlıq işlərinin yerinə yetirilməsi;

-layihənin əsas göstəricilərinə nəzarət edilməsi və tənzimlənməsi.

5.Sistemin istismara verilməsi. Bu mərhələdə sınaqlar, real şəraitdə təcrübə istismarı keçirilir,layihənin yerinə yetirilməsinin nəticələri və mümkün olan yeni müqavillər haqqında danışıqlar aparılır. Yerinə yetirilən işlər kimi aşağıdakıları qeyd etmək olar.

-kompleks şəklində sınaqlar;

-yaradılan sistemin istismarı üçün işçi heyətin hazırlanması;

-işçi sənədlərin hazırlanması, sistemin sifarişçiyə təhvili və onun istismara verilməsi;

-sistemin müşayiəti, dəstəklənməsi, sevis xidmətləri;

-layihənin nəticələrinin qiymətləndirilməsi və yekun sənədlərin hazırlanması.

İkinci və qismən üçüncü mərhələləri sistemli layihələndirmənin mərhələləri, son iki mərhələni isə realizə etmə mərhələləri adlandırırlar.

Layihənin başlanğıc mərhələləri əldə edilən nəticəyə həlledici təsir göstərirlər, belə ki, bu mərhələdə informasiya sisteminin keyfiyyətini təyin edən əsas qərarlar qəbul edilir. Bu zaman layihənin son nəticəsin adətən 30% konsepsiya və təklif mərhələsi, 20% layihələndirmə mərhələsi, 20% hazırlanma mərhələsi, 30% obyektin təhvil verilməsi və layihənin başa çatması öz təsirini göstərir.

Bunadan başqa sistem layihələndirmə mərhələsində buraxılan səhvlərin aşkarlanmasına digər mərhələlərdə olduğundan iki dəfə artıq vaxt sərf edilir. Buna görə də ilkin mərhələlərdə layihənin işlənməsinin xüsusi diqqətlə yerinə yetirmək lazımdır. İlkin mərhələlərdə daha çox rast gələn səhvlər aşağıdakılardır:

-sifarişçinin maraqlarının təyin edilməsindəki səhvlər;

-az əhəmiyyətli olan kənar maraqlarda diqqətin cəmlənməsi;

-məsələnin ilkin qoyuluşunun düzgün izah edilməməsi;

-tələb olunan resursların və müddətin təyin edilməsindəki səhvlər.



5.3. İnformasiya sistemlərinin həyat dövrü

İnformasiya sisteminin həyat dövrü ərzində baş verən proseslər

Həyat dövrü anlayışı informasiya sistemlərinin layihələndirilməsi metodologiyasının əsas anlayışlarından biridir. İnformasiya sisteminin həyat dövrü informasiya sisteminin yaradılması haqqında qərar qəbul olunduğu andan istismardan götürülməsi anına qədər davam edən fasiləsiz bir prosesdir.

İnformasiya sisteminin həyat dövrünü reqlamentləşdirən ISO/IES 12207 standartı mövcuddur. ISO(International Organization of Standardization)- Beynəlxalq standartlar təşkilatı və IEC(İnternational Electrotechnical Commission)- Elektrotexnika üzrə beynəlxalq komissiyadır.

ISO/IEC 12207 standartı informasiya sisteminin yaradılması zamanı yerinə yetirilməsi vacib olan proseslər, əməliyyatlar və məsələlərdən ibarət olan həyat dövrünün strukturunu təyin edir. Həmin standarta uyğun olaraq həyat dövrünün strukturu üç qrup proseslərə əsaslanır:

-həyat dövrünün əsas proseslri( əldə etmə, tədarük, işlənmə, istismar, müşayiət)

-əsas proseslərin icrasını təmin edən köməkçi proseslər ( sənədləşdirmə, konfiqurasiyanın idarə edilməsi, keyfiyyətin təmin edilməsi, verifikasiya, attestasiya, qiymətləndirmə, audit, problemlərin həlli)

-təşkilati proseslər(layihələrin idarə edilməsi, layihənin infrastrukturunun yaradılması, həyat dövrünün təyini)

Həyat dövrünün əsas prosesləri arasında vacib olanları işlənmə, istismar və müşayiətdir.

İnformasiya sisteminin işlənməsi proqram təminatının və tapşırılmış tələblərə uyğun onların komponentlərinin yaradılması ilə əlaqəli işləri daxil edilir. Proqram təminatının tərkibinə aşağıdakılar da daxildir:

-layihə və istismar sənədlərinin hazırlanması

-işlənmiş proqram məhsullarının testləşdirilməsinin keçirilməsi üçün tələb olunan materialların hazırlanması

-işçi heyətin öyrədilməsinin təşkili üçün tələb olunan materialların hazırlanması

İstismar işlərini hazırlıq və əsas işlərə ayırmaq olar. Hazırlıq işlərinə aşağıdakılar aiddir:

-verilənlər bazasının və istifadəçilərin işçi yerlərinin konfiqurasiya olunması

-istifadəçilərin istismaq sənədləri ilə təmin edilməsi

-heyətin öyrədilməsi

Əsas istismar işlərinə isə bunlar daxildir:

-istismar

-problemlərin məhdudlaşdırılması və onların yaranma səbəblərinin aradan qaldırılması

-proqram təminatının modifikasiyası

-sistemin təkmilləşdirilməsi ilə əlaqəli təkliflərin hazırlanması

-sistemin inkişafı və təkmilləşdirilməsi.



Yüklə 98,77 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin