Funksional tələblərin ingilis dilində ixtisarlarla işarə edilən aşağıdakı sinifləri
İstifadəçinin verilənlərinin mühafizəsi (FDP). Sinif informasiyanı daxiletmə,
xaricetmə və saxlama zamanı istifadəçi verilənlərinin mühafizəsinə aid
təhlükəsizlik tələblərini müəyyən edir.
İdentifikasiya və autentifikasiya (FIA). Bu sinfin tələbləri sistemdə
istifadəçilərin müəyyən edilməsi və verifikasiyası ilə, onların sistemdə
səlahiyyətləri ilə, həmçinin təhlükəsizlik atributlarının hər bir istifadəçiyə
düzgün verilməsi ilə işləyir.
Təhlükəsizliyin idarə edilməsi (FMT). Sinfə təhlükəsizlik funksiyaları
verilənlərinin və atributlarının, həmçinin təhlükəsizlik rollarının idarə edilməsi
üzrə tələblər daxildir.
Konfidensiallıq (FPR). Bu sinfin tələblərinin realizə edilməsi istifadəçini onun
səlahiyyətlərinin digər istifadəçilər tərəfindən açılmasından və sui-istifadə
edilməsindən mühafizə edəcək.
Təhlükəsizlik funksiyalarının mühafizəsi (FPT). Sinfə sistemin təhlükəsizlik
mexanizmlərinin tamlığına və idarə edilməsinə aid funksional tələblər daxildir
(realizə edilən təhlükəsizlik siyasətindən asılı olmayaraq).
Resursların istifadəsi (FRU). Bu sinfin tələbləri lazımi resursların əlyetənliyini
(emal /və ya saxlama imkanı kimi), həmçinin sistemin imtinaları ilə funksional
imkanların meydana çıxan bloklanması halında mühafizəni təmin edir.
Qiymətləndirmə obyektinə giriş (FTA). Sinif istifadəçinin təyin edilmiş iş
seansına funksional nəzarət tələblərini identifikasiya və autentifikasiya üzrə
tələblərdən asılı olmadan müəyyən edir.
Etibarlı marşrut/kanal (FTP). Sinif aşağıdakı tələbləri təmin edir:
1. Istifadəçi ilə sistemin təhlükəsizlik funksiyaları arasında etibarlı
kommunikasiya marşrutu;
2. sistemin təhlükəsizlik funksiyaları arasında etibarlı rabitə kanalı.
Dostları ilə paylaş: