Azərbaycan dilində işgüzar və akademik komunikasiya - 2430a
50 . İşgüzar kommunikasiyada veb-sayt: biri səhvdir. A
) Sürətli qarşılıqlı əlaqə və ani reaksiya biznesdə həlledici rol oynamır, davamlılıq və
uzunömürlülük təmin edən inam və müştəri məmnuniyyətinin itirilməsinə səbəb olur
B
) İcma bülleteni və işçilər üçün zəruri, faydalı olan forma, məlumat və digər resurslara
daxil olmaq üçün bir mənbə kimi xidmət edir
C) Veb-
saytına daxil olanlar dərhal əlaqə saxlaya və tövsiyələr əldə edə bilirlər, bu hər
hansı bir narahatlığın, yubanmanın qarşısını alır
D) Veb-
sayt yaratmaq, işgüzar fəaliyyətə başlamaq üçün investisiya yox, yalnız etibarlı bir
internet bağlantısı lazımdır. Veb-sayt işgüzar ünsiyyətdə – internetin xarici istifadəsində,
satış, resurs və ya biznesin aparılmasında mühüm metod sayılır
E
) Hər sahədə asılı olduğumuz və həyatımızı onsuz təsəvvür edə bilmədiyimiz bir vaxtda
internet işgüzar kommunikasiya və marketinq strategiyalarına güclü təsir göstərir
51 . Hansı bənddə kommunikasiya və işgüzar kommunikasiya anlayışları arasındakı fərq düzgün göstərilməyib? A)
Kommunikasiya bir istiqamətli proses deyil, işgüzar kommunikasiyadakı kimi qarşılıqlı
əlaqələr prosesi olduğu üçün hər zaman improvizə olunur, o əvvəlcədən müəyyən edilmir
B
) Kommunikasiya subyektin bu və ya digər obyektlə əlaqəsidir, bu zaman təkcə insan
yox, hər hansı canlı (heyvan) və ya maşın (texniki vəsait) obyekt rolunda eynilə insan kimi
çıxış edə bilər. İşgüzar kommunikasiya isə yalnız fərdi subyektlər – insanlar arasında baş
verir
C
) Kommunikasiya informasiya ötürmə prosesidir, bu funksiyada o, birtərəflidir –
monoloqludur, i
şgüzar kommunikasiya qarşılıqlı əlaqə, münasibətlər prosesidir, iki tərəflidir
– dialoqludur
D
) Kommunikasiyada həmişə bir nəfər aktiv olur, digəri və ya digərləri informasiya
almaqda passiv rol oynayırlar; rollar dəyişə bilər, qanunauyğunluq isə dəyişmir. İşgüzar
kommunikasiyada
eyni zamanda bütün tərəf müqabilləri az və ya çox dərəcədə aktiv ola
bilir
E
) Kommunikasiya nominativ mənası ilə informasiya prosesidir, o təkcə insanlarla yox,
texniki vasitələr, hətta süni dillərlə də həyata keçirilə bilər, işgüzar kommunikasiya isə
insanlar arasında olur, həm praktik, həm də mənəvi informasiya xarakteri daşıyır