II q a y d a : n+l cəminin ədədi qiyməti bərabər olan iki orbitaldan baş kvant ədədinin qiyməti kiçik olan orbital əvvəlcə dolur. 3d və 4p – orbitalları üçün n+l cəmi bərabərdir ( 3+2=5; 4+1=5). Bu halda 3d – orbitalı üçün n=3 və 4p – orbitalı üçün n=4 olduğundan, qaydaya əsasən 3d – orbitalı 4p- orbitalından əvvəl dolur.
3d n+l = 3+2=5
4p n+l = 4+1=5
Kleçkovski qaydasında kənara çıxma halları da müşahidə olunur. Cu, Ag, Au, Cr, Mo, Pd, La, Ac orbitalların elektronla dolması zamanı həmin qayda pozulur. Ümumiyyətlə, orbitalların elektronlarla dolma ardıcıllığı aşağıdakı kimi olur:
1s 2s 2p 3s 3p 4s 3d 4p 5s 4d 5p 6s 4f 5d 6p 7s 5f 6d 7p...
2.METAL VƏ HİDROGEN RABİTƏLƏRİ
Metal rabitə. Dövri sistem elementlərinin əksəriyyəti metallardır. Metalların bir-birindən fərqlənmələrinə baxmayaraq,onların ümumi xassələri də vardır. Metallar yüksək elektrik və istilik keçiriciliyinə, plastikliyə,metal parıltılığına, reduksiyaedici və s. ümumi xassələrə malikdir. Bütün bu xassələr metal rabitəsinin təbiəti ilə əlaqədardır. Metal rabitəsi eyni metal atomları arasında mövcuddur.
Kristal qəfəsdə müsbət metal ionları ilə ümumiləşdirilmiş valent elektronları arasında qarşılıqlı təsirdən yaranan delokallaşmış çoxmərkəzli kimyəvi rabitəyə metal rabitəsi deyilir. Metal rabitəsi metalın kristal halında mövcuddur. Buxar fazada metallar atomlar və ya ikiatomlu molekullar halında olur (Na2, K2 və s.).
Dostları ilə paylaş: |