Mx - qazın molekul kütləsi, DH2 - onun hidrogenə görə sıxlıgıdır.
Qazların molekul kütləsi onların havaya görə sıxlığına əsasən də hesablanır.
Mx = 29 · Dhava 29 - havanın orta molekul kütləsidir.
2.KOVELENT RABİTƏ NÖVLƏRİ. RABİTƏNİN DOYMUŞLUĞU VƏ İSTİQAMƏTLİYİ.DONOR-AKSEPTOR(KOORDİNATİV )RABİTƏ
Kovalent rabitələr. Valent rabitə nəzəriyyəsinə görə əks-spinli tək elektron orbitallarının qapanması hesabına atom nüvələri arasında elektron sıxlığının artması nəticəsində yaranan rabitə kovalent rabitə adlanır. Bu rabitə universal xarakter daşıyan lokallaşmış ikielektronlu, ikimərkəzli rabitədir. Kovalent rabitə əsasən iki müxtəlif mexanizm üzrə əmələ gəlir.