2 H2 + O2 = 2 H2O
4 32 36
Lakin kimyəvi reaksiyalar nəticəsində istilik ayrılır. İstilik enerjisinin kütləsi məlum olmadığına görə əvvəllər belə ifadə edilirdi. 1905-ci ildə Eynşteyn kütlə ilə enerjinin qarşılıqlı əlaqəsini ifadə edən tənliyi müəyyən etdikdən sonra, həmin qanunlara dialektik vəhdətdə baxılır və birgə öyrənilir.
E = mc2
Burada: m – kütlə, c – işığın vakuumdakı sürəti ( 3x1010 sm/san.), E – enerjidir.
Eynşteynin tənliyi kütlə və enerjinin bir-birinə mütənasibliyini göstərir. Məlumdur ki, reaksiya zamanı kimyəvi enerji mexaniki, istilik, elektrik və digər enerji formalarına keçə bilər. Bu proseslər zamanı kütlə dəyişməsi Eynşteyn tənliyinə əsasən hesablanir və onun miqdarı reaksiya tənliyinə uyğun gələn kütlə miqdarı ilə müqayisədə çox az olduğundan bəzən nəzərə alınmır.
Dostları ilə paylaş: |