m = E / c2
Məsələn, sinkin oksigenlə reaksiyası zamanı ayrılan enerjiyə ( 3,49·105 kC / mol ) ekvivalent olan kütlənin dəyişməsi:
Zn + ½ O2 = ZnO + 3,49·105 kC
m = E / c2 = 3,49·105 / 9·1016 = 3,9·10-12 kq = 3,9·10-9 q
Deyilənlərə əsasən kimyəvi reaksiyalarda kütlə və enerjinin saxlanması qanunlarının birgə ifadəsi belədir:
Reaksiyaya daxil olan maddələrin kütlə və enerjilərinin cəmi, reaksiya məhsullarının kütlə və enerjilərinin cəminə bərabərdir.
Kimyəvi reaksiyaların enerji effektinə nisbətən nüvə reaksiyalarında enerji effekti müqayisə olunmaz dərəcədə ( bir neçə milyon dəfə ) çoxalır və kütlə dəyişməsi artaraq təyin olunacaq həddə çatır.
2.ÇUQUN VƏ POLADIN ALINMASI
3. ELEKTROLİZ PROSESİ.ELEKTROLİZİN I,II QANUNLARI
Elektroliz prosesində elektrik enerjisi kimyəvi enerjiyə çevrilir. Elektrolitdən (məhlulda və ya əridilmiş halda) sabit elektrik cərəyanı keçdikdə, elektrodlarda baş verən oksidləşmə və reduksiya nəticəsində maddələrin ayrılması ilə gedən proseslərə elektroliz deyilir.
Elektroliz prosesi elektrolizer adlanan qurğuda (elektroliz vannası ) aparılır. Elektrolit olaraq CuCl2 məhlulu doldurulmuş vannaya elektrodlar salınır və onlar sabit cərəyan mənbəyi ilə birləşdirilir.
Elektrolitdən cərəyan keçməmiş ionlar xaotik hərəkətdə olur, cərəyan buraxıldıqda isə onların nizamlanmış hərəkəti başlanır. Müsbət ionlar (kationlar) katoda, mənfi ionlar (anionlar) isə anoda tərəf hərəkət edir və elektrodlar üzərində yüksüzləşirlər. Elektroliz zamanı katod elektronları kationa verdiyi üçün reduksiyaedici, anod isə anionlardan elektron qəbul etdiyi üçün oksidləşdirici olur. Deməli, katod səthində reduksiya, anod səthində oksidləşmə prosesi baş verir. Qalvanik elementlərdən fərqli olaraq elektroliz prosesində mənfi elektrod katod, müsbət elektrod isə anod olur.
Dostları ilə paylaş: |