Qatılığın təsiri. Dəmir 3- xloridə kalium-rodanidlə təsir etdikdə al-qırmızı rəngli dəmir 3- rodanid əmələ gəlir:
FeCl3 + 3KCNS = Fe (CNS)3 + 3KCl
Sistemə FeCl3 əlavə etsək tarazlıq sağa doğru yerini dəyişər. Bunu məhlulun rəngininin tündləşməsi ilə müşahidə etmək olar. Əksinə, reaksiya məhsullarından birinin qatılığını artırdıqda tarazlıq sola doğru yerini dəyişər və dəmir 3- rodanidin qatılığı azaldığından məhlulun rəngi açıqlaşar.
3.QALVANİK ELEMENTLƏR(Cu Zn)DANİEL-YAKOBİ QALVANİK ELEMENTİ
Elektrokimyəvi proseslər oksidləşmə- reduksiya reaksiyalarına əsaslanır. Belə proseslərdə elektronlar reduksiyaedicidən oksidləşdiriciyə keçir və qalvanik element əmələ gəlir. Qalvanik element kimyəvi enerjini elektrik enerjisinə çevirən cihazdır. Misal olaraq, Yakobi – Daniel qalvanik elementinin işini nəzərdən keçirək. Sink- sulfat və mis 2- sulfat məhlullarına müvafiq olaraq sink- və mis lövhələr daxil edilir. Məhlullar bir-birindən məsaməli arakəsmə vasitəsilə ayrılır. Sink daha aktiv olduğu üçün məhlula sink ionları göndərir, mis elektrodu üzərində isə mis ionları toplanır. Beləliklə, sink mənfi, mis isə müsbət elektrod vəzifəsini görür.
Elektronların sinkdən misə keçməsi dövrədə elektrik cərəyanının
əmələ gəlməsinə səbəb olur. Elektrodlar üzərində aşağıdakı proseslər gedir.
Dostları ilə paylaş: |