2Al + 6HCl(d) → 2AlCl3 + 3H2
2Al + 3H2SO4(d) → Al2(SO4)3 + 3H2
Alüminium duru nitrat turşusunda asanlıqla həll olur.
8Al + 30HNO3 (d) → 8Al(NO3)3 + 3N2O + 15H2O
Qatı sulfat və nitrat turşuları alüminiumu passivləşdirir. Buna görə də, bu turşuları alüminium qablarda daşımaq və saxlamaq mümkündür. Lakin qızdırdıqda qatı sulfat turşusunda həll olur.
Al + 6HNO3(q) → Al(NO3)3 + 3NO2 + 3H2O
2Al + 6H2SO4(q) → Al2(SO4)3 + 3SO2 + 6H2O
Al ərintidə və məhlulda qələvilərlə qarşılıqlı təsirdə olur.
2Al + 6NaOH → 2Na3AlO3 + 3H2 ərintidə
2Al + 6NaOH + 6H2O → 2Na3[Al(OH)6] + 3H2 məhlulda
2.DÖNƏN VƏ DÖNMƏYƏN KİMYƏVİ REAKSİYALAR.KİMYƏVİ TARAZLIQ. TARAZLIQ SABİTİ
Kimyəvi reaksiyalar dönən və dönməyən olur. Yalnız bir istiqamətdə gedən reaksiyalara dönməyən reaksiyalar deyilir. Reaksiyanın bir istiqamətdə axıra qədər getməsi üçün alınan məhsullardan biri qaz və ya çöküntü halında ayrılmalı, yaxud zəif elektrolit olmalıdır. ( Bertolle qaydası).
2KClO3 ⟶ 2KCl + 3O2↑
BaCl2 + Na2CO3 ⟶ BaCO3↓ + 2NaCl
NaOH + HCl ⟶ NaCl + H2O
Kimyəvi reaksiyaların əksəriyyəti dönəndir. Eyni şəraitdə bir-birinə əks olan iki istiqamətdə gedən kimyəvi reaksiyalara dönən reaksiyalar deyılır. Proses o zaman dönən olur ki, reaksiya məhsulları yenidən qarşılıqlı təsirdə olaraq ilkin maddələrə çevrilsin. Belə reaksiya tənliklərində bərabərlik işarəsi əks istiqamətli oxlarla əvəz edilir.
Dostları ilə paylaş: |