υ1
mA + nB pC + qD
υ2
Kütlələrin təsiri qanununa əsasən hər iki reaksiyanın sürəti belə ifadə olunur:
υ1 = k1 [A]m [B]n
υ2 = k2 [C]p [D]q
Reaksiyanın ilkin mərhələsində düzünə proses sürətlə gedir. Lakin reaksiya məhsullarının qatılığı müəyyən həddə çatdıqda, tərsinə reaksiya başlanır. Nəhayət, elə hal yaranır ki, hər iki istiqamətdə gedən reaksiyanın sürəti bərabərləşir və sistemdə dinamik tarazlıq yaranır. Dönən prosesdə düzünə və tərsinə gedən reaksiyaların sürətinin bərabərləşdiyi hala kimyəvi tarazlıq deyilir. Trazlıq halında υ1 = υ2 olduğundan yaza bilərik:
k1 [A]m [ B]n = k2 [C]p [D]q
[C]p [D]q / [A]m [B]n = k1 / k2 = K
K – sabit kəmiyyətdir, tarazlıq sabiti adlanır. İfadədən aydın our ki, tarazlıq halında reaksiyadan alınan maddələrin qatılıqları hasilinin götürülən maddələrin qatılıqları hasilinə olan nisbəti sabitdir.
Temperatur, qatılıq və təzyiqi dəyişdikdə tarazlıq pozulur. Sistemin bir tarazlıq halından başqasına keçməsinə tarazlığın yerdəyişməsi deyilir. Tarazlığın yerdəyişməsi Le- Şatelye prinsipinə görə müəyyən olunur (1884): Sistem tarazlıqda olduqda, xarici şəraiti müəyyən edən kəmiyyətlərdən birini dəyişdikdə, sistemin tarazlığı həmin şəraitin təsir effektinin azalması istiqamətində öz yerini dəyişir.
Dostları ilə paylaş: |