FeCl3 + 3KCNS = Fe (CNS)3 + 3KCl
Sistemə FeCl3 əlavə etsək tarazlıq sağa doğru yerini dəyişər. Bunu məhlulun rəngininin tündləşməsi ilə müşahidə etmək olar. Əksinə, reaksiya məhsullarından birinin qatılığını artırdıqda tarazlıq sola doğru yerini dəyişər və dəmir 3- rodanidin qatılığı azaldığından məhlulun rəngi açıqlaşar.
Temperaturun təsiri. Temperatur artanda tarazlıq endotermik, azaldıqda isə ekzotermik reaksiya istiqamətində öz yerini dəyişir. Suyun əmələ gəlməsi istiliyin xaric olması ilə gedir. Odur ki, sistemdə temperatur artanda tarazlıq sola, azalanda isə sağa öz yerini dəyişər.
Dostları ilə paylaş: |