Məhlulda
(-)K NaCl + H2OA(+)
/ \
Na+ Cl-
H2O H2O
2H2O + 2e = H2 + 2OH - 2Cl - - 2e = Cl2
2Na+ + 2OH - = 2NaOH
2NaCl + 2H2O H2 + 2NaOH + Cl2
Anion oksigenli olduqda, K2SO4 məhlulu misalında elektroliz prosesi aşağıdakı sxem üzrə gedir:
(-) K K2SO4 + H2O A (+)
/ \
K+ SO42-
H2O H2O
2H2O + 2e = H2 + 2OH- 2H2O -4e = 4H+ + O2
2K + 2OH- = 2NaOH 2H++ SO42- = H2SO4
K2SO4 + 2H2O = 2H2 + O2 + K2SO4
BİLET-24
1.MAQNEZİUMUN METALLARIN KORROZİYASINA QARŞI TƏTBİQİ. ELEKTROKİMYƏVİ ÜSULU
Metalların əksəriyyəti və onların müxtəlif ərintiləri təmasda olduqları mühitdə tədricən dağılır və yararsız hala düşür. Bunun səbəbi metalların mühitdə olan maddələrlə kimyəvi və elektrokimyəvi qarşılıqlı təsirdə olmasıdır.Xarici mühitin kimyəvi təsiri ilə metalların tədricən dağlanmasına korroziya deyilir.
Korroziya fazalar sərhəddində baş verən heterogen oksidləşmə-reduksiya prosesidir və metalların atom halından ion halına keçməsinə səbəb olur. Həmin proses elektrolit məhlulunda, üzvi həlledicilərdə, qaz, su və hava mühitlərində gedə bilər. Əmələ gəlmə mexanizminə görə korroziya prosesi iki növə ayrılır: 1. Kimyəvi korroziya. 2. Elektrokimyəvi korroziya.
Kimyəvi korroziya
Elektrik cərəyanı keçirməyən mühitdə metalların oksidləşərək dağılması kimyəvi korroziya adlanır. Kimyəvi korroziya quru qazların (O2, H2S, CO SO2) və s. və qeyri elektrolitlərin (neft, kerosin, sürtkü yağı, benzin və s.) təsiri nəticəsində baş verir.
3Mg + 3O2 = MgO; Mg+ 3Cl2 = MgCL; Mg + S = MgS
Yüksək temperaturda işləyən metal sobaların divarları, daxili yanma mühərrikləri qaz korroziyasına uğrayır. Yanma prosesində yanacağın tərkibində olan kükürd və kükürdlü birləşmələr yüksək temperaturda SO2 və SO3 kimi turşu oksidlərinə çevrilir ki, bunlar da dağıdıcı təsir göstərir.
Dostları ilə paylaş: |