1. kimyanin ilk qanunlari. Stexiometrik qanunlqar



Yüklə 217,73 Kb.
səhifə5/203
tarix02.02.2022
ölçüsü217,73 Kb.
#52011
1   2   3   4   5   6   7   8   9   ...   203
Qafar kimya

Kolloid məhlullar. Dispers mühitdə paylanan maddə hissəciklərinin ölçüsü 1- 0,1 mikron həddində olur. Mikposkop altında görünür. Kolloid məhlullar öz xassəsinə görə məhlullarla iri dispers sistemlər arasında aralıq mövqe tutur. Kolloidlər – kristallaşmayan ( zülal, nişasta, yapışqan və s.) sistemlərdir. Kolloid sistemin hissəcikləri çöküntü vermir.

  • Həqiqi məhlullar. Dispers faza hissəciklərinin ölçüsü 0,1 mikrondan kiçik olur. Həqiqi məhlullarda həll olan maddə ayrı-ayrı molekullar və ya ionlara qədər parçalanır. Buna görə onları heç bir mikroskopla görmək olmur.

  • Həqiqi məhlullar-bircinsli (homogen) sistemlərdir:çünki paylanmış maddə ilə mühit arasında ayırma səthi yoxdur.Sistemin hissəciklərini bir-birindən ayıran səth bölgüsü olmursa,belə sistem homogen (yun. sözü olub eyni mənasını verir) sistem adlanır.

  • Sistem bir birindən səth bölgüsü ilə ayrılan hissəciklərdən təşkil olunduqda, heterogen (yun sözü olub müxtəlif mənasını verir) sistem adlanır. Homogen sistemlərə misal olaraq,qazlar qarışığı,bircinsli maye məhlul,fərdi kristal maddə, heterogen sistemi isə su və buz qarışığı, duzun kristalı olan doymuş məhlul və s. ola bilər. Faza-sistemin eyni kimyəvi tərkibə, eyni kimyəvi və fiziki xassələrə malik olub onun digər hissələrindən müəyyən səth bölgüsü ilə ayrılan bütün homogen hissələrin cəminə deyilir.Yalnız bir fazadan təşkil olunan sistem homogen, 2 və daha artıq fazaya malik olan sistem isə heterogen adlanır. Maye su bir fazadan,”maye su-buz” 2 fazadan , “buz-maye su-buxar”sistemində 3 faza olur.

  • həllolma əmsalı: Maddənin həllolma qabiliyyəti onun müəyyən həlledicidə həll olması xassəsidir. Həllolma qabiliyyətini həllolma əmsalı ilə ifadə edirlər. Müəyyən temperaturda 1000 ml həlledicidə maksimum həll ola bilən maddənin qramlarla miqdarına həllolma əmsalı deyilir.


    Yüklə 217,73 Kb.

    Dostları ilə paylaş:
  • 1   2   3   4   5   6   7   8   9   ...   203




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin