sağlam və gözəl
SAĞLAMLIQ VƏ GÖZƏLLİK JURNALI
Sayı: 9. 2011
həyat
-lə
Hədiyyə
kuponu
Səh 43
Səh 27
Səh 40
Səh 28
Diqqətinizə çatdıraq ki, günəş eynəkləri üçün nömrəli
şüşələrin taxılması üçün xüsusi hesablamay ehtiyac görülür.
Standart nömrəli şüşələrə nisbətən bu şüşələr gözün önündə 15
ilə 25 dərəcə bir məsafədə dayanmasıdır. Bu növ şüşələr istehsal
olunduqda bir çox ölçüyə diqqət yetirilərək hazırlanır. Xüsusi
olaraq bu növ şüşələrin kəsilməsi üçün yüksək texnologiyadan
yararlanırlar. bu xidməti də sizlərə ən gözəl və ən keyfiy-
yətli şəkildə vermək bacarığındadır.
Eynək istifadə edən insanların ən böyük çətinliklərindən biri də günəşli
havalarda istədikləri kimi gün eynəkləri istifadə edə bilməməkləridir.
Məlum olduğu kimi optik eynək istifadə edənlər günəşli havalarda key-
fiyyətli görmə üçün rəngli bir şüşə ilə günəşişığının şiddətini azaldaraq,
gözəl görmə əldə edə bilər. eynək istifadəçiləri üçün bu xidməti təklif
edir. İstənilən növ çərçivələri (idamn üçlüblu, klassik üslüblu və s.)
istənilən növ nömrəli şüşə (polaroid, rəngli, parlaq, düz və s.) kimi istifadə
edə bilərsiniz.
Pro estetik linzalar digər linzalardan fərqli
olaraq gizlədici bir ünsürü vardır. İstər
anadangəlmə, istər sonradan qəza nəticə-
sində gözün üst qatında və ya iris təbəqə-
sində əmələ gələn problem və qüsurları
örtmək üçün, hər bir şəxs üçün xüsusi hazır-
lanan linzalardır. Sağlam gözün rəsmi çəkil-
məklə 3 gün ərzində hazırlanır.
Təcrübəli personalla, nümunəvi
xidmət keyfiyyəti və nömrəli gü-
nəş eynəklərində istifadə olunan
ən son texnologiyanı sizinlə
paylaşırıq.
Şüşələrin rənglənməsi
Proqressiv şüşə kəsimi
Müasir optik laboratoriya
Günəş eynəklərinin təmiri
Optik eynəklərin təmiri
Haqverdiyev küçəsi 11
(Kaspar xəstəxanası ilə üzbəüz)
Tel: (012)564 22 58 (050) 205 07 40
info@avismed.az
www.avismed.az
-lə
sağlam və gözəl
içindəkilər
Tibbi marketlərimizlə bağlı ən yeni xəbərlər
6
Avislə Xəbərlər
Müalicə vasitəsi olaraq təbii bitki yağlarının
istifadəsi
8
Təbii bitki yağlarının faydaları
32
Ağıllı və əxlaqlı qadın gözəldir
22
Tiroid testi
“Zob” xəstəliyi sizə nə qədər uzaqdır?
22
Tiroid testi
Hərəkət qabiliyyətimiz haqqında
20
Necə hərəkət edirik?
Gilas, albalı, ərik və çiyələyin müalicəvi xü-
susiyyətləri haqqında
10
Orqanizmə faydalı meyvələr
HB Güvən klinikasının pediatrı Əli Quliyev,
uşaqlarda peyvəndlə bağlı sualları cavablandırır
14
10 sualda peyvənd
“İşgüzar xanım” rubrikamızın bu dəfəki qonağı
NLG firmasının icraçı direktoru Mehriban Əli-
Məmmədovadır.
16
“İşgüzar xanım adil olmalıdır”
“Ear-Teknik” şirkətinin təkmilləşdirdiyi yeni
eşitmə cihazları böyük maraq oyadıb
26
Dünyaya səs salan eşitmə cihazı
istehsalı
Avis-lə İdman rubrikamızın bu dəfəki həmsöhbəti
dəfələrlə Azərbaycanı bir çox ölkələrdə təmsil
edən ağır atletika ustası Turan Mirzəyevdir.
18
“İdman mənimçün vətənə
olan sevgidir”
Eşitmə probleminiz var?
27
Eşitmə testi
Xalq artisti Səkinə İsmayılova ilə müsahibə
32
“Ağıllı və əxlaqlı qadın gözəldir”
6
Avis-dən pulsuz saç müayinəsi
44
Gözəllik və burun estetikası
14
10 sualda peyvənd
40
Yenə də saçlar
Ac qalmadan formada qalmaq üçün nə etməliyik?
38
Pəhriz saxlayaq, ancaq ac qalmayaq
Cazibəli saçlar üçün nə etməliyik?
40
Yenə də saçlar
Sonsuzluq hər zaman ailələr üçün ən böyük prob-
lemlərdən biri olub. Kişi sonsuzluğu və bu problemin
həlli yolları haqqında Üroloq Ülviyyə Əliyevanın
müsahibəsi
28
Kişi sonsuzluğunun əlacı
Plastik-Estetik cərrahi uzmanı Taha Mehme-
toğlunun burun estetikası haqqında maraqlı
yazısı
44
Gözəllik və burun estetikası
Plastik əməliyyatları nə dərəcədə etibarlı sayırsınız? Bəl-
lidir ki, plastik əməliyyat, xüsusilə də burun estetik
əməliyyatları həm həkimlər, həm də xəstələr üçün çox
ağır sayılır. Bu dəfəki sayımızda sizə burun estetik
əməliyyatı ilə bağlı yazı hazırlamışıq. Bu yazı ilə tanış
olandan sonra burun estetik əməliyyatının hansı prose-
durlarla keçdiyini biləcəksiniz.
Mahir xanəndə, xalq artisti Səkinə İsmayılovanın gözəl-
liklə bağlı müsahibəsi isə bütün xanımlarımız üçün örnək
sayıla bilər. Gözəl muğam ustası, gözəl müəllimə, gözəl
ana olan Səkinə xanımın səmimi söhbəti sizin üçün çox
maraqlı olacaq.
Bundan başqa, siz, uşaqlar üçün çox vacib olan peyvənd
haqda geniş bilgilər əldə edəcəksiniz.
Saçlarla, eşitmə ilə və s. ilə bağlı rubrikalarımızda yenə də
bir-birindən maraqlı, rəngarəng yazılarla tanış olacaq və
məlumat alacaqsınız.
Oxuyun, hər zaman Avis-lə qalın!
Təsisçi:
Maymed MMC
Baş redaktor:
Xəyyam Cavadov
Redaksiya Heyəti:
Murad Məlikov
Esen Kuru
Aygün Quliyeva
Nicat Fərəcov
Gülsüm Həsənova
Vüsal Abdiyev
Esmira İsmayılova
İlham Novruzəlizadə
Kəmalə Nuriyeva
Esmira Salmanova
Elnur Manafov
Aslan Aslanlı
Gülnar Həsənova
Orxan Paşayev
Məlahət Qafarova
Çap periodu: 2 Ay
Tiraj: 10 000
Ünvan: Bakı ş. Yasamal rayonu,
Haqverdiyev küç. 11
Tel: (+99412) 437 59 50
Fax: (+99412) 497 06 39
www.avismed.az
info@avismed.az
Hazırlama, dizayn və çap:
Ayreklam-İstanbul
reklam@ayreklam.info
Redaktor:
Samir Zeynallı
Koordinator:
Aybəniz Kamalqızı
Reklam:
reklam@avismed.az
Jurnal, Azərbaycan Respublikası Ədliyyə
Nazirliyi tərəfindən qeydiyyata alınmışdır.
Qeydiyyat nömrəsi: 4642
Çap olunan reklam materiallarına görə
redaksiya məsuliyyət daşımır
sağlam və gözəl
Redaktordan
Hörmətli Avis Dostları,
-lə
Pulsuz saç müayinəsi Avis-də
6
www.avismed.az
a is
-lə
Xəbərlər
Əlil uşaqların ictimai həyatda
fəal iştirakını, yüksək keyfiyyətli
tədris imkanlarını və valideynlərin
iştirakı ilə hər bir uşağın keyfiyyətli
təhsil alma hüququnu dəstəkləyən,
innovativ yanaşmaları inkişaf et-
dirən Müasir Təhsil və Tədrisə
Yardım Mərkəzi AVİS Tibbi Mar-
ketlər Şəbəkəsi ilə birgə “AVİS
Eşitmə Mərkəzi”-də eşitmə qüsuru
olan şagirdlərə eşitmə müayinəsi
etdi. 21 aprel 2011-ci il tarixində
inklüziv layihənin uğurla həyata
keçrildiyi Yasamal rayonu 153 saylı
orta məktəbdə “Analar başımızın
tacıdır”adlı ədəbi-bədii tədbir
keçirildi.
Eşitmə qüsuru olan şagirdlərə
eşitmə cihazlarının təqdim edildiyi
tədbirdə Türkiyə Cumhuriyyətinin
Azərbaycandakı səfiri Hulusi
Kılıçın həyat yoldaşı Günay Kılıç,
TÜSİAB nümayəndəsi Selçuk
Düzgün, Avis Eşitmə Mərkəzinin
nümayəndələri Esen Kuru və
Təranə Həsənova, eləcə də Müasir
Təhsil və Tədrisə Yardım Mərkəzi
və 153 saylı orta məktəbin rəhbər-
liyi və şagirdləri həmçinin eşitmə
qüsuru olan şagirdlər iştirak et-
dilər.
Hər il olduğu kimi 2011-ci ildə də AVİS şirkəti
əməkdaşları ənənəvi olaraq Azərbaycanın bölgələrinə
səyahətə çıxdı. Şirkətimizin bu ilki səfəri Azərbay-
canın gözəl guşəsi Qusar bölgəsinin Qayıbulaq isti-
rahət zonasına idi.
Avisçilər burada unudulmaz vaxt keçirdilər. İdman
oyunları və yarışmalarla günlərini daha da maraqlı
etdilər.
Sizin diqqətinizə Himalayadan
olan təbii kosmetikanı çatdırırıq.
Himalaya Herbals kos-
metikasının əsas üstünlükləri:
•
Farmasevtik şirkət tərəfindən
istehsal olunub, kliniki sınaqlarla
tesdiq olunmuş yüksək effektivlik;
•
Yalnız bitki mənşəli təbii kom-
ponentlər;
•
Öyrəşmə halı və allergik reak-
siyalar yaratmır, dəri hüceyrələrinə
toplayıcı effektiv təsir göstərir;
•
Münasib qiymət;
•
Müxtəlif dəri tipləri üçün va-
sitələrin asan seçimi.
Himalaya Herbals-dan
təbii kosmetika
Eşitmə qüsuru olan şagirdlərə
eşitmə cihazları təqdim olunub
Avis Tibbi Marketlər Şəbəkəsi sizə saçlarınızın qayğısına qal-
maqda da köməkçi olacaq. Əgər saçlarınızda sizi narahat edən
hər hansı bir problem varsa siz tamamilə pulsuz müayinə oluna
bilərsiniz. Müayinə Aramo TS cihazı vasitəsilə ən dəqiq formada
aparılır. Müayinə üçün Avis Tibbi Marketlər Şəbəkəsinin
Haqverdiyev 11 və Rəsul Rza 23/7 ünvanlarına müraciət edə və
yaxud 564 22 58 , 564 22 59 nömrəli telefonlarla əlaqə saxlaya
bilərsiniz.
Qusarın Qayıbulaq bölgəsinə
səyahət
8
www.avismed.az
Zəncəfil yağı
Z ə n c ə fi l
yağı bədən və
zehnin gücünü
artırır, qusma
və ishalın qar-
şısını alır.
Qaraciyər ağrılarında, iflic za-
manı istifadə edilir. Qarın ağrılarını
və köpü aradan qaldırır, revma-
tizmini müalicə edir. Saça parlaqlıq
verir. Bu yağı masaj edərək ya da
duşda istifadə etmək olar. Oynaq
və əzələ ağrılarına, qan dövranının
zəif olduğu nahiyyələrə yaxşı təsir
edir. Bundan başqa sakitləşdirici
kimi istifadə edilir. Buxar tera-
piyasında, soyuqdəymə, halsızlıq
zamanı təsirlidir.
İstifadə qaydası
Daxilə:
Bir fincan suya 2-3
damla əlavə olunaraq gündə 2 dəfə
içilir.
Xaricə:
Bədəni masaj edirlər.
Paçuli yağı
Paçuli ya-
ğı vücudu can-
landırır, iştahı
azaldır və bu
səbəbdən arıq-
lamaq istəyən-
lər üçün faydalıdır. Dietadan sonra
sallanmış dəri problemi paçuli
yağının li inq təsiri nəticəsində
qısa müddətdə aradan qalxir.
Paçuli yağı qəbizlik, ishal, bağırsaq
iltihabı zamanı təsirlidir. Paçuli
yağı sinir sisteminə də yaxşı təsir
edir. Aromaterapiyada, yorğunluq,
gərginlik, stress, yanıq, kəpək,
ekzema və sızanaqlar zamanı isti-
fadə edilir. Həmçinin yağlı
cildlərdə də istifadə olunur.
İstifadə qaydası:
Daxilə:
Gündə 3-5 damcı yağ
bir fincan suya əlavə edilərək içilir.
Xaricə:
Dəriyə masaj edilərək is-
tifadə olunur
Çörəkotu yağı
Məhəm-
məd Peyğəm-
bər s.a.v.
buyurub:
“Çörəkotu
ölümdən
başqa hər dərdə çarədir.”
Çörəkotu yağı süd artırıcı, iştah
kəsici təsirə malikdir. Ayrıca astma,
şəkər, revmatizm xəstəliklərinin
müalicəsində istifadə edilir və qrip
zamanı immunitet sistemini güc-
ləndirərək bədənin müqavimətini
artırır. Xərçəng xəstəliyinə qarşı
orqanizmi gücləndirir. Qaraciyər,
ürək-damar xəstəlikləri, göbələk
və bir çox başqa xəstəliklər zamanı
faydalıdır. Eyni zamanda saçı bəs-
ləyir, tökülməsinin qarşısını alır.
İstifadə qaydası:
Daxilə:
Gündə 3-4 dəfə 1 çay
qaşığı qəbul edilir. Un məmulat-
larına da əlavə edilə bilər.
faydaları
bitki yağlarının
Təbii
Təbii bitki yağları haqqında ötən sayımızda yazmışdıq. Bu dəfə də keyfiyyətli məhsulları ilə
dünyada məşhur olan Talya şirkətinin bitki yağları barədə oxucularımızı məlumatlandıra-
cağıq. Keyfiyyətli və qiyməti münasib olan bu yağların tərkibi insan orqanizmi üçün fay-
dalarla zəngindir. Bu yağların faydaları ilə ayrı-ayrılıqda tanış olmaq istəyirsinizsə,
aşağıdakı yazını diqqətlə oxuyun və təbii üsullardan faydalanın.
Darçın yağı
Darçın ya-
ğı qanda şəkə-
rin miqdarını
azaldır. Rev-
matizm ağrıla-
rına faydalıdır.
Mədə spazmını aradan qaldırır.
Həzmi asanlaşdırır. Bağırsaqların
fəaliyyətini qaydaya salır.Bu yağ
gərginlik, ürək qüvvətlənməsi,
qrip, soyuqdəymə, iştahsızlıq, ishal
zamanı faydalıdır. Orqanızmin
müqavimətini gücləndirir, bağırsaq
parazitlərinə qarşi istifadə edilir.
İstifadə qaydası:
Daxilə:
Bir fincan suya 5-10
damla əlavə olunur gündə 2 dəfə
içilir.
Xaricə:
Bədənə masaj edilərək
istifadə olunur.
Melisa yağı (Xınaçiçəyi)
Melisa ya-
ğı yuxusuz-
luq, əsəb
xəstəliyi və
ürək sıxın-
tısına çarədir.
Ürəyi gücləndirir. Hafizə
gücünü artırır.
Həzm narahatlıqları zamanı və
mədə-bagırsaq qazlarına qarşı isti-
fadə olunur.
Baş ağrısı, miqren, menstru-
asiya ağrılarını və qanamalarını
aradan qaldırır. Epilepsiya zamanı
da istifadə olunur. Cildi gözəl-
ləşdirir.
İstifadə qaydası:
Gündə 2-3 dəfə 2-3 damcı bir
fincan suya əlavə edərək qəbul ol-
unur.
Tel:
web:
aromatik
bitki yağları
Apteklərdən
soruşun
(+99 412) 598 82 95
(+99 450) 778 80 70
nlgazcosmetic.com
www.talyabitkisel.com
Yağın brendi
Xoşagəlməz dad və kəskin
qoxu
Qabın dibindəki çöküntü
Rənginin bulanıq olması
Qablaşdırma və görüntü
İstifadə edildikdən sonra
heç bir nəticə əldə olun-
maması.
Keyfiyyətsiz
yağların orijinal
yağlardan fərqi
Talya bitki yağları Türkiyə Cümhuriyyəti Kənd Təsərrüfatı
ve Səhiyyə Nazirliyinin icazəsi ilə istehsal edilmişdir.
AB və Azərbaycan Resbublikasi Sertifikatlarına sahibdir.
İstehsal Türkiyənin ən böyük bitki mənşəli məhsul is-
tehsalçısı olan “Talya Bitkisel Üretim Fabriki”-də həyata
keçirilmişdir.
Fabrikdə istehsal maşınları son texnologiyaya uygundur.
İstehsal prossesində məhsullar tərkibində qatqı maddəsi ol-
mayan 100% təbii xammaldan istifadə edərək, əl dəymədən,
tamamilə gigiyenik şəraitdə əldə edilir.
“Talya Bitkisel”, təbiəti və ətraf mühiti qoruma qanunlarına
riayət edən bir firma olaraq Türkiyə Cümhuriyyətinin
“Çevresel Etki Değerlendirmesi (ÇED)” təşkilatının müsbət
rəyinə malik tək yerli bitki mənşəli məhsul istehsal edən fir-
madır.
Niyə məhz Talya bitki yağları
a is
-lə
Meyvə
Bal kimi
meyvə - Gilas
Gilas Azərbaycanda çox geniş
yayılıb. Meyvələrinin tərkibində aşı
maddəsi, şəkər, boyayıcı və pektin
maddələri; üzvi turşular, B2, C vit-
aminləri, eləcə də karotin var.
Gilas şirəsi qidanın yaxşı həzm
olunması üçün tətbiq edilir. Xalq
təbabətində qəbizliyə qarşı da isti-
fadə olunur.
Gilas balverən və bəzək bitkisi
kimi də əhəmiyyətlidir. 1 hektar
çiçəkləyən gilas sahəsindən
arılar 36-40 kq bal hasil edə
bilirlər.
Əhəmiyyəti
Gilas mədə-bağırsaq, sidik yol-
ları xəstəliklərində, həmçinin işta-
hartırıcı pəhriz qidası kimi çox
xeyirlidir. Gilas və albalı meyvə-
lərindən və onların şirəsindən
qaraciyər xəstəliklərinə tutulanlara
müalicə məqsədilə vermək
zəruridir.
Bu meyvələrdən eyni zamanda
xroniki mədə-bağırsaq xəstəlik-
lərində həzm prosesini yaxşı-
laşdıran və maddələr mübadiləsini
tənzimləyən vasitə kimi də istifadə
etmək faydalıdır.
Orqanizmə faydalı
MEYVƏLƏR
10
www.avismed.az
Ərik ürəyin
dərmanıdır
Adi ərik təzə halda istehlak
edilir. Ondan kompot, şirə,
mürəbbə, cem, marmelad, pat,
pastila, jele, povidlo, sukat və
karamel üçün içlik hazırlanır,
həmçinin qurudulur. Qurudulmuş
ərikdən tamlı qatqı kimi bir çox
xörəklərin hazırlanmasında istifadə
olunur. Çəyirdəyinin qabığından
aktivləşdirilmiş kömür, bu-
daqlarının ifraz etdiyi qətranlardan
isə yapışqan hazırlanır. Balverən
bitki kimi az məşhurdur. Çünki çox
qısa müddətdə çiçəkləyir.
Ərik ağaclarının yapışqanı
günəş qarşısında qurudulduqda ağ
rəng alır. Ərik ağacı yapışqanı suda
yaxşı həll olduğu üçün əczaçılıq
təcrübəsində Ərəbistan kitrəsini
əvəzedici kimi həb şəklində dər-
manların tərkibində, eləcə də emul-
siyaların hazırlanmasında istifadə
olunur.
Əriyin meyvələri son dərəcə
faydalıdır. Hazırda əriyin toxu-
mlarından əla keyfiyyətli, tibb
üçün yararlı, badam yağını əvəz
edən piyli yağ istehsal olunur. Bu
yağdan əczaçılıqda kamfora
yağının (Olenm Camphorae) hazır-
lığında istifadə edilir. Ərik ağacının
toxumlarında 60 %-ə qədər əla key-
fiyyətli piy vardır. Bu yağ bütün
xassəsilə badam və şa alı yağlarına
bənzəyir.
Ərik ağacının meyvələri çox
xeyirlidir. Meyvələrinin lət his-
səsində bir sıra müalicə əhəmiy-
yətli maddələr vardır. Bunlardan:
karotini, B1 qrupu vitaminləri, pek-
tin və aşı maddələrini, şəkəri (4 - 5
%), üzvi turşuları (alma və limon
Albalı
iştah açır
Albalı meyvəsi nisbətən xırda
olub (8-10 mm diametrli), qırmızı,
tünd qırmızı və ya qara-
bənövşəyidir. Turş və ya turşa-
şirindir. Bəzən dadı acı olur.
Tərkibində 12% şəkər (sadə şəkər-
lər), 2%-ə qədər üzvi turşu (alma və
limon), karotin, C, B1, PP vitamin-
ləri, fol turşusu (Bc), vardır.
Meyvələrindən kompot, kisel, şirə,
şərbət, mürəbbə və spirtsiz içkilər
hazırlanır. Albalının yarpaqların-
dan tərəvəzləri duza və sirkəyə
qoyduqda istifadə edilir. Çəyirdəyi
və ləpəsi ətriyyat sənayesində, bəzi
sabunların ətirləndirilməsində isti-
fadə olunur.
Faydası
Albalının xalq təbabətində isti-
fadəsi çox geniş və çoxnövlüdür.
Albalı şirəsi iştahı və həzmi
yaxşılaşdırır, susuzluğu yatızdırır,
bəlğəm gətirən, antiseptik və
yüngül zəiflədici xüsusiyyətlərə
malikdir, həmçinin dəyərli dietik
məhsuldur. Süd ilə albalı şirəsi ar-
trit, həmçinin yaxşı qankəsən və
sidik qovan vasitə kimi tövsiyə olu-
nur.
Müalicə məqsədilə albalının
meyvələrindən alınmış ekstrakt-
dan, yarpaqlarından və meyvə
saplağından istifadə edilir.
Yarpaqlarından alınmış sulu ek-
strakt sarılığa qarşı, meyvə
saplağından alınmış sulu ekstrakt
isə ishala qarşı istifadə olunur.
Albalının ləti və şirəsi antiseptik
təsirə malikdir. Xalq təbabətində al-
balını südlə birlikdə sustavların ilti-
habı zamanı qəbul edirlər.
Həmçinin nəfəs yollarının ilti-
habında bəlğəmgətirici kimi tətbiq
edilir. Albalı həm də balverən
bitkidir. 1 hektar albalı sahəsindən
arılar 15-53 kq bal hasil edə bilirlər.
11
www.avismed.az
turşularını) (2,5 %), kalsiumu,
maqneziumu və fosfat duz-larını
göstərmək olar. Ərik ağacının
yapışqanı isə uşaqlarda tez-tez baş
verən qarın ağrılarında müalicə
məqsədilə işlənən emulsiyanın
tərkibində emulqator kimi istifadə
olunur. Meyvələrindən xalq təba-
bətində sinəyumşaldıcı və bəlğəm-
gətirici, tam yetişməmiş meyvələri
isə qurdqovucu dərman kimi
işlədilir. Tam yetişmiş meyvələri
mədənin həzm prosesini yaxşı-
laşdırır, maddələr mübadiləsinə və
ürək-damar sisteminin fəaliyyətinə
müsbət təsir göstərir.
Əriyin insan səhhəti
baxımından önəmi
pH dəyəri 3-4 arasında dəyişən
təzə ərik, doqquz fərqli şəkər, on
səkkiz sərbəst amin turşusu,
zəngin A vitamini və betakaroten,
yüksək miqdarda kalium və dəmir
elementi ehtiva edən bir quruluşda
yaradılmışdır.
Yaş və quru ərikdə insan
sağlamlığı üçün əhəmiyyətli bir çox
maddə vardır. İnsan vücudunun
günlük enerji və zülal ehtiyacının
qarşılanmasında çox az iştirakı ol-
masına baxmayaraq, yaş ərik, mi-
neral maddələrdən potasium və
betakaroten maddəsi baxımından
çox zəngindir. A vitamininin ön
maddəsi olan betakaroten; vücudu
və orqanları əhatə edən epitel toxu-
ması, göz sağlamlığı, sümük, diş
inkişafı və endokrin vəzilərinin
çalışması üçün lazımdır. Qaysının
rəngi nə qədər canlıdırsa, içindəki
betakaroten nisbəti o qədər yük-
səkdir.
Ərikdə natrium az, kalium isə
çox olduğuna görə, ürək çatışmaz-
lığı, böyrək xəstəlikləri, hepatit,
siroz müalicəsində və ürək
əzələlərinin güclənərək düzgün
işləməsində müsbət təsirinin
olduğu öyrənilmişdir. Bununla
yanaşı, əriyin tərkibindəki maqne-
zium və kalsium qırtlaq yan-
malarının qarşısını alır. Quru
qaysıya rəngi getməsin deyə əlavə
olunan sulfat dioksidin astma kimi
allergiyalara xeyirli olduğu
müəyyən edilib.
Quru qaysının qida və sağlam-
lıq baxımından digər önəmli xü-
susiyyəti də lifli qida olmasıdır.
Quru qaysının 100 qramında
təqribən 24 qram lif var. Yeniyetmə
bir insanın günlük lif ehtiyacı isə 25
qramdır. Dietlə qəbul edilən bu
liflər, həzm sistemimizdə ifraz olu-
nan fermentlər tərəfindən hidroliz
edilə bilməyən polisaxarit və liqnin
kimi birləşmələrdən ibarətdir. Bu
lif; irritabl kolon sindromu, xroniki
ürək xəstəlikləri, kolon xərçəngi,
diş və şəkər xəstəliyi, apendisit,
qəbizlik, hemoroid və kökəlmə
kimi xəstəliklərin meydana çıxma
riskini azaldır və bağırsaqların
düzgün çalışmasına kömək edir.
İnsan vücudunu mükəmməl
yaradan, vücudun ehtiyacı olan qi-
daları da ən mükəmməl şəkildə
yaratmış və insanların xidmətinə
təqdim etmişdir.
12
www.avismed.az
Dostları ilə paylaş: |