a is
-lə
Meyvə
Ərik şirəsi ürək əzələsini
möhkəmlədir və dəridən
artıq maddələrin çıxarılma-
sına kömək edir. Ərik şi-
rəsi, həm onkoloji xəstəlik-
lər və anemiya, həm də
uşaqlar və hamilə qadanlar
üçün çox faydalıdır.
Ərik şirəsi
Xalq təbabətində
ərikdən həzm prosesini
yaxşılaşdıran, susuz-
luğun qarşısını alan, eləcə
də xroniki qəbizlikdə
yüngül işlətmə dərmanı
kimi istifadə edilir. Dər-
man məqsədilə ərik ağa-
cının yapışqanından da
(kitrəsindən) istifadə olu-
nur.
Xalq təbabətində
istifadəsi
Xalq təbabətində çiyələyin
meyvəsindən əsasən podaqra və
böyrəklərdə daş əmələgəlmə
xəstəliyində, yarpaqlarından isə
sidikqovucu dərman kimi istifadə
edilir. Çiyələk eyni zamanda
orqanizmin maddələr mübadilə-
sini yaxşılaşdırır və həzmolmanı
asanlaşdırır, qaraciyərin və öd
kisəsinin iltihabını aradan qal-
dırır. Çiyələk avitaminoz xəstəli-
yinə qarşı da yaxşı təsir göstərir.
Çiyələyin qurudulmuş yar-
paqlarını moruq meyvəsilə bir-
likdə çay kimi dəmləyib,
soyuqdəymə nəticəsində baş ve-
rən xəstəliklərə qarşı tərlədici dər-
man kimi işlədilir.
Elmi təbabətdə çiyələyin
meyvələrindən və yarpaqlarından
istifadə olunur. Meyvələrini tam
yetişəndə quru havalı gündə
toplayıb, günün qabağında və ya
çadır altında, yaxud soba
üzərində qurudurlar. Yarpaqlarını
bitki çiçəkləyən fazada toplayıb
kölgəli yerdə və ya quru havalı bi-
nalarda qurudurlar. Qurudulmuş
meyvələrini və yarpaqlarını
havası daim dəyişilən, quru,
havalı binalarda saxlamaq lazım-
dır.
Çiyələyin təzə dərilmiş mey-
vələrindən və onlardan hazır-
lanan şərbətdən son dərəcə
faydalı dietik vasitə kimi istifadə
olunur.
Qurudulmuş meyvə və
yarpaqlarını çay kimi dəmləyib,
öd yolları xəstəliklərində ödqo-
vucu, böyrək xəstəliklərində və
böyrəkdə daş əmələ gəlmə za-
manı daşı salmaq məqsədilə, eləcə
də podaqrada və uşaqlıq qanax-
malarında qankəsici və şəfaverici
dərman kimi istifadə edilir.
Xalq təbabətində qurudulmuş
yarpaqlarından və meyvələrindən
çay dəmləyib, ödem xəstəliyinə
qarşı müalicə məqsədilə, eləcə də
sidik yollarında daş yığılan
zaman daşsalıcı və iltihabı aradan
qaldırıcı, həbelə sidikqovucu va-
sitə kimi içirlər.
Xalq təbabətində təzə toplan-
mış çiyələk meyvələrinin şirə-
sindən (1:10 nisbətdə, yəni 1 q
şirəni 10 q suda həll etməklə) "çi-
yələk suyu" hazırlayıb, körpə
uşaqlarda baş verən sidik ifrazı
çətinliyində sidikqovucu kimi
işlədilir.
Çiyələyin təzə meyvələrindən,
eləcə də qurudulmuş köküm-
sovlarından sulu bişirmə hazır-
layıb ödqovucu dərman kimi
istifadə edirlər. Kökümsovlarını
toplayıb soyuq suda yuyub quru-
dandan sonra çay kimi dəm-
ləyərək babasil xəstəliyinə qarşı
içirlər.
Qurudulmuş meyvələrindən
və yarpaqlarından çay hazırlayıb
yel xəstəliyi və podaqra xəstəlik-
lərinə qarşı içirlər. Bu məqsədlə
qurudulmuş meyvələri və yar-
paqları ayrı-ayrılıqda xırdalayıb
qarışdırır, sonra ondan 2 xörək
qaşığı 1 stəkan qaynar suda çay
kimi dəmləyib gündə 2 dəfə, hər
dəfə də yarım stəkan qəbul
edirlər. Çiyələyin meyvələri qa-
nazlığında və ümumi zəiflikdə
eləcə də ağciyər xəstəliklərində
qüvvət-verici kimi çox faydalıdır.
Çiyələyin sağlamlıq üçün çox
mühüm əhəmiyyəti var. Ondan
daha geniş istifadə etmək
zəruridir.
Sağlamlıq üçün zəruri-ÇİYƏLƏK
Çiyələk: 1kq, şəkər:1-1,2 kq
Hazırlanması: Çiyələk təmiz-
lənir, soyuq suda yuyulduqdan
sonra süzülür.
Üzərinə şəkərin yarısı, yəni 0,5
kq tökülərək soyuq yerə qoyulur
ki, şirəsi çıxsın.
Şəkərlə çiyələyin qarışmasın-
dan çıxan şirəni başqa bir qaba
boşaldılır.
Şirəni yerdə qalan digər 0,5 kq
şəkərlə qarışdırıb ocağa qoyulur.
Bu şirə su əlavə etmədən qay-
nadılır, köpüyü alınır. Sonra
çiyələklər bu qaynar şirənin içinə
tökülərək 10 dəqiqə yavaş-yavaş
qarışdırmaqla bişirilir. Qarışdır-
maq üçün taxta və ya plastik
qaşıqdan istifadə olunsa, çiyələk-
lər əzilməzlər.
ÇİYƏLƏK MÜRƏBBƏSİ
13
www.avismed.az
14
www.avismed.az
a is
-lə
Körpə
Sağlam bir nəslin təməli
uşaqlıq dövründə tətbiq olunan
peyvəndlərə dayanır. Bir peyvəndin
qoruyucu təsirini göstərə bilməsi
üçün uyğun yaşlarda və uyğun
zaman aralıqlarında vurulması şərt-
dir. Bu səbəbdən immunitetin
yaranması üçün peyvəndlər
xəstələnmə riskinin ən yüksək
olduğu zamandan əvvəl vurul-
malıdır. Xəstəliyə tutulduqdan
sonra vurulan peyvəndin heç bir
əhəmiyyəti yoxdur. Peyvənd cəd-
vəlinə riayət edilməsi uşağı ölüm-
cül və şikəstlik riski yüksək olan
xəstəliklərə qarşı qoruyur.
İnkişaf etmiş ölkələrdə yeni
doğulmuş tetanusuna tamamən,
vərəm xəstəliyinə isə tama yaxın
olaraq rast gəlinmədiyindən
hamilələrə tetanus, yeni
doğulmuşlara isə vərəm
peyvəndi vurulur. ABŞ-
da bütün uşaqlara
qızılca peyvəndi vu-
rulması nəticəsində
artıq bu xəstəliyə
rast gəlinmir.
İnkişaf etməkdə
olan ölkələrdə
isə hər 1000
uşaqdan 5-i
iflic nəticəsin-
də şikəst qalır,
hər 100 uşaq-
dan 1-i yeni
doğulmuş
tetanusu, hər 100 uşaqdan 2-i göy
öskürək, hər 100 uşaqdan 3-ü isə
qızılca səbəbindən ölür. Bu rəqəm-
lərə diqqət yetirdikdə peyvənd vu-
rulmasının əhəmiyyəti daha yaxşı
anlaşılır. İnkişaf etməkdə olan
ölkələrdəki sosial iqtisadi vəziyyət,
ailələrin düzgün məlumatlandırıl-
maması və başqa bir çox səbəbə
bağlı olaraq ailələr peyvənd cəd-
vəlindən uzaqlaşır və ya tələb olu-
nan qaydalara riayət etmirlər. Bu da
özündə bir çox uşaqlıq çağı prob-
lemləri ilə nəticələnir. Bu yazımızda
uşaq doğulduqdan sonra vurulacaq
olan peyvəndlər, onların əhəmiy-
yəti, əks təsirləri ilə əlaqədar həkim-
lərə ən çox ünvanlanan sualları
təyin edib onları cavablandırmağa
çalışacağıq.
p e y v ə n d
1 0
s u a l d a
Əli Quliyev
HB Güven Klinikası
Pediatr
İçində virus ya da bakteriya
olan peyvəndlər uşaqlara zərər
verirmi?
-Peyvəndlər canlı və toksoid
olmaq üzrə 2 növdə olurlar. Canlı
peyvəndlərdə zəiflədilmiş olaraq
bakteriya və ya virus olur. İmmu-
nitetimiz bu yarı canlı bakteriya və
ya virusa qalib gəlir. Beləliklə bu
xəstəliyə qarşı immunitet yaranır.
Orqanizmə zərəri yoxdur.
Peyvənd nə zaman vurul-
malıdır? Hansı peyvəndlər
məcburidir?
-Peyvəndlər uşaq doğulduqdan
sonra xəstəxanada vurulmağa baş-
lanır. BCG (vərəm), polio, AKDS,
Hepatit B, Qızılca-Qulaqdibi-
Məxmərək (QQM) məcburi pey-
vəndlərdir. Doğumdan sonra
poilo, Hepatit B və BCG, 0, 1, 6-cı
aylarda Hepatit B, 2, 4, 6, 18-ci ay-
larda AKDS və polio, 12-ci ayda
QQM vurulmalıdır.
Eyni gündə iki canlı peyvənd
vurula bilərmi?
İki canlı peyvənd və fərqli
növdə peyvəndlər eyni bölgəyə vu-
rulmamaq şərti ilə eyni gündə vu-
rula bilər. Hazırda Azərbaycanda 6
növ mikroorqanizmə qarşı immu-
nitet yarada bilən peyvənd var.
Əhəmiyyəti ondan ibarətdir ki, tək
iynə ilə bütün peyvəndlər vuru-
laraq iynə sayı və beləliklə uşaqlar-
dakı ağrı hissi minimuma endirilir.
Uşağa çox iynə vurulduğu zaman
ailələrdə yaranan narahatçılıq da
ortadan qalxmış olur.
Peyvəndlərin nə kimi yan
təsiri var?
-Uşağın qorunduğu ölümcül
xəstəliklərlə müqayisə etdikdə bu
yan təsirlərin çox da əhəmiyyəti
yoxdur. Peyvənd yerində qızartı,
ağrı, şişmə, hərarət və bədəndə
səpgilər əmələ gələ bilər. Belə
vəziyyətlərdə ağrıkəsici-hərarət
azaldıcı preparatlardan istifadə
edilə bilər. Çox nadir olaraq ense-
falopatiya və ya iflicə səbəb ola
bildikləri bildirilsə də bu mövzuda
yetərli fikir birliyi yoxdur.
Peyvəndin bir dozu unudu-
larsa və ya zamanı keçərsə nə et-
məli?
-Peyvəndlər arasındakı zaman
müddətinin uzun olması peyvəndə
qarşı olan reaksiyanı azaltmaz. Belə
hallarda peyvəndə yenidən başla-
mağa ehtiyac yoxdur. Peyvənd cəd-
vəlinə qaldığı yerdən davam edilir.
Xəstə uşağa peyvənd vurula-
bilərmi?
-Yüngül qızdırma, qrip və ishal
vəziyyətləri peyvənd vurulması
üçün əks göstəriş deyil.
Vərəm peyvəndi vurulan yerdə
nə kimi dəyişikliklər görülə bilər?
-Vərəm peyvəndi sol çiyinə vu-
rulur. Bir neçə hə ə ərzində iynə
yerində şişlik və ardınca qabıq-
lanma olur. Bəzən qabıq altından
qanama və ya axıntı da olabilər.
Daha sonra isə iz buraxaraq sağalır.
Peyvənddən sonra uşaq duş
qəbul edə bilərmi?
-BCG (vərəm) peyvəndi
xaricindəki bütün peyvəndlərdən
sonra uşaqlar duş qəbul edə bilər.
Vərəm peyvəndindən sonra isə
iynə yerinə 3 gün su dəyməməlidir.
Su çiçəyi peyvəndi vurulurmu?
-Məcburi peyvənd olmamaqla
bərabər 12 aylıqdan sonra vurula
bilər. Su çiçəyi peyvəndindən sonra
da uşaqlar su çiçəyinə yoluxa
bilər.Ancaq çox yüngül keçirirlər.
12 yaşın altındakı uşaqlara tək
doza, üstündəki uşaqlara isə 2 ay
ara ilə iki doza vurulması məsləhət
görülür.
Bütün hepatitlərə qarşı
peyvənd varmı?
-Hepatit B ilə Hepatit A’ya qarşı
peyvənd var. Hepatit C üçün isə
peyvənd yoxdur. Hepatit B pey-
vəndi məcburi peyvəndlər cəd-
vəlində var. Hepatit A peyvəndi isə
ailələrin istəyinə bağlı olaraq 12
aylıqdan sonra vurula bilər. 6 ay
ara ilə 2 doz vurulması məsləhət
görülür.
1
2
6
7
8
9
5
10
3
4
15
www.avismed.az
16
www.avismed.az
a is
-lə
İşgüzar
Sizcə işgüzar xanım necə ol-
malıdır?
Bu olduqca geniş bir mövzudur. Əsas olaraq
işgüzar xanım, işgüzar insan ilk növbədə öz işini
bilməli, işinin peşəkarı olmalı, ancaq, bütün bunlara
baxmayaraq, tutduğu vəzifə və iş təcrübəsindən asılı
olmayaraq inkişaf etmək üçün daim öz üzərində
işləməlidir. İstənilən zaman professional davranmağı
bacarmalı, hər bir şərait və vəziyyəti düzgün
qiymətləndirməlidir. Dəqiq, məsuliyyətli, adil ol-
malıdır. Ən əsas prinsip – yalnız özünü deyil, çalışdığı
müəssisənin, birlikdə işlədiyi insanların mənafeyini də
düşünməlidir. Duyğusal olmamalı və lazım gələrsə
çox soyuqqanlı davranmağı bacarmalıdır.
İşgüzar xanım olmağın hansı mənfi
və müsbət cəhətləri var?
İşgüzar xanım olmağın müsbət cəhətləri barədə çox
söz demək olar.
Hər hansı bir işə sahib olmaq, gördüyün işlə insan-
lara faydalı olmaq, daim məlumatlı, müxtəlif dünya-
görüşlü insanlarla ünsiyyətdə olmaq və ən əsası isə in-
sanın formalaşmasıdır. Bildiyimiz kimi, hər bir fərd
əmək prossesində formalaşır və şəxsiyyətə çevrilir.
Mənim fikrimcə, mənfi cəhətləri yoxdur. Bəzi
nüanslar var ki, kimin üçünsə onlar mənfi cəhət kimi
görünə bilər. Məsələn, boş vaxtın az olması, iş
günündən sonrakı yorğunluq və s. Əslində bunlar nor-
mal olan şeylərdir.
-İş həyatınız ailə həyatınıza nə
dərəcədə təsir edir?
Ümumiyyətlə, zaman keçdikcə bir kadr olaraq
insan daha da təcrübəli olur. Və bu təcrübədən insan
təbii ki, ancaq iş saatında faydalanmır. Demək
istədiyim odur ki, insan bir “şəxs” olaraq da təcrübə
toplamış olur. İşimin ailə həyatıma təsirini ancaq bu
anlamda görürəm. Ancaq digər tərəfdən iş həyatımla
ailə həyatımı qarışdırmamağa çalışıram. Mənim
işimdə riayət etdiyim 3 əsas prinsipdən biri də budur
“İşgüzar xanım adil olmalıdır”
“İşgüzar xanım” rubrikamızın bu
dəfəki qonağı NLG firmasının
icraçı direktoru Mehriban Əli-
Məmmədovadır.
ki, “Nə olursa olsun iş və şəxsi həyat bir-birinə qarşı
qoyulmamalı və bir-birinə mane olmamalıdır”. Pro-
fessionallıq da məhz bunu tələb edir. Çünki, evdə
olduqca böyük bir problemi olan insan işə gəldiyində
o problemləri qapı arxasında qoyub, gülümsəməyi
bacarmalıdır. Bu çox önəmlidir.
-Ailə sizin üçün nə deməkdir?
Ailənin nə olduğunu qısaca belə ifadə edə bilərəm:
“Ailə mənim üçün müqəddəs və çox dəyərlidir.”
-İşgüzar xanımlar baxımlı olurlar,
siz bunu necə bacarırsınız?
Nəinki işgüzar xanımlar, hər bir xanım baxımlı ol-
malıdır. Baxımlı olmaq mənimçün aşırı dərəcədə par-
fumeriya, kosmetika, məşhur kuturyelərdən geyinmək
deyil. Xanım hər zaman səliqəsi, gözəl görünüşü,
əxlaqı ilə başqalarına nümunə olmalıdır. Çünki hər
şeydən əvvəl o ana, bacı, övlad və həyat yoldaşıdır.
İşgüzar xanım da öz növbəsində bütün bunları bir
arada cəmləşdirməyi bacarmalıdır. Yuxarıda sada-
ladığım xüsusiyyətlərlə yanaşı, əlbə ə ki, işgüzar
xanımın xarici görünüşü çox önəmlidir. Hər bir şey bir
arada və bir-birini tamamlayacaq şəkildə olmalıdır.
Mən də öz növbəmdə bunlara riayət etməyə çalışıram.
- İşgüzar xanımlar kişilərlə çiyin-
çiyinə işləyirlər. Bu sizə çətin gəlmir
ki?
Ümumiyyətlə iş həyatında insanları qadın və kişi
olaraq qruplara ayırmıram. Birlikdə çalışdığım insan-
lar kolleqalarımdır, hansılar ki, hamımızı birləşdirən
ümumi bir məqsədimiz var. İşlədiyimiz müəssisəni
layiq olduğu yerə çatdırmaq. Təbii ki, sevdiyin bir işdə
işləmək, səninlə eyni həvəs və əzmlə, professionalca
çalışan insanlarla çiyin-çiyinə çalışaraq qoyduğun
hədəflərə çatmaq hər zaman zövq verir.
-Karyeranızı yüksəltmək üçün
hansı planlarınız var?
Bu günə qədər çalışdığım qədər və daha da artıq
çalışmaq. Və hər zaman biliklərimi yeniləmək.
-Heç getmədiyiniz və getməyi arzu-
ladığınız bir ölkə və yaxud heç et-
mədiyiniz və etmək arzusunda
olduğunuz bir planınız varmı?
Həyatdan istədiklərim arzu və planlar deyil daha
çox qarşıma qoyduğum konkret məqsədlərimdir.
Çünki, insan istədiyi qədər arzu edə və planlar qura
bilər. Ancaq qarşısına qoyduğu məqsədi bir gün
mütləq həyata keçirəcək. Və hər hansısa bir ölkəyə get-
mək və s. kimi məsələlər konkret bir məqsədimin
müəyyən hissəsidir.
-İşgüzarlıqla mentalitet uyğun
gəlirmi?
Bu gun cəmiyyətimizdə mentalitetdən çox
danışılır. Amma, təəssüf ki, mentalitetimiz müəyyən
mövzü və ya problem ətrafında müzakirələr
aparılarkən yada salınır.
Azərbaycan xalqının, həqiqətən gözəl mentalitet
normaları var, hansı ki, ən qiymətli qazancımızdır.
Mentalitet hər bir xalqın əsrlər boyunca qazandığı və
qoruyub saxladığı mənəvi dəyəridir. Və nəzərə alsaq
ki, iş bizim gündəlik həyatımızın bir hissəsidir və hər
bir insanın özünün əxlaq prinsiplərindən ibarət “men-
taliteti” var, o zaman əminliklə deyə bilərəm ki, men-
talitetimizə uyğun iş xanımı olmaq mümkündür.
-Sizcə müvəffəqiyyətin sirri nədir?
Hər hansı bir işdə uğur qazanmaq üçün insan 3
şeyi bacarmalıdır. Nə istədiyini bilməli, onu əldə
etmək üçün çalışmalı, və istədiyini əldə edəcəyinə
inanmalıdır.
-Müvəffəqiyyətli bir iş xanımı ol-
mağınızda ailənizin rolu böyükdür-
mü?
Təbii ki, hər bir işimdə olduğu kimi, bu anlamda
da hər zaman ailəm mənə dəstək olub.
-İş həyatındakı xanımlara tövsiy-
yəniz nədir?
Bütün xanımlara bir tövsiyyəm var. Nə qədər güclü
olduğunuzun fərqinə varın. Qalan hər şeyi bacara-
caqsınız.
17
www.avismed.az
- Turan, neçə yaşından idmanla
məşğulsan və hansı uğurlar
qazanmısan?
10 yaşımdan idmanla məşğu-
lam. Dəfələrlə Avropa mükafatçısı,
Dünya mükafatçısı, Avropa kubo-
kunun qalibi, 3 qat olimpiya işti-
rakçısı olmuşam.
-İdman səninçün nə deməkdir?
Ən başlıcası idman mənimçün
vətənə olan sevgidir. Özümü id-
mansız təsəvvür edə bilmirəm.
Çünki vətənsiz təsəvvür edə
bilmirəm. Mənim üçün idman
vətənimin adını daim zirvələrdə
hallandırmaq üçün, ona olan bor-
cumu cüzi də olsa yerinə yetirmək
üçün bir vasitədir.
-Niyə peşəkar idmançı olmaq
qərarına gəldin, bu həvəs səndə
haradan yarandı?
Uşaqlıqdan idmana xüsusilə də
ağır idman növlərinə həvəsim çox
idi. Elə bu həvəs məni peşəkar id-
mana gətirdi. Özümü hər zaman
çempionatlarda təsəvvür edirdim,
vətənimi təmsil edən, onu qoruyan
bir əsgər kimi düşünürdüm. Bütün
bunların nəticəsidir ki, indi mən
peşəkar idmandayam.
-Niyə məhz ağırlıqqaldırmanı
seçdin?
Ağırlıqqaldırma ən ağır idman
18
www.avismed.az
a is
-lə
İdman
“İdman mənimçün
vətənə olan sevgidir
”
Avis-lə İdman rubrikamızın bu dəfəki həmsöhbəti
dəfələrlə Azərbaycanı bir çox ölkələrdə təmsil edən
ağır atletika ustası Turan Mirzəyevdir.
növüdür. Elə bu səbəbdən mən bu
idman növünü seçdim. Düzdür,
bütün idman növləri yaxşıdır,
hərəsinin özünəməxsus gözəlliyi
var. Ancaq mənim üçün ağır-
lıqqaldırma bütün idman
növlərindən üstündür. Çünki ağır
atletika sırf fiziki güclə əqli ehtiy-
atın birləşdiyi bir idman növüdür.
-Hər bir idman növlərində
olduğu kimi, ağırlıqqaldırmada
da zədəalma halları var. Sən bun-
lardan necə qorunursan?
Mən zədələrlə bacarmıram.
Onlar hər zaman mənim yanım-
dadır sanki. Bizim idman növündə
zədələr həddindən artıq çox olur.
Əgər zədələr olmasa, indi daha
böyük nailiyyətlər alınardı məndə.
Əsasən də belin əzələlərinin dartıl-
ması bizə çox əziyyət verir.
Zədələndinsə demək geriyə
düşdün. Bu səbəbdən də var
gücümlə çalışıram ki, zədə al-
mayım.
-Qida qəbulunda nələrə diqqət
yetirirsən?
Biz idmançılar üçün yemək çox
önəmlidir. Daha çox ətlə qi-
dalanırıq. Çünki ətdə olan kalori
heç nədə yoxdur. Demək olar ki,
hər gün ət yeyirik. Ətsiz yemək
mümkün deyil. Yarışqabağı isə bir
neçə gün xüsusi rejimə keçirik. Bəzi
yeməklərdən uzaq durmalı oluruq.
Əsasən də yağlı yeməklər qəbul et-
mirik. Daha çox qaynamış ət
yeyirik. Cunki bu yemək bizə
qüvvət verir. Düzdür bəzən çəkini
aşağı salmaq üçün yeməkləri azalt-
malı da oluruq. Ancaq bunun kalo-
rili yeməklərə təsiri olmur.
-Meyvə-tərəvəz necə, vaxtaşırı
qəbul edirsənmi?
Meyvə - tərəvəzi gündəlik hə-
yatımızda istifadə edirik, hər gün
yeyirik. Meyvələr qidamızın ayrıl-
maz hissəsidir desək yanılmarıq.
Həm də meyvə-tərəvəz bizim üçün
çəkini bir formada saxlamaq üçün
qəbul etdiyimiz qida vasitəsidir.
- Adi vaxtlarını necə keçirirsən,
hər hansı bir məşğuliyyətin var-
mı?
Xeyr, demək olar ki, heç bir
məş-ğuliyyətim yoxdur.
-Formada qalmaq üçün nə
edirsən?
Formada qalmaq üçün yarışdan
bir ay qabaq stabil məşqlər keçirilir.
Məşqlərin sayı artırılır. Elə məşqlər
edirik ki, bundan sonra mümkün
deyil ki, formaya düşməyəsən.
-Yarışqabağı neçə gün istirahət
edirsən?
Bu baxır idmançının formada
olub-olmamasına. Elə vaxt olur ki,
bir-iki gün elə vaxt olur ki, günlərlə
istirahət etməli oluruq.
-Psixoloji cəhətdən yarışa necə
hazırlaşırsan?
Özümü qələbəyə adaptasiya edi-
rəm, bu da mənə kömək edir.
-Hansı üslubda geyinməyi
xoşlayırsan?
Əsasən idman üslubuna üstün-
lük verirəm. Bu da yəqin ki, bu ge-
yimdə rahat olmağımdan irəli gəlir.
- Uduzmaq necə bir hissdir?
Uduzmaq təbii ki, pis hisslər
yaradır, insan həvəsdən düşür çox
vaxt. Ancaq sonradan yavaş-yavaş
hər şey yoluna düşür. Daha da
həvəslə hazırlaşmağa başlayırsan.
-Gələcəkdə məşqçi kimi
fəaliyyət göstərmək istəyərsənmi?
Hələlik bu haqda bir qərar ver-
məmişəm.
-Vitamin qəbulunda nələrə
diqqət yetirirsən?
Bu gün peşəkar idmanda olan-
lar arasında elə bir adam yoxdur ki,
vitamin qəbul etməsin. İndi vita-
minsiz heç nəyə nail olmaq
mümkün deyil. Təbii ki, mən də vi-
tamin qəbul edirəm.
-İdman həyatında başına gələn
ən maraqlı hadisə hansıdır?
Mənim üçün başıma gələn ən
maraqlı, ən möhtəşəm hadisə cə-
nab prezidentimizin mənə olan
simpatiyasıdır. Bir də peşəkar id-
mançıların gözlərindən axan sevinc
göz yaşları ən gözəl əhvalatdır.
Dostları ilə paylaş: |