Alüminiumun təbiətdə tapılması. Alüminium təbiətdə ən geniş yayılmış metaldır. . Təbiətdə yayılmasına görə oksigen və silisiumdan sonra bütün elementlər arasında 3- cü, metallar arasında isə 1-ci yeri tutur. Ona təbiətdə yalnız birləşmələr şəklində təsadüf olunur. Əsas təbii birləşmələri aşağıdakılardır:
Al2 O3 · 2SiO2 · 2H2O - kaolinit və ya ağ gil
K2O · Al2O3· 6SiO2 - çöl şpatı və ya ortoklaz
Al2O3 · nH2O - boksit, alüminium filiz
Na3AlF6 - kriolit
Al2O3 – korund, tərkibində Cr2O3 olduqda yaqut, titan və dəmir oksidləri qarışığı olduqda sapfir adlanır.
Alınması. 1825 – ci ildə Danimarka alimi Ersted kalium ilə alüminium – xloridi hava daxil olmadan qızdırmaqla sərbəst alüminium almışdır.
Dostları ilə paylaş: |