2H2 + O2 2H2O ΔH = -285,83 kC / mol
Təzyiqin təsiri. Təzyiq artanda tarazlıq həcmin azalması, azalanda isə həcmin artması istiqamətində öz yerini dəyişir.
3H2 + N2 2NH3
H2 + Cl2 2HCl
Hər iki istiqamətdə iki həcm qaz halında maddə alınır, deməli həcmin dəyişməsi baş vermir. Bu halda təzyiq tarazlığa təsi etmir.
Tənlikdən aydın olur ki, üç mol hidrogenlə bir mol azotdan iki mol ammonyak əmələ gəldikdə sistemin təzyiqi iki dəfə azalaır. Odur ki, təzyiqin artması tarazlığı sağa, azalması isə sola istiqamətləndirir.
Katalizatorun təsiri. Kimyəvi reaksiyanın sürətinə təsir edən amillərdən biri də kataliztordur. Reaksiyanın aralıq mərhələsində iştirak edən, həmin mərhələdə reaksiya komponentləri ilə qarşılıqlı təsirdə olan, reaksiyanın sürətini dəyişən, özü isə nəticədə sərf olunmadan kimyəvi tərkibcə bərpa olunan maddələrə katalizator deyilir.
Katalizatorun iştirakı ilə gedən reaksiyalara katalitik proseslər və ya kataliz deyilir. Kataliz homogen və heterogen olmaqla iki qrupa ayrılır. Homogen katalizdə reaksiyaya daxil olan maddələr və katalizator eyni fazada olur. Heterogen katalizdə reaksiyaya daxil olan maddələr və katalizator müxtəlif fazada olur. Belə proseslərdə katalizator, adətən, bərk, ilkin maddələr isə qaz və ya maye halında olur.
BİLET-20
1.ALÜMİNİUMUN TURŞU VƏ QƏLƏVİLƏRLƏ REAKSIYASI
Alüminium duru turşulardan hidrogeni çıxarır.
Dostları ilə paylaş: |