Təbii birləşmələri. Titan səpələnmiş element olub, yer qabığının 0,63% - ni təşkil edir. Təbiətdə yayılmasına görə dördüncü yer tutur. Titanın 5 izotopu var. Əsas birləşmələri aşağıdakılardır.
TiO2 - rutil
FeTiO3 - ilmenit
CaTiSiO5 - sfen
Alınması. Ti- ı rutildən alırlar. Onu əvvəlcə titan 4- xloridə çevirib, sonra alınan duzu Mg- la reduksiya edirlər.
TiO2 + 2C +2Cl2 →TiCl4 + 2CO
TiCl4 + 2Mg →2MgCl2 + Ti
Titanı yüksək təmizlikdə almaq üçün TiJ4 birləşməsinin termiki parçalanmasından (800-9000 C) istifadə olunur.
TiJ4 → Ti + 2J2
Fiziki xassələri. Titan gümüşü- ağ rəngli yüngül metaldır. O yüksək bərkliyə malikdir, lakin soyuq halda belə titandan asanlıqla məftil çəkmək olur. tər = 17250C, p=4,54 q/sm3.
Kimyəvi xassələri.Ti havada qaldıqda səthi qorucu oksid təbəqəsi ilə örtülür. Adi şəraitdə az aktiv metaldır. Oksigendə yandıqda baş oksidi TiO2 alınır.
Ti + O2 → TiO2 Ti + 2Cl2 → TiCl4
Ti + 2S → TiS2 Ti + C → TiC
Titan 600 – 8000C – də suyu parçalayır.
Ti + 2H2O → TiO2 + H2
Titanı qələvilərlə əritdikdə həll olur.
Ti + 4NaOH → Na4TiO4 +2H2
Titana duru isti sulfat turşusu ilə təsir etdikdə hidrogen ayrılır.
2Ti + 3H2SO4 (duru) → Ti2(SO4)3 + 3H2
Titan qatı sulfat turşusunun isti məhlulunda həll olur.
2Ti + 6H2SO4 (qatı) → Ti2(SO4)3 + 3SO2 + 6H2O
Hidrogen halogenidlərin titana təsiri müxtəlifdir. Qaz halında HF və HCl ilə təsir etdikdə reaksiya aşağıdakı tənliklər üzrə gedir.
Ti + 4HF → TiF4 + 2H2
Ti + 4HCl → TiCl4 + 2H2
Qatı HCl –la TiCl3 alınır.
2Ti + 6HCl (qatı) → 2TiCl3 + 3H2
Qatılığından asılı olmayaraq HNO3 isti halda titana təsir etmir. Metalın səthindən oksid təbəqəsini təmizlədikdə isə titan H2TiO3 turşusuna qədər oksidləşir.
3Ti + 4HNO3 + H2O → 3H2TiO3 + 4NO
Titan HCl + HNO3 qarışığında və zərhəldə həll olur.
3Ti + 18HCl + 4HNO3 → 3H2[TiCl6] + 4NO + 8H2O
Tətbiqi. Poladı əritdikdə titan oksigen və azotu tamamilə kənar etmək üçün istifadə olunur. Onda metal bircinsli olur və boşluqlar qalmır. Dəmir ilə xəlitə şəklində (ferrotitan) xüsusi polad istehsalında aşqar kimi tətbiq olunur. Titandan nüvə reaktorlarının ən mühüm detalları hazırlanır. Ti xəlitələri olduqca davamlıdır və korroziyaya qarşı yüksək müqavimət göstərir. Xüsusi çəkisinin az olması sayəsində titan çox qiymətli konstruksiya materialı kimi tətbiq edilir. Ərintilərindən atom reaktorlarında, gəmi və maşınqayırmada, elektrotexnikada, raket texnikasında və s. tətbiq olunur.
5.ATOMUN ELEKTRON QURULUŞU,ELEKTRON FORMULU Ni-ELEKTRON QURLUŞUNU YAZIN
Dostları ilə paylaş: |