Asılqanlar (suspenziya və emulsiya). Bu halda dispers faza hissəciklərinin ölçüsü 1 mikrondan (1 = 10-4 sm) artıq olur. Belə hissəcikləri mikroskopla, bəzən isə gözlə də görmək olur.
Suspenziyalar. Kobud dispers sistemlərdə dispers mühiti maye, dispers fazanı isə həll olmayan bərk maddə hissəcikləri təşkil edirsə, o suspenziya adlanır. Məsələn, natrium-karbonat məhluluna kalsium-xlorid məhlulu əlavə edilərsə, süd rəngdə maye kalsium – karbonatın şox kiçik hissəciklərinin suda qarışığı alınır.
Na2 CO3 + CaCl2 = CaCO3 + 2NaCl
Belə suspenziya sakit qaldıqda, bir müddətdən sonra kalsium – karbonat qabın dibinə çökür.
Emulsiyalar. Kobud dispers sistemlərdə həm dispers mühiti və həm də dispers fazanı bir-birində həll olmayan mayelər təşkil edirsə, o emulsiya adlanır. Buna misal olaraq südü göstərmək olar. Emulsiyanın davamlılığı nisbətən az olur. Belə sistemdə kiçik damcılar tədricən bir-biri ilə birləşərək iriləşir və emulsiyada təbəqələşmə gedir. Süd bir müddət qaldıqda üzərində yağ toplanır qaymaq əmələ gətirir.