3.Elektrometallurgiya. Bu üsulda metalların elektroliz vasitəsilə birləşmələrinin ərintilərindən alınmasına deyilir. (Na, K, Al, Ca, Mg, Be, Cu və s.)
2NaCl 2Na + Cl2
CaCl2 → Ca + Cl2
3.DİSPRES SİSTEMLƏR,ONUN NÖVLƏRİ- HƏQİQİ,KOLLOİD VƏ ASİLQANLAR.HƏLLOLMA ƏMSALI
2CuSO4 + 2H2O → 2Cu + O2 + H2SO4
Dispers sistemlər. Biri digərində çox kiçik hissəciklər şəklində paylanmış iki və daha çox maddədən ibarət olan sistemə dispers sistem deyilir. Məhlulların məlum olan bütün növləri dispers sistemlərə aid edilir (latınca disper dağıtmaq, xırdalamaq deməkdir). Paylanan maddə dispers faza, içərisində dispers faza paylanmış maddə isə dispers mühit adlanır. Dispers mühit qaz, maye və bərk halda ola bilər. Dispers fazanın da üç aqreqat halı mümkündür. Buna əsasən dispers mühit və dispers fazanın aqreqat hallarından asılı olaraq, dispers sistemin doqquz müxtəlif variantı əmələ gələ bilər. Disperslik dərəcəsinə (hissəciklərin ölçüsünə) görə bütün dispers sistemlər üç qrupa bölünür: