II q a y d a : n+l cəminin ədədi qiyməti bərabər olan iki orbitaldan baş kvant ədədinin qiyməti kiçik olan orbital əvvəlcə dolur. 3d və 4p – orbitalları üçün n+l cəmi bərabərdir ( 3+2=5; 4+1=5). Bu halda 3d – orbitalı üçün n=3 və 4p – orbitalı üçün n=4 olduğundan, qaydaya əsasən 3d – orbitalı 4p- orbitalından əvvəl dolur.
3d n+l = 3+2=5
4p n+l = 4+1=5
Kleçkovski qaydasında kənara çıxma halları da müşahidə olunur. Cu, Ag, Au, Cr, Mo, Pd, La, Ac orbitalların elektronla dolması zamanı həmin qayda pozulur. Ümumiyyətlə, orbitalların elektronlarla dolma ardıcıllığı aşağıdakı kimi olur:
1s 2s 2p 3s 3p 4s 3d 4p 5s 4d 5p 6s 4f 5d 6p 7s 5f 6d 7p...
5. METALLARİN SƏNAYEDƏ ALINMA ÜSULLARI(PİROMETALLURGİYA,ELEKTROLİZ,HİDROMETALLURGİYA ÜSULLARI
Təbiətdə rast gəlinən və sənaye miqyasında sərbəst metal almağa yararlı olan müxtəlif minerallara filizlər deyilir. Metalların filizlərdən sənaye üsullarla alınması ilə məşğul olan sahəyə metallurgiya sənayesi deyilir. Metallar piro- , hidro- və elektrometallurgiya üsulları ilə alınırlar.
Dostları ilə paylaş: |