1. kimyanin ilk qanunlari. Stexiometrik qanunlqar



Yüklə 217,73 Kb.
səhifə92/203
tarix02.02.2022
ölçüsü217,73 Kb.
#52011
1   ...   88   89   90   91   92   93   94   95   ...   203
Qafar kimya

F = N· e = 6,02·1023·1,6022·10-19 = 96500 Kl / ekv.

İkinci qanuna əsasən K = E / F yazmaq olar. Burada E – ekvivalentdir. Faradeyin I və II qanunlarının birləşmiş ifadəsi: m = E·Q / F = E ·( I · t) / F



4.ALÜMİNİUMUN TURŞU VƏ QƏLƏVİLƏRLƏ REAKSIYASI

Alüminium duru turşulardan hidrogeni çıxarır.



2Al + 6HCl(d) → 2AlCl3 + 3H2

2Al + 3H2SO4(d) → Al2(SO4)3 + 3H2

Alüminium duru nitrat turşusunda asanlıqla həll olur.



8Al + 30HNO3 (d) → 8Al(NO3)3 + 3N2O + 15H2O

Qatı sulfat və nitrat turşuları alüminiumu passivləşdirir. Buna görə də, bu turşuları alüminium qablarda daşımaq və saxlamaq mümkündür. Lakin qızdırdıqda qatı sulfat turşusunda həll olur.



Al + 6HNO3(q) → Al(NO3)3 + 3NO2 + 3H2O

2Al + 6H2SO4(q) → Al2(SO4)3 + 3SO2 + 6H2O

Al ərintidə və məhlulda qələvilərlə qarşılıqlı təsirdə olur.



2Al + 6NaOH → 2Na3AlO3 + 3H2 ərintidə

2Al + 6NaOH + 6H2O → 2Na3[Al(OH)6] + 3H2 məhlulda

5.KOVALENT RABİTƏ,NÖVLƏRİ.RABİTƏNİN DOYMUŞLUĞU VƏ İSTİQAMƏTLİYİ.

Kovalent rabitələr. Valent rabitə nəzəriyyəsinə görə əks-spinli tək elektron orbitallarının qapanması hesabına atom nüvələri arasında elektron sıxlığının artması nəticəsində yaranan rabitə kovalent rabitə adlanır. Bu rabitə universal xarakter daşıyan lokallaşmış ikielektronlu, ikimərkəzli rabitədir. Kovalent rabitə əsasən iki müxtəlif mexanizm üzrə əmələ gəlir.

Kovalent rabitə həm eyni (H2, O2, F2, Cl2 molekullarında, almaz kristalında), həm də müxtəlif atomlar (H2O, HCl, NH3)

arasında yaranır. Buna uyğun olaraq kovalent rabitə qeyri-polyar və polyar olaraq iki qrupa bölünür.


Yüklə 217,73 Kb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   203




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin