Kovalnet rabitənin növləri
Elektron cütünün atomlar arasında paylanması xüsusiyyətinə görə kovalent rabitənin iki növünü ayrıd edirlər: qeyri-polyar və polyar- kovalent rabitə.
Elektromənfiliyi eyni olan atomlar (eyni növ qeyri-metal atomları) arasında ümumi elektron cütünün əmələ gəlməsi hesabına yaranan kovalent rabitəyə qeyri-polyar kovalent rabitə deyilir. Qeyri-polyar kovalent rabitə, əsasən çox atomlu bəsit maddələrdə yaranır..
Rabitəni əmələ gətirən ümumi elektron cütünün atomlardan birinə doğru çəkilməsi ilə yaranan kovalent rabitəyə polyar kovalent rabitə deyilir. Başqa sözlə müxtəlif qeyri-metal atomları arasında ümumi elektron cütü ilə yaranan kovalent rabitəyə polyar kovalent rabitə deyilir.
Tərkibində metal atomu olmayan mürəkkəb maddələrin (molekulunda karbonun sayı bir olan üzvi maddələr) hamısı polyar kovalent rabitəli birləşmələrdir. Məsələn: HF, HCl, HBr, HJ, CO, СО2, SО2, SО3, NO, NО2, N2O5, Р2O3, P2O5, H2S, H2O, (HNO3), H2SO3, H2CO3, NH3,
BİLET-14
1.QALVANİK ELEMENTLƏR(Cu Zn)DANİEL-YAKOBİ QALVANİK ELEMENTİ
Elektrokimyəvi proseslər oksidləşmə- reduksiya reaksiyalarına əsaslanır. Belə proseslərdə elektronlar reduksiyaedicidən oksidləşdiriciyə keçir və qalvanik element əmələ gəlir. Qalvanik element kimyəvi enerjini elektrik enerjisinə çevirən cihazdır. Misal olaraq, Yakobi – Daniel qalvanik elementinin işini nəzərdən keçirək. Sink- sulfat və mis 2- sulfat məhlullarına müvafiq olaraq sink- və mis lövhələr daxil edilir. Məhlullar bir-birindən məsaməli arakəsmə vasitəsilə ayrılır. Sink daha aktiv olduğu üçün məhlula sink ionları göndərir, mis elektrodu üzərində isə mis ionları toplanır. Beləliklə, sink mənfi, mis isə müsbət elektrod vəzifəsini görür.
Elektronların sinkdən misə keçməsi dövrədə elektrik cərəyanının
əmələ gəlməsinə səbəb olur. Elektrodlar üzərində aşağıdakı proseslər gedir.
Dostları ilə paylaş: |