2. Borun ikinci postulatı. Elektron stasionar orbitlərdə fırlanan zaman enerji şüalandırmır. O, yalnız bir stasionar haldan digərinə keçdikdə ya enerji şüalandırır, ya da udur. Enerjinin dəyişməsi kvantlarla baş verir və orbitlərin enerji fərqinə bərabər olur. Nüvədən daha uzaq kvant səviyyəsinin enerjisi E2, nüvəyə yaxın yerləşən səviyyəninki isə E1 ilə göstərilir.
𝞓 E = E2 – E1 = hv
Burada: E1 və E2 – elektronun müvafiq kvant səviyyələrində kinetik və potensial enerjilərinin cəmini göstərir: E = Ek + Ep
Ek = ½ mv2 ; Ep = e2/r2; Ep = - mv2
E = ½ mv2 + e2 / r2
E = ½mv2 – mv2 = - ½ mv
5.MADDƏ KÜTLƏSİNİN VƏ ENERJİSİNİN SAXLANMASI QANUNU.KÜTLƏ VƏ ENERJİ ARASINDA ƏLAQƏ
Bu qanun materiya və hərəkətin saxlanması qanunudur.1748-ci ildə M.V.Lomonosov tərəfindən kəşf edilmişdir. Qanun aşağıdakı kimi ifadə olunur.
Kimyəvi reaksiyaya daxil olan maddələrin kütlələri cəmi, reaksiya nəticəsində alınan maddələrin kütlələri cəminə bərabərdir.
Dostları ilə paylaş: |