1. kimyanin ilk qanunlari. Stexiometrik qanunlqar



Yüklə 217,73 Kb.
səhifə97/203
tarix02.02.2022
ölçüsü217,73 Kb.
#52011
1   ...   93   94   95   96   97   98   99   100   ...   203
Qafar kimya

1. Borun birinci postulatı. qəbul edilmişdir ki, elektron nüvə ətrafında enerji şüalandırmadan yalnız hərəkət miqdarı momenti ( h / 2𝞹 ) n - ə bərabər olan dairəvi orbitlər üzrə hərəkət edə bilər. Yəni elektron nüvə ətrafında hər hansı istənilən deyil, yalnız radiusu mvr = (h / 2𝞹 ) n şərtini ödəyən orbitlər boyunca hərəkət etməlidir. Bu ifadə atom modelinin ifadəsi ( mv2 / r = e2 / r2 ) birlikdə həll edildikdə ( v nəzərə alınmadan ) elektronun enerji şüalandırmadan nüvə ətrafında hərəkət edə biləcəyi dairəvi orbitlərin radiuslarını rn hesablamaq üçün ümumi düstur alınır: rn =( h2 / 4 𝞹2me2 ) n2

Bu düsturda h,𝞹,m və e-nin məlum qiymətləri yerinə yazıldıqda,

rn = n2 · 0,53 · 10-8 sm = n2 · 0,53 A0

Burada baş kvant ədədini göstərən n = 1; 2; 3; 4. Birinci orbitin radiusu 12·0,53 A0 = 0,53 A0 ; ikinci orbitin radiusu 22·0,53 A0 = 2,12 A0 ; üçüncü orbitin radiusu 32·0,53 A0 = 4,77 A0 ; dördüncü orbitin radiusu 42·0,53 A0 = 8,48 A0.

Elektron nüvə ətrafında istənilən orbit üzrə deyil, atomun dayanıqlı halını təmin edən müəyyən orbit üzrə hərəkət edir. Belə orbitlər stasionar orbitlər adlanır və onların radiuslarının bir – birinə nisbəti tam ədədlərin kvadratlarının nisbəti kimidir. 12 : 22 : 32 ... n2 = r1 : r2 : r3 ... rn

Atomda enerjinin dəyişməsi (şüalanması və udulması ) fasiləsiz deyil, diskret xarakter daşıyır.Bu halda atomun enerjisi kvantlanmış olur. Elektronun nüvə ətrafında hərəkət etdiyi enerji səviyyələri kvant səviyyəlləri adlanır. Həmin səviyyilərin enerjisi bir-birindən fərqli olduğu üçün onlar E1, E2, E3 ...və s. ilə işarə edilir. Nüvəyə yaxın səviyyənin az, uzaq səviyyələrin enerjisi isə çox olur. Atomun minimum enerjiyə uyğun gələn vəziyyəti onun normal halı adlanır.Atomun yüksək enerjili halı onun həyəcanlanmış halı adlanır.




Yüklə 217,73 Kb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   203




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin