Təcrübə göstərir ki, özünütəlqindən istifadə etməklə bir ay müddətində 4-6 kq və daha çox arıqlamaq mümkündür.
AM ilə məşğul olanlar müvafiq ədəbiyyatdan istifadə etməli və vaxtaşırı həkim – psixoterapevtlə məsləhətləşməlidir.
Psixoanalitik yönümlü dərin psixoloji terapiya üsulları
Ənənəvi psixoanaliz. Psixoanalitik psixoterapiya heç də psixoanaliz demək deyil, onu psixoanalizdən fərqləndirən cəhət bundan ibarətdir ki, burada hər şey bugünkü, konkret hadisələrə: baş vermiş konfliktlərə, sarsıntıların məzmun və xarakterinə yönəlmiş olur. Psixoanalitik psixoterapiyanı apararkən həkim sərbəst assosiasiyalara ya əhəmiyyət vermir və ya olduqca az əhəmiyyət verir. Həkimin başlıca məqsədi xəstənin şikayət və iztirablarını araşdıraraq ona konkret yardım göstərməyə çalışmalıdır. Psixoanaliz apararkən xəstə adətən çarpayıda (divanda) uzanır və həkimin üzünü görmür. Psixoanalitik terapiyada isə həkimlə xəstə üz-üzə oturur və bərabər tərəflər kimi söhbət edirlər. Psixoanalitik psixoterapiya iki üsulla aparılır:
1.Tənqidə yönəlmiş – ekspressiv üsul. 2.Davametdirici (münasibət)üsul. Hər iki üsulun ümumi və fərqli cəhətləri aşağıdakı cədvəldə təqdim edilir.
Psixoanalitik psixoterapiyanın gedişində təhlükəli sayılan mühüm amillərdən biri reqressiya və asılılığın yaranmasıdır. Həkim müalicənin lap başlanğıcında bunu nəzərə almalı və müvafiq tədbirlər görməlidir.
Psixoanalizin mərhələləri