muzeyə verilmişdir. 1950-ci ildə bu kompüterlərin 40 dənəsi çox çətin riyazi hesablamalarda istifadə olunmuşdur. Aralarında Sidney Opera binasının da olduğu bir çox bina və körpünün düzəldilməsində bu kompüterlər faydalı olmuşdur. 1955-ci ildə, kompüterlərin istehsalçısı Ferranti şirkəti, kompüterlərdən birini elm adamları və riyaziyyatçılara təqdim etdi. Beləcə illər tələb edən hesablamalar bu firmaya gətirilirdi və hesablamalar kompüterdə aparıldıqdan sonra nəticə yiyəsinə təslim edilirdi. Başlanğıcda klaviatura və monitoru olmayan bu cihazlar bir və ya daha çox operator tərəfindən proqramlaşdırılır, işləməsi təmin edilirdi. Sonra ekran və klaviaturalardan istifadə olunmağa başlanıldı. Bir mainframe-ə birdən çox klaviatura və monitor birləşdirmək olurdu. Eyni anda birdən çox adam bu cihaza proqram yaza bilərdi. Diqqət etdinizsə proqram yazmaqdan bəhs etdim. O vaxtlar hazır proqramları alıb istifadə etmək yox idi, bir proqrama ehtiyacın var idisə onu oturub yazırdın. Haqqında bəhs etdiyimiz sistemlərə "şəbəkə" deyə bilmərik, çünki bu klaviaturalarla və monitorlarla sadəcə informasiya daxil edilir və çıxarılırdı. Bəlkə ağılsız terminal termini eşitmişiniz. Üzərilərində CPU(Si Pİ Yu)-su olmayan bu cihazlar Dumb(damb) terminal-ağılsız terminal adlandırılırdı. Vaxt keçdikcə mainframe-lər inkişaf etdirildi və hard disklərdən istifadə olunmağa başlanıldı. Çox keçmədən mainframe-lər arasında məlumatın paylanması fikri ortaya çıxdı. Ümumiyyətlə, mainframe-lər bir-birindən minlərcə kilometr uzaqda yerləşirdilər. Eyni bina içində yerləşən mainframe-lər isə çox vaxt fərqli istehsalçıların cihazları olurdu. Həqiqi şəbəkələrdən çox-çox əvvəl alimlər fərqli iki sistemin məlumatlarının hansı yolla bölüşdürülməsi haqqında müzakirə etməyə başlamışdılar. Yəqin ki siz də ilk kompüter şəbəkəsinin