1. Kompüter şəbəkələrinin keçmişi və bu günü Kompüter şəbəkəsinin yaranması üçün ən azı iki kompüterin bir-birinə qoşulması lazımdır. Şəbəkə


birlikdə rəqəmlərini də öyrənmək vacibdir



Yüklə 255,62 Kb.
səhifə24/34
tarix11.03.2022
ölçüsü255,62 Kb.
#53596
1   ...   20   21   22   23   24   25   26   27   ...   34
birlikdə rəqəmlərini də öyrənmək vacibdir.
OSI modelində hər lay həll olunmalı problemləri təsvir edir. Bu laylarda işləyən cihazlar və
protokollar həmin problemlərə həll yolu tapırlar. Yeddi laylı OSI modeli iki bölmədə tədqiq edilə
bilər: Application Set və Transport Set.
Application Set (tətbiqetmə komplekti) tətbiqetmə layı və proqramlarla bağlı bölmədir. Əsasən
proqram şəklində olur. Modelin ən üstündəki tətbiqetmə layı istifadəçiyə ən yaxın olan laydır.
Transport Set (ötürmə komplekti) məlumat mübadiləsi ilə vəzifələndirilib. Fiziki və digər məlumat
ötürmə layları həm proqram, həm də şəbəkə kartı ilə işləyirlər. Fiziki lay fiziki şəbəkə mühitinə
(məsələn: şəbəkə kabelinə) ən yaxın laydır. Əsas vəzifəsi məlumatı kabeldən ötürmək və qəbul

etməkdir.

Lay 1: Fiziki lay ( İngiliscə: Physical layer)
Fiziki lay kompüterlər arasında məlumatın kabel üzərindən fiziki şəkildə ötürülməsi üçün
yaradılmışdır. Məlumatı ötürən tərəfdəki fiziki lay məlumatı rəqəmsal (1 və 0) formadan elektrik
siqnallarına çevirib kabelə yerləşdirir və qəbul edən tərəf də fiziki lay vasitəsi ilə kabeldən
oxuduğu siqnalları təkrar rəqəmsal formaya çevirir. Yəni məlumat kompüterdə olarkən ikili say
sistemi üzrə kodlaşdırılmış olur. Bu lay məlumatın ikili say sistemindən siqnal formasına
çevirilərək ötürülməsində əsas rol oynayır. Əgər hər iki tərəf eyni forma ötürmə sürətindən və ya
tezliyindən istifadə etməzsə, məlumatı ötürmək mümkün olmayacaqdır. Məsələn, bir tərəf +5 volt
və 2 millisaniyə tezliyində elektrik siqnalı göndərirsə, qəbul edən tərəf eyni parametrlərdə
olmalıdır. Əgər qəbul edən +7 volt və 5 millisaniyə tezliyində siqnalı qəbul etmək üçün
qurulubdursa o zaman tezlik fərqi yaranacaqdır. Belə halda göndərilən məlumat qarşı tərəfdə
anlaşılmayacaqdır və ötürülmə başa çatmayacaqdır. Fiziki lay bu növ vacib problemləri həll edir.
Şəbəkə kartı istehsalçıları bu problemləri nəzərə alaraq eyni tezlikləri istifadə edən şəbəkə kartları
istehsal etməyə qərar vermişdirlər. Ona görə də şəbəkə kartları bir-birləri ilə problemsiz işləyirlər.
Fiziki layda istifadə olunan və ən çox adı çəkilən texnologiyalardan hələlik bir neçəsi ilə sizi tanış


Yüklə 255,62 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin