Protokol sözünün mənası hadisənin gedişatını təsvir edən qaydalar toplusudur. Protokollar kompüter şəbəkələrinin müəyyən qaydalar daxilində idarə olunması üçün tənzimləyici rol oynayırlar. Bəs protokollar nəyi tənzimləyir? Kompüter şəbəkəsi üçün protokol iki kompüter və ya aparat arasında müəyyən qaydalar daxilində informasiya mübadiləsinin aparılmasını tənzim edir. Sadə File Transfer Protocol (FTP) proqramı ilə məlumat göndərilən zaman arxa planda bir çox protokol işləyir. FTP protokolu iki kompüterin iki proqramı arasında necə məlumat mübadiləsi aparılmasını müəyyənləşdirir. Transmit Control Protocol (TCP) göndərən sistem üzərindən yollanacaq məlumatı parçalara bölünməsi və qəbul edən sistemin üzərində təkrar birləşdirilməsi funksiyalarını yerinə yetirir. Internet Protocol (IP) isə məlumatın fərqli yönləşdiricilər üzərində doğru yolu izləyərək qarşı tərəfə çatdırılması ilə vəzifələndirilmişdir. Məsələn: hub-da beş kompüter var və hansı kompüterə (MAC adresi ilə təyin edir) bu məlumat çatmalıdır məsələlərini həll edir. Şəbəkə kartı və kabel protokolları məlumatın necə elektrik siqnalları halında göndərilməsi məsələsini yerinə yetirir. Bütün protokollar və baş verən proseslər bütünlükdə 7