gəldikləri müəyyən rolları ifa edirlər.Lakin rolların ifası tam sərbəstdir və onun
nəticəsində alınan problemin həllini heç kəs əvvəlcədən proqnozlaşdıra bilmir.
Nəticələr rolun ifasından asılıdır.Modelləşdirmə zamanı şagirdlərə bu rolun
ifasında öz nöqteyi-nəzərindən çıxış etməyə icazə verilir.Taksanomioyanın Analiz
mərhələsində öz əksini tapır.Təfəkkür baxımından isə hər üç növə -Məntiqi,
Tənqidi və Yaradıcı təfəkkürə əsaslanır.
Məqsəd:Yaradıcı qabiliyyətləri və
təxəyyülü inkişaf etdirmək üçün şagirdləri zəruri əsaslarla təchiz etmək; Cütlük
şəklində öz baxışlarını və dəyərlərini müzakirə etmək üçün şagirdlərə sərbəst
diskusiya təklif etmək; Şagirdləri problemi tapmağa və onu real həyatı
modelləşdirən şəraitdə həll etməyə həvəsləndirmək;Şagirdlərə təhlil aparmaq və
alternativ hərəkətləri qiymətləndirmək bacarığını aşılamaq; Şagirdləri ictimai və ya
qrup fəaliyyətinin tərkib hissəsi olan qərarların qəbul edilməsi prosesinə cəlb
etmək; Modelləşdirməni əyləncəli və maraqlıə edən onun qeyri müəyyənliyi,
məchulluğudur, çünki ən yaxşı haldada nəticələri qabaqcadan yalnız qismən
müəyyən etmək olur.Məhz bu bilinməzlik əsl həyata daha çox oxşayır, onu daha
çox xatırladır ki, bu da nəticələri qəti müəyyən edilmiş tamaşalar və ya oyunlarla
müqayisədə modelləşdirmənin xeyrinə çox əsaslı dəlil ola bilərGöründüyü kimi bu
üsul əksər xüsusiyyətlərinə görə rollu oyunlara bənzəyir.Fərq ondan ibarətdir ki,
rollu oyunlarda oyunun məzmunu, gedişatı və nəticə əvvəlcədən hər kəsə aydın
olur.Modelləşdirmə digər üsullardan daha sərbəstdir, belə ki, heç kəs əsl
həqiqətdə son nəticəni görə bilmir, heç kəs deyə bilməz ki, əhvalat nə ilə bitəcək.
Çünki son nəticə əsasən rolların necə oynanılacağından asılıdır.
(
Məsələn,yoldaşınızla birlikdə yolda gedərkən iki şəxsin yol kənarında ağacları
Dostları ilə paylaş: