1. kurikulumun əsaslari



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə34/104
tarix16.12.2022
ölçüsü1,87 Mb.
#75474
1   ...   30   31   32   33   34   35   36   37   ...   104
Kurikulumun əsasları (Mühazirələr)

5.Nəticə və ümumiləşdirmə. 
Aparılma müddəti 4 dəqiqə(standart).Fəal dərsin 5- ci mərhələsidir.Bu 
mərhələnin təşkilində əsas məqsəd: - əldə edilmiş fikirlərin ümumi ideya 
halında birləşdirilməsi və ümumiləşdirilməsinə nail olmaq; - şagirdlərin 
bu mərhələdə bilgiləri məhz özlərinin kəşf edə bilməsinə şərait 
yaratmaq;(çünki bu hal onlarda bənzərsiz sevinc və məmuniyyət hissi 
keçirmələrinə kömək etmiş olur).Bu mərhələdə müəllimin fəzifəsi: - 
fikirlərin səmərəli şəkildə ümumiləşdirilməsi və əsas ideyanın müəyyən 
olunması üçün səmərəli şərait yaradır; - müəllim şagirdlərin əvvəlki 
mərhələdə qeyd edilmiş bütün fikirləri bir ümumi ideya halında 


birləşdirməyi və ümumiləşdirməyi xahiş edir; - müəyyən olunmuş problemə 
şagirdlərin nəticə çıxarmasına imkan yaradır; - bu mərhələnin nəticələrinin 
şagirdlər tərəfindən çıxaılmasına nail olmaq üçün şərait yaradır və s. 
Müəllim bu mərhələdə hansı səhvləri buraxır? - müəllim problemi qoyur və 
özü də həll edir(şagirdi tədqiqatçı kimi iştirak etməsinə imkan vermir); - 
şagirdlərin əvəzinə özü nəticə çıxarır; - tədqiqat sualı arasında əlaqə 
yaratmağa çalışmır və s. Göründüyü kimi, bu mərhələdə şagirdlər yeni 
biliklərin aşkar edilməsində həlledici addımlar atırlar.Onlar məsələləri 
ümumiləşdirərək son nəticəyə gəlirlər, əldə etdikləri yeni bilikləri tədqiqata 
başlayarkən irəli sürülmüş fərziyyələrlə müstəqil olaraq 
qarşılaşdırırlar.Şagirdlər ilk mərhələdə irəli sürülən fikirlərlə son mərhələ 
arasındakı nəticələrin arasında körpü salmış olurlar. 
6.Yaradıcı tətbiqetmə və Ev tapşırığı: 
Aparılma müddəti 10 dəqiqədir. Fəal dərsin 6 –cı mərhələsidir.Bu 
mərhələnin təşkilində əsas məqsəd:- Biliklərin mənimsənilməsinin başlıca 
meyarı kimi çıxış edir; - biliyi möhkəmləndirir; - biliyin praktiki
əhəmiyyətini artırır;(bu məqsədlə şagirdlərə müxtəlif praktiki tapşırıqlar 
verilir); - şagirdlərin yaradıcı təfəkkürünü inkişaf etdirir; - bu mərhələ həm 
sinifdə, həm də evdə tətbiq oluna bilər.1 akademik dərs saatı ilə 
yekunlaşmaya bilər. 

Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin