müəyyən sahədə yerinə yetirdiyi konkret tapşırığın səviyyəsinə görə
qiymətləndirilir.
RELEVANTLIQ- qiymətləndirmə məqsədilə uzlaşma.Nəzərdə tutulmuş məqsədilə
qiymətləndirmə arasında uzlaşma təmin olunur.Qiymətləndirmə əvvəlcədən
planlaşdırılır, onun xidmət edəcəyi məqsədlər müəyyənləşdirilir, şagird haqqında
toplanılan zəruri məlumatların
mahiyyəti, xüsusiyyətləri göstərilir, məlumatların
toplanılması və təhlili üsulları seçilir, veriləcək qərarın mahiyyəti təsvir edilir.
PRAKTİKLİK – adından göründüyü kimi qiymətləndirmənin tətbiqi ilə bağlı
məsələdir.Vaxt, şərait, variantların müxtəlifliyi və s. Qiymətləndirmə prosesinin
praktikliyi şəffaf şəkildə davamlı olaraq onun tətbiqi haqqında məlumat verilir.
Buraya aiddir: qiymətləndirmənin düzgün təşkili, qiymətləndirmə üzrə vaxtın
müəyyən edilməsi, qiymətləndirmə materiallarının hazırlanması, testlərin
şagirdlərin nailiyyətləri ilə uyğunluğu, testlərdəki sualların şagirdlərə müsbət təsiri,
testləşmənin metod və formaları, keyfiyyətin ölçü prosesi, ölçü metodları,
cavabları, növləri.
QİYMƏTLƏNDİRMƏNİ DƏYƏRLƏNDİRMƏ – mənfi və müsbət olur.Mənfi
qusurları aradan qaldırmağa, müsbət şagirdi həvəsləndirməyə xidmət edir.
Qiymətləndirmədə dəyərləndirmə müsbət və ya mənfi ola bilər. Bu
qiymətləndirmədə əsas məqsəd şagird nailiyyətlərinin müasir kurikuluma və bəzi
təlimatlara uyğun qiymətləndirilməsidir.Müsbət rəy və dəyərləndirmə şagirdləri
daha çox çalışmağa həvəsləndirir, mənfi rəy və və təkliflər isə şagirdin nələri düz
və səhv etdiyini, bunları aradan qaldıracağı yolları təsvir edir.
Dostları ilə paylaş: