pedaqoqu Volfranq Ratke(1571-1635) və çex pedaqoqu Yan Amos
Komenski(1592-1670) tərəfindən işlədilmişdir. Pedaqogikanın formalaşmış
sahələrindən biri olan didaktika özü qollara şaxələnmişdir.Ümumi didaktika,
xüsusi didaktika, məktəbəqədər təlim- tərbiyə didaktikası, məktəb didaktikası, ilk-
peşə ixtisas məktəbi didaktikası orta ixtisas məktəbi didaktikası, ali məktəb
didaktikası, hərbi təhsil didaktikası, yaşlıların təhsili didaktikası, xüsusi məktəb
didaktikası, ixtisasartırma didaktikası, əlahiddə didaktika və s.
Ümumi didaktika
təlim prosesinin obyektiv qanunauyğunluqlarını, onları şərtləndirən amilləri üzə
çıxarmağa çalışır.Söhbət bu və digər fənnin, yaxud bir qrup fənnin tədrisi
qanunauyğunluqlarından deyil, bütün fənnlərin tədrisinə xas olan ümumi
qanunauyğunluqlardan gedir.Ümumi didaktika müəyyən etmişdir ki, məsələn,
bütün fənnlərin tədrisində təkrar olunan səciyyəvi hallar vardır; müəllim- və şagird
fəaliyyətinin bir-birini şətrləndirməsi, tədris vəzifələrini şagirdlərin başa
düşməsinə müəllimin rəhbərliyi; təlim zamanı formalaşan anlayışların əməli işə
tətbiqi; biliyin tətbiqi zamanı bacarıq və vərdişlırin formalaşması zamanı və
s.
Xüsusi didaktikaların (Hər bir fənnin özünəməxsus xüsusiyyəti var.Bunlara çox
vaxt”metodikalar” deyirlər; bəzi ədəbiyyatda “xüsusi didaktika” əvəzinə “fənn
didaktikası” anlayışıda işlədilir) vəzifəsi konkret fənnlərin təlimi xüsusiyyətlərini
meydana çıxarmaqdan ibarətdir.Ümumi didaktika ayrı-ayrı fənlərin tədrisi
metodikasına və xüsusi didaktikaya əsaslansa da, onlara xas spesifik halları özündə
ehtiva etmir.Halbuki, konkret fənni(məsələnbotanikanı, zoologiyanı, insan
anatomiyası və fiziologiyasını, ümumi biologiyanı) tədris edən müəllim üçün iki
cəhəti: ümumi didaktikanın müəyyənləşdirdiyi qanunauyğunluqların konkret
fənnin tədrisində necə təzahür etdiyini və konkret fənnin tədrisi üçün səciyyəvi
olan qanunauyğunluqları bilməsi daha vacibdir.Xüsusi didaktika, məsələn, bioloji
fənnlərin tədrisi problemlərini ümumiləşmiş şəkildə əhatə edən biologiyanın
tədrisi metodikası, fizikanın ayrı-ayrı sahələrinin tədrisi məsələlərini əhatə edən
fizikanın tədrisi metodikası və s. aiddir. Ümumi didaktika bütün xüsusi
didaktikaları ümumiləşmiş şəkildə özündə birləşdirir və onların özəyinə çevrilir,
fənnlərin tədrisinə vahid mövqedən yanaşılmasına imkan verir.
Dostları ilə paylaş: