1. kurikulumun əsaslari


Fasiləsizlik , Vəhdətlik, Daimilik –



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə85/104
tarix16.12.2022
ölçüsü1,87 Mb.
#75474
1   ...   81   82   83   84   85   86   87   88   ...   104
Kurikulumun əsasları (Mühazirələr)

Fasiləsizlik , Vəhdətlik, Daimilik – mövcud təhsil standartları, tədris proqramları 
və planları əsasında təhsilin bir neçə səviyyədə əldə edilməsi imkanı, təhsilin ayrı-
ayrı pillələri arasında sıx dialektik qarşılıqlı əlaqənin təmin olunması və onun 
insanın bütün həyatı boyu ardıcıl davam etməsi; 
Varislik – təhsil sahəsində əldə olunmuş bilik və təcrübənin ardıcıl olaraq növbəti 
nəslə(dövrə) ötürülməsi; 
Liberallaşma – təhsil sahəsinin və təhsil fəaliyyətinin açıqlığının genişləndirilməsi; 
İnteqrasiya -  milli təhsil sisteminin dünya təhsil sisteminə səmərəli formada 
qoşulması, uyğunlaşması və qovuşması əsasında inkişafı. 
(Elmilik adlı prinsip isə yoxdur) 


Təhsilalanların və Təhsilverənlərin hüquq və vəzifələri: 
Təhsilalanların Hüquqları aşağıdakılardır: 
- Qanunvericilikdə nəzərdə tutulmuş qaydada təhsil müəssisəsinə qəbul 
olunmaq; təhsil müəssisəsini, təhsilin istiqamətini, ixtisası, təhsilalma 
formasını və təhsil dilini sərbəst seçmək; 
- Dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq; müvafiq qaydada 
təhsilin təmayülünü, təhsil proqramlarını və sinifdənkənar məşğuliyyəti 
seçmək; 
- Ali təhsil müəssisəsinin tədris planlarına uyğun olaraq tədris fənlərini, 
semestrlər üzrə kreditlərin miqdarını, təhsiverənləri və tyutorları sərbəst 
seçmək; 
- Dövlət və bələdiyyə ümumi təhsil müəssisələrində dərsliklərlə pulsuz təmin 
olunmaq; və s. 
Təhsilalanların Vəzifələri aşağıdakılardır: 
- Dövlət təhsil standartlarına uyğun bilik, bacarıq və vərdişlərə yiyələnmək; 
- Pedaqoji işçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq; 
- Təhsil müəssisəsinin nizamnaməsinin tələblərinə riayət etmək; 
- Dövlət, cəmiyyət, ailə və özü qarşısında məsuliyyətini dərk etmək; 
- Təhsil sahəsində qanunvericiliyin tələblərinə, etik normalara və təlim-
tərbiyə prosesi ilə bağlı qaydalara əməl etmək. 

Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin