38.Layihə idarəetmə texnikası və metodlarını xarakterizə edin.
Layihə İdarəetmə texnikası və metodları.
Layihənin təminat növləri. Müasir layihələrin idarə edilməsi metodologiyası vasitələrindən istifadə etməklə layihənin hazırlanma və realizəetmə mərhələlərində müxtəlif təminat növləri tələb edilir. Layihənin səmərəli idarə edilməsi üçün əsas təminat növlərinə aşağıdakılar daxildir:
informasiya təminatı;
riyazi təminat;
proqram təminatı;
texniki təminat;
təşkilati təminat;
hüquqi təminat;
metodiki təminat.
Layihənin yerinə yetirilmə prosesində bir çox formal, məntiqi, təşkilati metodlardan və texniki üsullardan istifadə edilir. Bu metodlar layihənin bütün fazaları üzrə paylanılır.
39. Layihənin idarəetmə texnikası və metodlarını layihənin təminat növləri və konsepsiya hissəsində istifadə olunan metodları xarakterizə edin. layihə məqsədinin təyinetmə metodları məqsədin təşkili metodları
sosioloji metodlar
ekspert sistemləri
marketinq metodları
məqsədlər qrafı
konseptual layihələndirmə metodları
predmet sahəsinin formal yazılışı
məhdudiyyətlər və ilkin şərtlər
meyarların seçilməsi
alternativ variantların təhlili və qərar qəbuletmə
layihədən əvvəl təhliletmə Layihənin işlənməsində istifadə olunan metodlar
layihələrin yerinə yetirilməsi prosesinin modelləşdirilməsi metodları
ierarxiya struktur modelinin qurulma metodları imitasiya metodları
təqvim planlaşdırma metodları: vaxt, büdcə, ehtiyat və xərc
ehtimal, risk və büdcənin təhlili metodları
riskin idarə edilməsi metodları
layihənin işlənməsi dövründə onun təhlil edilməsi metodları