1. Layihə menecmenti öyrənilməsinin əhəmiyyəti və layihənin təriflərini xarakterizə edin


Layihənin əlamətlərinin xarakterizə edin



Yüklə 112,31 Kb.
səhifə2/41
tarix07.06.2023
ölçüsü112,31 Kb.
#126579
1   2   3   4   5   6   7   8   9   ...   41
Layihe menecmenti son

2.Layihənin əlamətlərinin xarakterizə edin
Ümumiyyətlə, layihələrin aşağıdakı ələmətləri vardır: dəyişkənlik əlaməti; vaxt məhdudiyyəti əlaməti; büdcə əlaməti; ehtiyatlar əlaməti; təkrarolunmazlıq əlaməti; yenilik əlaməti; bütövlük, tamlıq əlaməti; hüquqi təminat ələmətləri; təşkilat əlamətləri;. məhdudiyyət əlamətləri. Bu əlamətlərin hər birinə ayrılıqda nəzər salaq.
Dəyişkənlik əlaməti. Bu əlamət əsas xassələrdən biri kimi qiymətləndirilir. Əgər layihədə bu əlamət hiss olunarsa, onda layihə “yaşayır”. Layihənin start dövründə, onun bütün elementləri passiv vəziyyətdə olurlar. Vaxt keçdikcə layihədəki işlər yerinə yctirilir. Bu zaman işlər passiv vəziyyətdən aktiv vəziyyətə keçir. İşlər yerinə tam yetirildikdən sonra onlar passivləşdirilir. Beləliklə, hər bir iş (element) ayrılıqda öz məqsədinə çatdıqca layihənin ümumi vəziyyəti dəyişir. Bu səbəbdən layihə dəyişir və layihədə dəyişkənlik əlaməti görünür.
Vaxt məhdudiyyəti əlaməti. Layihələrdə müəyyən vaxt çərçicvəsində məqsədə nail olmaq mümkündür. Layihələri digər tədbirlərdən və obyektlərdən fərqləndirən əsas parametrlərdən​biri vaxt məhdudiyyətidir. Hər bir işin başlanğıcı və sonu olduğu kimi layihələrin də başlanma (start) va son (finish) vaxtları var. Bu vaxt göstəriciləri adətən məhdud olurlar. Bu səbəbdən layihənin uğurla başa çatmasında əsas şərtlərdən biri onun verilmiş vaxt çərçivəsində yerinə yetirilməsidir.
Büdcə əlaməti. Hər bir layihə üçün büdcə müəyyənləşdirilir. Bu büdcəyə müəyyən metodlar vasitəsilə nəzarət edilir. Bəzi layihələr büdcə əsasında və çərçivəsində yaradılır. Buna görə də büdcə əlamətinə görə iki növ layihə mövcuddur;
Layihənin məqsədi formalaşandan sonra onun büdcəsi müəyyənləşdirilir;
Büdcə məlum olduqdan sonra ayrılmış vəsaitə uyğun layihəlaər həyata keçirilir.
Нər​iki​halda​layihənin​bütün​elementlərinin​yerinə yetirilməsində büdcə əlaməti görünür və xüsusi yer tutur.
Ehtiyatlar əlaməti. istənilən layihənin yerinə yetirilməsində büdcədən başqa digər vəsaitlərdən istifadə edilməsi tələb olunur. Bu ehtiyat növlərinə insan qüvvəsi, texnika, avadanlıqlar, materiallar, enerji və digər ehtiyatlar aiddir. Нər bir vəsait büdcə ilə bağlı olduğu üçün onun mənimsənilmə həcmi məhdudlaşdırılır. Bəzən bu məhdudiyyətər əvvəlcədən müəyyənləşdirildiyi üçün layihənin yerinə yetirilmə müddəti təyin edilir. Layihənin təsdiq edilməsi üçün əsəs amillərdən biri də ehtiyatların mənimsəmə qrafikidir. Bu plan- qrafikin düzgün yerinə yetirilməsi layihənin məqsədə çatmasına xidmət edir.
Təkrarolunmazlıq əlaməti. Elə iki layihə yoxdnr ki, onlar tam eyni olsunlar. Hətta bir-birinə çox yaxın olan və oxşayan layihələrdə belə fərqlər mövcuddur. Layihə işlər çoxluğudur. Нər bir işi yerinə yetirmək üçün müəyyən vaxt, büdcə ayrılır və müxtəlif ehtiyatlar mənimsənilir. Bu müxtəliflik hər bir işə nadirlik xüsusiyyəti və ya təkrarolunmazlıq əlaməti verir. Layihələrdə hər hansı bir işin müxtəlif vasitəllərlə və ya müxtəlif vaxtlarda yerinə yetirilməsi onun təkrarolunmazlıq əlaməti sayılır.
Yenilik əlaməti. Hər bir layihə tədqiqat obyektidir və bu səbəbdən layihələrdə həmişə tədqiqat və inkişaf əlamətləri hiss olunur. Yenilik əlamətləri xüsusən təşkilati layihələrdə özünü daha çox biruzə verir. Zaman keçdikcə, ətraf aləm inkişaf etdikcə layihələr qarşısında tələblər dəyişir və müasirləşir. Müasir dövrümüzdə olan tələblər mütənasib olaraq layihələrdə öz əksini tapır. Bu səbəbdən hər bir yeni layihədə müasir dövrün tələblərinə cavab verən yeniliklər mövcuddur. Yenilik əlaməti hiss olunmayan layihələrin əksəriyyəti uğursuz və ya qısa müddətli olur.
Bütövlük, tamlıq aləməti. Tamlıq əlaməti - layihələrin bütün parametrlərlə tam xarakterizə olunması deməkdir. Layihələr çoxlu parametrlərlə xarakterizə olunurlar. Layihəyə təsir edən bütün parametrlərin hamısının layihədı öz əksini tapması layihənin bütöv olmasını xarakterizə edir. İlk növbədə layihələrdə nəzərdə tutulan faktorların sayı və layihənin nəticəsinə bir başa və ya dolayı yolla təsir edən parametrlərin sayını müəyyənləşdirmək layihənin tam olmasına gətirir.Bu zaman deyirlər ki, layihə bütüvdür və ya tamdır.
Hüquqi təminat əlamətləri. Layihələrdə iştirak edən tərəflərin hüquqi təminatı və onlar arasında münasibətlərin qurulması layihənin uğurlu olması üçün əsas şərtlərdən biridir. Yeni iqtisadi şəraitdə və müstəqil dövlət quruculuğu ərəfəsində layihələrin yerinə yetirilməsində hüquqi nöqteyi nəzərdən problemlər yarana bilər. Bu səbəbdən layihələrdə müvafiq qanunlar və normativ sənədlər öz əksini tapmalıdır.
Təşkilat əlaməti. Təriflərdən göründüyü kimi layihə kiçik bir müəssisədir. Нəг bir müəssisənin təşkilati strukturu olduğu kimi layihələrin də yerinə yetirilməsi üçün təəkilati strukturlar tələb olunur. Böyük layihələrdə tələb olunan əsas parametrlardan biri «təşkilati strukturların yaradılması»dır. Bu struktur kiçik layihələrdə özünü doğrultmadığı üçün onlar tələb olunmur.
Məhdudiyyətçilik əlaməti. Layihə digər obyektlər kimi ətraf mühitlə sıx bağlıdır. Layihədə görülən işlərin hər birinin dəqiq həddi olmalıdır. Ümumiyyətlə, layihələr hər hansı çərçivə daxilində yerinə yetirilir. Layihə yerinə yetirildiyi mühitdə özünü qabarıq şəkildə göstərməlidir. Layihə özünəməxsus xüsusiyyətləri ilə digər işlərdən fərqlənməlidir. Layihələr ətraf mühitlə sıx bağlı və əlaqəli olduqları üçün onlara müəyyən xüsusiyyətə malik olan tam sistem kimi baxmaq olar.



Yüklə 112,31 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin