1. Layihə menecmenti öyrənilməsinin əhəmiyyəti və layihənin təriflərini xarakterizə edin


Layihə təkifinin strukturunu-problemin təhlili və məqsədlərini təhlili hissələrini xarakterizə edin



Yüklə 112,31 Kb.
səhifə9/41
tarix07.06.2023
ölçüsü112,31 Kb.
#126579
1   ...   5   6   7   8   9   10   11   12   ...   41
Layihe menecmenti son

10. Layihə təkifinin strukturunu-problemin təhlili və məqsədlərini təhlili hissələrini xarakterizə edin
Layihə nizamnaməsinin (təkilfinin) quruluşu
Tipik layihə təkilfinin əsas aşağıdakı komponentlərdən olur:
Xülasə. Bu hissə aydın və qisa yazılmalı və oxuyana sizin kim olduğunuz və nə etmək istədiyinizə dair təsəvvür verməlidir Maksimum 6-7 cümlədən ibarət olmalıdır. Xülasə lahiyənin bütün komponentləri tamamlandıqdan sonra yazılır.
Təşkilat haqqında məlumat. Təkilatınızın adı hüquqi statusu,ünvanı, həyata keçirdiyiniz və ya icrasında iştirak etdiyiniz lahiyələr, bank rekvizitləri, qrantın icrasına məsul şəxslərin adları, idarə heyyətinin üzvlərinin adları və s.
Problemin təsviri. Təklifin bu hissəsində siz donoru qrant sayəsində həll etmək istədiyiniz ehtiyacalara dair dəlillərlə təmin etməlisiniz. Bu bölmə sizin təklifinizi oxumaqda olan donor nümayəndəsini inandırmalıdır. Təsvir etdiyiniz problem sizə aydın olsa da, təklifinizi oxuyan adama bir çox şeylər qaranlıq qala bilər. Təbiidir ki, o, problemlə bağlı sizin qədər məlumatlı deyil. Problemin təsviri bölməsinə donoru maarifləndirmə və inandırma fürsəti kimi baxmaq lazımdır. Bu hissə həm də layihə təkilfinin
əsaslandırılmasıdır. Bu zaman aşağıda qeyd olunan məqamlara diqqət etmək tövsiyyə olunur:
problem
✓ layihənin həll edəcəyi problemi izah etmək;
✓ layihənin “məna”sı;
✓ nə üçün sizin təqdim etdiyiniz problem hədəf əhali və cəmiyyət üçün də problemdir və onlar tərəfindəndə qəbul edilir;
✓ problem nədər əhaliyə necə təsir edir.

Əsas ehtiyaclar


✓ problemlə birbaşa əlaqədar olan çətinliklər/ehtiyaclar (problemin təsiri və nəticəsi);
✓ ehtiyaclar kim tərəfində prioritetləşdirilib/kim müəyyənləşdirib;
✓ hansı meyarlar/göstərişlər/tələblər əsasinda müəyyənləşdirilib;

✓ c) Problemin həlli yolları
✓ strategiya və yanaşma;
✓ hədəf əhalinin vəziyyəti necə yaxşılacaq;
✓ problemin aradan qaldırılması üçün əhalinin öz fikirləri;
✓ əgər əhalinin fikirləri sizinki ilə eyni deyilsə, ciddi fərqlər varsa və yaxud tamamilə fərqlənirsə, siz öz yanaşma və strategiyanızı onlara necə “satacaqsınız”.

✓ d) İcraçı təşkilat


✓ problemlə bağlı təşkilatınızın və tərəfdaşlarınızın bacarığı və təcrübəsi (oxşar və yaxud eyni problemlə bağlı əvvəlki layihələr);
✓ nə üçün məhz sizin təşkilat və tərəfdaşlar bu problemlə məşğul olmalıdır;
✓ hədəf ərazi və insanlarla əlaqələriniz, münasibətiniz, davranışınız, və s.
✓ təşkilatinizda və tərəfdaşlarınızda problemə uyğun mütəxəssislər və digər imkanlar.
Məqsədlər. Bu bölmənin məqsədi donora qrantın sonunda nəyə nail olmaq istədiyinizi bildirməkdir. Bir çox donorlar sizin həm qısamüddətli, həm də uzunmüddətli məqsədlərinizi öyrənmək istərlər. Ümumiyyətlə, qısamüddətli məqsəd uzunmüddətli məqsədə çatmaq üçün prosesin başladılmasıdır ki, bu da sizin lahiyənizdir.
Layihənin məqsədi. SMART göstəricilər;
Layihəyə aid olan anlayışlar bazasında “məqsəd” ən mühüm yerlərdən birini tutur. “Məqsəd” və “tapşırıq” bir-birinə yaxın anlayışlardır. Lakin “Məqsəd” və “tapşırıq” anlayışlarının fərqi ondan ibarətdir ki, tapşırığın yerinə yetirilmə vaxtı müəyyən olmur və tapşırıq müxtəlif parametrlərlə xarakterizə olunur. Ümumiyyətlə, tapşırıqlar yerinə yetirilərək hər hansı bir məqsədə nail olunur və yaxud istənilən məqsədə nail olmaq üçün bir və ya bir neçə tapşırıqları yerinə yetirmək lazım gəlir. “Məqsəd” anlayışında onun hansı parametrlərlə xarakterizə olunması məlum olmur, parametrlər yalnız tapşırıqların “aktiv” vəziyyətində məlum olurlar. Beləliklə, layihənin məqsədi – müəyyən vaxt çərçivəsində əldə edilmiş nəticə, tapşırığı – verilmiş vaxt çərçivəsində parametrlərlə xarakterizə olunan nəticə deməkdir. Layihəni yerinə yetirmək üçün verilmiş şərtlərə sübut oluna biləsi nəticəyə layihənin məqsədi deyilir.Layihə konsepsiyasının yaradılmasında əsas mərhələlərdən biri layihənin məqsədinin müəyyənləşdirilməsidir.Hər bir layihənin strukturunu və iştirakçılarını xarakterizə edən, bir-birilə sıx əlaqədə olan çoxlu məqsədlər mövcuddur. Hər hansı bir məqsədə nail olmaq üçün meyarlar seçmək vacibdir. Bu meyarlar əsasında məqsədə çatmaq üçün alternativ variantlar qurulur. Beləliklə, layihələrin məqsədləri aşağıdakı şəkildə formalaşır.
layihənin məqsədi aydın olmalıdır;
məqsədə nail​olmaq üçün​əldə​olunan nəticələrin qiymətləndirilməsi mümkün olmalıdır; məhdudiyyətlərin və şərtlərin yerinə yetirilməsi mümkün olmalıdır.
Ümumiyyətlə, layihədə vaxt, büdcə, ehtiyatlar və digər məhdudiyyətlər çərçivəsində yüksək keyfiyyətli məhsulun istehsal olunması və məqsədə çatılması tələb olunur.
Layihənin məqsədi dəyişilə bilər. Ətraf mühitin layihəyə təsiri, onun yerinə yetirilməsi prosesində parametrlərin gözlənilməyən dəyişikliklərə məruz qalması və digər həyəcanlandırıcı təsirlər layihənin məqsədinin dəyişdirilməsinə səbəb ola bilər. Bu səbbədən layihənin məqsədi arasıkısilməz dinamik proses xarakteri daşıyır. Bu prosesdə mövcud vəziyyət, tendensiya təhlil edilir və lazım gəldikdə təshih həyata keçirilir.
Layihə məqsədinin müəyyənləşdirilməsi prosesi yaradıcı bir prosesdir və aşağıdakı ardıcıllıqla yerinə yetirilir:

  • məqsədin istiqaməti müəyyənləşdirilir;

  • mümkün olan məqsədlər çoxluğu yaradılır;

  • layihənin məqsədi müəyyənləşdirilir.

Məqsədin istiqamətini müəyyənləşdirmək üçün müxtəlif amillərin araşdırılması tələb olunur:

  • layihə qarşısında qoyulan tələb;

  • layihə üçün sifariş;

  • layihə əsasında fəaliyyət göstərən müəssisənin məqsədi;

  • layihənin ətraf faktorları.

Məqsədin istiqaməti ibtidai təhlil kimi qiymətləndirilir, məqsəd müəyyənləşdirilir və aktivləşir.
Məqsəd fərdi və ya qrup şəklində müəyyənləşdirilir. Bu proses yaradıcı xarakter daşıdığı üçün özünəməxsus qanunlara və ümumi yanaşma prinsiplərinə malikdir. Fərdi yanaşmada məntiqi metodlardan istifadə edilir. Qrup əsasında məqsədin müəyyənləşdirilməsində geniş spektrdə məsələyə baxılaraq intuitiv metodlardan istifadə olunur.
Layihənin məqsədi aydın və dürüst yazılmaqla aşağıdakı şərtləri özündə əks etdirməlidir:

  • layihənin nəticəsi;

  • layihənin yekunlaşdırılması vaxtı;

  • məsrəflər;

  • məqsədin dəyişilməsi mümkünlüyü; məqsədin ierarxiya strukturu.

Nəticə - layihənin növündən və xüsusiyyətindən asılı olaraq sistemin hansı vəziyyətdə olduğunu müəyyənləşdirir.
Vaxt – layihənin nə vaxt başa çatdırılması arzu olunur.
Bəzi layihələrdə başa çatma vaxtı ciddi tələb kimi qoyulur.
Məsrəf – layihənin yerinə yetirilməsi üçün nə qədər vəsaitin ayrılmasını göstərir. Bəzi hallarda məsrəfin maksimum həddi göstərilir.
Məqsədin dəyişilmə mümkünlüyü – layihənin yerinə yetirilməsi zamanı onun məqsədində bəzi dəyişikliklərin aparılması zərurəti yarana bilər. Məqsədin redaktə edilməsi qaydaları əvvəlcədən məlum olmalıdır.
Məqsədin ierarxiya strukturu - layihənin yerinə yetirilməsində asılılıq – hansı ierarxik struktura malik olunmasını göstərir.
Layihə məqsədinin izah edilməsi onun mahiyyətinin tam açılmasına imkan verir. Əgər layihədə risk elementləri mövcuddursa, onda aşağıdakı şərtlər layihənin yazılmasında öz əksini tapmalıdır:

  • layihənin nəticəsi haqqında razılıq;

  • layihənin büdcəsi və müddəti ilə bağlı fikir söyləmək və ya onları müəyyənləşdirmək;

  • layihənin nəticəsi, müddəti və xərci arasında yarana biləcək mübahisənin həllini razılaşdırmaq.

  • Layihənin tam yazılışı onun yerinə yetirilməsi üçün əlverişli şərait yaradır.

Layihənin ümumi məqsədi- layihənin geniş mənada əldə edəcəyinə ümid bəslədiyi nəticədir. Bu layihənin icrası nəticəsində vəziyyətin necə dəyişəcəyini göstərir və birbaşa nəticələrdən asılıdır.
Məqsəd:

  • əldə ediləcək nəticə haqqında geniş bəyanatdır.

  • hədəf seçdiyiniz problemin həlli yoludur.

  • subyektiv bəyanatdır və ölçülməyi mümkün olmaya da bilər.

  • hara gedəcəyinizi və nəyi çözəcəyimizi söyləyən bəyanatdır.

Layihənin ümumi məqsədinin hazırlanması üçün məsləhətlər:

  • layihənin yalnız bir ümumi məqsədi olmalıdır.

  • məqsəd ümumi inkişafa, baxışa və nəticələrə bağlı olmalıdır.

  • ümumi məqsəd ölçülə bilən olmasa da, onun xeyrini göstərmək, izah etmək mümkün olmalıdır.




Yüklə 112,31 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin